Uşaqlarda özgüvəni necə yaratmalı

Özgüvən duyğusu şəxsiyyətin təməlidir. Belə ki, uşağı böyüdərkən ən vacib məsələlərdən biri ona özgüvən hissini qazandırmaqdır. Ana-ata uşağa dəstək olub yardım edər və hər inkişaf mərhələsinə diqqətli yana-şarsa, uşağın özgüvəninin inkişaf etməsinə yardımçı olarlar. Sevgi dolu yetişdirilən bir uşaqla az sevgi görən uşağın özünə dəyər vermə hissi fərqlidir. Övladınızın cəmiyyət içində özünü rahat ifadə etməsini, haqqı-nı tələb etməyi öyrənməsini istəyirsinizsə, ona özgüvən qazandırmalısı-nız. Uşaq təxminən 1 yaşından etibarən özünün bir fərd olduğunu kəşf edər, özünü tanımağa başlayar, həm özünə, həm də çevrəsinə güvənməyi öyrə-nər. Əgər ana övladının ehtiyaclarına qarşı ehtiyaclarına qarşı diqqətli olarsa, uşaqda hüzur və güvən duyğusu; əks halda isə hüzursuzluq və güvənsizlik duyğusu yaranar. Uşaqda özgüvən əskikliyi necə anlaşılar ? * Əgər bir uşaq; düşüncə və duyğularını ifadə edə bilmirsə, * Məsuliyyət almaq istəmirsə, * Hüzursuz və ürkəkdirsə, * Qərar verə bilmirsə və ya tez-tez qərarsız qalırsa, * Güvəndiyi insanlardan ayrıla bilmirsə, * Yeni şəraitə uyğunlaşmaqda, yeni insanlarla münasibət qurmaqda çətinlik çəkirsə, * Hər məsələdə özgüvənli olduğunu sübut etməyə çalışırsa, uşağın davranışları müşahidə edilməli və lazım gələrsə, bir mütəxəssisdən məs-ləhət alınmalıdır. Uşaqda özgüvən əskikliyi nələrə yol aça bilər ? – Sosial münasibətlərdə aktiv ola bilməz, – Stresli hadisələr qarşısında ayaqda qalmaq və mübarizə aparmaq gücü zəifləyər, – Akademik bacarığını ortaya qoya bilməz, – Risk almaz və bütün həyatı boyunca aşırı dərəcədə təmkinli olma ehti-yacı hiss edər. Uşağın özgüvənini necə inkişaf etdirmək olar ?

  • Şərtsiz sevin.
  • Ona güvənin. Məsuliyyət alıb uğur hissini qazanmasına yardımçı olun.
  • Onun anlatdıqlarını diqqətli dinləyin və bunun üçün zaman ayırın. Onu göz təması quraraq dinləyin.
  • Sərhədlər qoyun. Bəzi qadağalar qoymağınız gərəkəcək. Qərarlı və açıq şəkildə xəbərdarlıq edin. Onun doğru davranacağına güvəndiyinizi hiss et-dirin.
  • Sərhədli risk almasını dəstəkləyin. Uşağınızın fərqli yeməkləri dadmaq, yeni dost qazanmaq, velosiped sürmək kimi fərqli sınaqlar etməsini dəstək-ləyin.
  • Səhvlərə keçid sərbəstliyi. Risk almağa başlayanda təbii ki səhvlər də olacaq. Səhvlərini bağışlamağınız övladınızın öz xətaları ilə daha asan mü-barizə aparmasına səbəb olacaqdır.
  • Pozitivi yüksəltmək. Onun yaxşı bacardığı şeyləri tərifləməyiniz kifayət-dir.
  • Müqayisə etməkdən çəkinin. ” Niyə bacın kimi sakit olmursan ? ” , ” Ni-yə Orxan kimi çalışmırsan ? ” kimi nümunələr uşağınıza bacarıqsız olduğu şeyləri xatırladacaq, utanc hissi, qısqanclıq kimi hislərlə dolub-daşacaq.
  • Seçici olun, hər şeyi qəbul etməyin, hər şeyi bəyənməyin.
  • Empatiya. Övladınız özünü başqaları və ya bacı-qardaşı ilə müqayisə et-diyi zaman ona yaxınlıq göstərin və üstün cəhətlərini tərifləyin.
  • Cəsarət verin. Cəsarət vermək irəliləməyi təqdir etməkdir. Tərifləmək ilə cəsarətləndirmək arasında fərq vardır. Birincisi, görülən işi mükafatlandırar-kən, ikincisi, şəxsiyyəti mükafatlandırır.

Uşaqlar gələcəyə göndərdiyimiz mesajlardır. Gələcəyə yaxşı mesajlar ötürmək istəyirsinizsə, onları özgüvənli yetişdirin!

Əlizadə Türkan ADPU – Təhsildə sosial-psixoloji xidmət. IV kurs tələbəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər