Özünü tanı, özünü sev, özünə güvən

Yaşamaq nə qədər gözəl olsa da gəlin qəbul edək ki, son illərdə insanların üzündəki gülüş getdikcə azalır. Hətta bayramlarda belə əvvəlki sevinc, həvəs hiss olunmur. Sanki bu həyatı bir proqram üzrə yaşayırıq. Həyatımıza aid qərarları belə özümüz istədiyimiz üçün deyil, “belə olmalıdır” deyə veririk bəzən. Əlbəttə, sevindiyimiz, özümüzü xoşbəxt sandığımız anlar da olur. Məsələn: özəl günlərimizdə, sevdiyimiz insanın yanında olarkən və s. çox xoşbəxt hiss edirik özümüzü və həyatı yaşamağa dəyər sanırıq. Bu həmişə belə olub, indi də belədir. Nədənsə son zamanlarda uzatmağa çalışdığımız o xoş anların da müddəti sanki qısalır. Gəlin yadımıza salaq, son dəfə nə zaman sevindik, nə zaman həyatın dadını çıxardıq? Yəqin ki, deyəcəksiniz ki, o qədər olub. Elə indi də həyatımıızdan zövq alırıq. Yaxşı, elə isə ikinci suala keçək. O anları siz nə zaman yaşayırsınız? Yaxınlarınızın şad xəbərini eşidib onların sevincini görəndə, yaxınlarınızla birlikdə olanda, sevginizə qarşılıq alanda, sizə dəyər veriləndə… Eləmi? Bu yazdıqlarım nəinki hər bir qadını, uşaqdan tutmuş yaşlı insanlaradək hər kəsi xoşbəxt etməyə yetərli səbəblərdir. Bundan da belə nəticəyə gəlmək olar ki, bir insanın həyatından məmnun qalması onun ailəsindən, ətrafından çox asılıdır. Eyni zamanda özünə inamlı olması.. Həqiqətən də özünə inamı insanda daha çox ailə və ya ətraf mühit yaradır və ya gücləndirir. Ya da əksinə. Ailə və ya ətraf mühit özünə inamı deyil, inamsızlığı da formalaşdıra bilər. Özünə inam (və ya inamsızlıq) əsasən uşaqlıq dövründən formalaşan bir xüsusiyyətdir. Bəs ailəsi tərəfindən daim inamsızlıq, təzyiq görən, ya da ümumiyyətlə ailəsi olmayanlarda bu inamı kim formalaşdırsın?O zaman tək çarə həmin insanın özü özünə dayaq olmasıdır. Çətin də olsa… Əgər aranızda belələri varsa indi yazacağım bir neçə məsləhət köməyinizə gələr bilər. Bədbin ifadələr işlətməyin! “Vaxtında özümə inanmamam üzündən çox şeyimi itirdim. Daha gecdir” deməyin..Unutmayın heç vaxt, heç nə gec deyil. Nə qədər ki, həyat var. İnamlı olmaq istəyirsinizsə inamsız kəlmələri unudun. ”Daha gecdir” kimi sözləri. Nə qədər ki, sabah var, nə qədər ki, yaşayırıq heç nə gec deyil. Özünüzü “tanımağa” çalışın! Özünə inamı mərhələ-mərhələ özünüzdə yarada bilərsiniz. Çünki buna məcbursunuz. Ətrafınızda sizə “Sən güclüsən”. “Sən hər şeyi bacararsan” deyən biriləri yoxsa özünüz özünüzə hər gün bu sözləri deməlisiz. Özünə inam yarananadək özünüzü “tanımağa” çalışın… Siz kimsiniz axı? Yad bir insanı müşahidə edirmiş kimi özünü seyr edin. İşə müsbət və mənfi cəhətlərinizi axtarmaqla başlaya bilərsiniz. Bunlar nəyə lazımdır? Demədən əvvəl düşünün. Mənfilərinizi bilməklə sizə daim mane olan cəhətlərinizdən onları bilməklə qurtula bilərsiniz ancaq. Müsbət tərəflərinizi gördükdə isə bir anlıq da olsa özünüzlə qürur duyacaqsınız. Adi insan olmadığınızın, bu cəhətlərinizdən istifadə edərək bir çox şeylərə nail olacağınızın fərqində olacaqsınız. Özünüzü sevin! Özünüzü tanıdınızmı? O zaman növbəti mərhələ özünüzü sevməkdir. Təbii ki, bu sevgi özünə həddindən artıq vurğunluq dərəcəsinə çatmamaq şərtilə olsun.)) Güzgü qarşısında dayanıb “Mən gözələm. Məndə hər şey alınacaq” demək yetərli deyil. Əlbəttə bu da lazımdır. Ancaq yalnız zahirinizi deyil, ruhunuzu da sevməniz gərək. Ruhumuza əziyyət etməyək. Yalnız pis əməllərlə deyil, həyata səhv baxışımız, qeyri-ciddi həyat tərzimiz də ruhumuzu bizdən incik sala bilər. Özünüzü qiymətləndirin! Başqalarından bizi olduğumuz kimi qəbul etmələrini və bizə dəyər vermələrini gözləyirik. Bəs biz özümüz bunu son dəfə nə zaman etdik? Hər bir normal insan kimi bizim də çatışmayan tərəflərimiz ola bilər. Özümüzü olduğumuz kimi qəbul edib dəyərləndirməsək başqalarından bunu heç gözləməyək.. Nikbin olun! Bu gün sizə xəyal kimi görünən arzularınızın yerinə yetəcəyinə inanın. İndiyədək sizə əlçatmaz görünən, amma yerinə yetərsə həyatınızı çox dəyişdirə biləcək azrularınızın mütləq gerçəyə çevriləcəyinə əmin olun. Başqaları bu arzunuza gülsə belə, sonsuz nikbinliyinizlə yolunuzdan dönməyin.. Uğursuzluqlardan güc alın! Mənən zəif insanlar rastına çıxan kiçik uğursuzluqları da böyüdərlər. Belələri həyatın özündən də, yaşamaqdan belə qorxarlar. Sağlam olduqlarında xəstələnmə ehtimalını, gənckən öləcəyini düşünürlər. Bununla da özlərində həyat eşqini söndürmüş olurlar. Siz əvvəlki mərhələləri yerinə yetirə bilsəniz, özünüzü daxilən gücləndirə bilmisiz demək. O zaman böyük uğursuzluqlar da sizi yolunuzdan döndərə bilməz. Tək qalmaqdan qorxmayın! Çox olub ki, sizə kömək lazım olan anda yanınızda kimsəni görməmisiz. Yaxınlarınız istəmədən də olsa belə sizi tək buraxmağa məcbur olublar. Belə sınaqllarla tez-tez rastlaşa bilərsiniz. Heç də ruhdan düşməyin. Əksinə düşünün ki, bu sizin üçün bir imtahandır. Cəhd edin, alınacaq. Əlbəttə ki, bir gündə, bir ayda alınmaya bilər. Müddəti sizin iradənizə bağlıdır. Özünə inam arzuya çatmaqda ilk və böyük addımdır. İnsanın özünə verdiyi qiymət bu inama bağlıdır. Amma diqqətli olaq ki, özümüzə verdiyimiz qiymət nə qədərindən çox, nə də aşağı olmasın. Çox olarsa bu bizdə eqoizm, az olarsa kompleks yaradar.. Özünüzə inanmağı və arzularınıza çatmağı arzulayıram…)

qadin.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər