Valideynlər üçün 10 prinsip

Yanuş Korçak (1879-1947) böyük polyak pedaqoqu, yazıçısı, həkimi və ictimai xadimidir. O, üç dəfə öz həyatını xilas etməkdən imtina edib. Birinci dəfə: Polşa alman qoşunları tərəfindən mühasirəyə alınmamışdan bir az qabaq Yanuş direktoru olduğu uşaq evini atıb, İsrailə mühacirətə getmək təklifindən imtina edib.
İkinci dəfə: Varşava düşərgəsindən qaçmaq təklifindən imtina edib.
Üçüncü dəfə: Kimsəsizlər evinin sakinləri yəhudi düşərgəsinə gedən qatara mindirilərkən, SS zabiti Korçaka yaxınlaşıb soruşur:

  • “Matiuş Kralı”nı siz yazmısınız? Mən o kitabı uşaqlıqda oxumuşam. Yaxşı kitabdır. Sizi azad edirəm.
  • Bəs uşaqlar?
  • Uşaqlar gedəcək. Siz vaqonu tərk edə bilərsiniz.
  • Səhv edirsiniz. Edə bilmərəm. Bütün insanlar əclaf deyil!

Uşaqları çox sevən Yanuş Korçak haqda bütün bu yazdıqlarımız onu tanımağa bəs edir. Onun dilində valideynlər üçün olan prinsiplər olduqca diqqətəlayiqdir.
Valideynlər üçün 10 prinsip

  1. Övladının sənin kimi olacağını, yaxud sənin istədiyin kimi olacağını gözləmə. Onlara sən olmalarına deyil, özləri olmalarına kömək et.
  2. Uşağa elədiklərinin hamısının haqqını ondan geri tələb etmə. Sən ona həyat vermisən, o sənə necə minnətdar ola bilər? O da başqasına həyat verəcək, başqası da üçüncüyə… Bu, minnətdar olmağın əbədi qaydasıdır.
  3. Öz acığını heç vaxt uşaqdan çıxma ki, qocalıqda acı çörək yeməyəsən. Nə əkərsən, onu da biçərsən.
  4. Onun problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə öz gücünə görə verilib, həyat ona heç də səndən daha yüngül deyil, bəlkə də daha ağırdır, çünki onun təcrübəsi yoxdur.
  5. Alçaltma!
  6. Unutma ki, insanın ən mühüm qarşılaşması, uşaqlarla olan qarşılaşmadır. Onlara daha çox diqqət ayır – biz heç vaxt bilə bilmərik ki, uşaqda kiminlə qarşılaşırıq.
  7. Övladın üçün nəsə edə bilmədiyinə görə özünü üzmə. Sadəcə yadda saxla: uşaq üçün o vaxt az şey etmiş sayılırsan ki, bacardığın hər şeyi etməmisən!
  8. Uşaq – sənin bütün həyatını mənimsəyən əti-ətindən, qanı-qanından olan tiran deyil. Bu, həyatın sənə bəxş etdiyi dəyərli piyalədir. Sən o piyaləni qorumalı və içindəki o yaradıcı alovu inkişaf etdirməlisən. Bu, ata və ananın şərtsiz sevgisidir, hansından ki, təkcə “bizim”, “mənim” uşağımız deyil, həm də yeni bir ruh yaranacaq.
  9. Başqalarının uşağını sevməyi öyrən. Öz uşağına rəva bilmədiyini, başqasının uşağına da etmə.
  10. Uşağını istənilən cür sev – istedadsız olsa da, uğursuz olsa da, böyüsə də. Onunla ünsiyyət qur, sevin — çünki uşaq bayramdır, hələ ki, səninlə birlikdə olan bayram…

ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər