Ata, yenicə ana olan həyat yoldaşını xoşbəxt etməlidir

Hamiləlik dönəmindən başlayaraq, uşağın sağlamlığı və xoşbəxtliyi üçün əlindən gələnin ən yaxşısını etməyə çalışan ananın, ən çox həyat yoldaşının dəstəyinə ehtiyacı olar. Müasir ana və atalar, adətən, planlı hamiləliklə övlad sahibi olmaq istəyirlər. Cütlüyün uşaq sahibi olmaq üçün verdiyi qərar-dan sonra, ata namizədlər də analar kimi ailəyə yeni qatılacaq üzv üçün ha-zırlanırlar və hamiləliyin başlanğıcından etibarən həyat yoldaşlarına dəstək olurlar. Beləliklə, həyat böhranları sadəcə qadının çiyinlərinə düşmür. Üstə-lik, müasir atalar doğum evinin qarşısında dayanmağı seçmirlər, məhz do-ğuş otağına girib həmin ana şahidlik edirlər. Təbii ki, doğum öncəsində də həyat yoldaşları ilə birgə ana-ata məktəblərində təlimlərə qatılan ataların sa-yı günü-gündən artır. Müasir dövrümüzdə parklarda, yollarda, ticarət mər-kəzlərində qucağında uşaq olan atalara daha çox rast gəlirik.
Medalın digər üzü
Təbii ki, işlər hər zaman belə getmir, atalar da həmişə belə etmir. Yeni ana : hamiləlik, doğum və doğum sonrası dönəmdə ehtiyac duyduğu sevgi və dəstəyi görmürsə, medalın digər üzü, yəni, doğum sonrası depressiya ris-ki artır. Onsuz da xəstəxanadan evə gəldikdən sonra ata işinə, yaxın insanlar da evinə qayıdır. Yeni ana isə qucağında körpəsi və sıx dəyişən duyğuları ilə baş çıxarmaq məcburiyyətindədir. Adətən, doğumdan 3-5 gün sonra ya-şanan duyğusal dəyişikliklər hormonal dəyişikliklərlə də əlaqələndirilir və yuxusuzluq, sıxıntı, ağlama halları, kefsizlik, tez əsəbiləşmə, diqqət dağınıq-lığı şəklində özünü göstərir. Əgər bu simptomlar 2 həftədən çox davam edərsə, siz də doğum sonrası depressiya ilə qarşı-qarşıya durmuş sayılır-sınız. Elə bu vəziyyət yarandığı andan atalar öz həyat yoldaşlarına dəstək ol-malıdırlar.
Atadan anaya dəstək
Əziz atalar :

  • həyat yoldaşınız ilə onun qayğıları və qorxularından danışın. Duyğularını ifadə etməsi üçün onu təhrik edin.
  • özünə zaman ayırması və sosiallaşması üçün yardım edin.
  • iş bölümü hazırlayın, ağır işləri bölün.
  • etdiyi mübahisələrin çox dərinliyinə getməyin.
  • hirsinizi onun şəxsiyyətinə yönəltməyin. Unutmayın, o da əlindən gələni edir…
  • ananın psixoloji dəstək almasına kömək olun.
    Depressiya zarafat deyil !
  • Doğum sonrası depressiya, uşağın doğumu ilə başlayıb bir neçə aya qədər çəkə bilən bir vəziyyətdir və uşaq dünyaya gətirən qadınların 10-20-də mü-şahidə edilir. Öncədən depressiya keçirmiş, psixososial stress və menstrua-siya öncəsi sıxıntılar yaşamış qadınlar daha çox risk altındadırlar. Əgər daha əvvəl depressiya keçirilmişsə, doğum sonrası depressiya riski artır. Belə si-tuasiyada keçici bir müddət üçün antidepressiv müalicə almaq şərtdir.
    Digər tərəfdən, doğum sonrası psixozu – doğumdan sonra başlayan və nadir olmasına rəğmən ağır vəziyyətdir. Hallüsinasiyalar, qəribə səslər və düşüncə pozğunluğu ilə müşahidə edilir. Yuxusuzluq, depressiya simptom-ları olur. Bu durumda atanın və yaxınların anaya psixoloji dəstəyi artırma-ları daha çox lazımdır.

anneoluncaanladim.com
Tərcümə etdi : Əlizadə Türkan – ADPU (Təhsildə sosial-psixoloji xidmət – IV kurs )

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər