QADINLARDA “40 YAŞ SİNDROMU”

Qəbul etmək istəsələr də, istəməsələr də 35-45 yaş arasında qadınlar “40 yaş sindromu”nu yaşayırlar. Bu yaşlarda indiyə qədər etdikləri və edə bilmədiklərini gözdən keçirib peşmanlıq hissi duyurlar.
Xarici görünüşlərindən narahat olmağa başlayırlar. Bəyənilməmə qorxusu yaşayırlar. Görünüşləriylə bağlı dəyişikliklər etmək istəyirlər. Bu istək həyat yoldaşları tərəfindən razılıqla qarşılanarsa bir müddət rahat ola bilirlər.
Qadınların əksəriyyəti 35 və üzəri yaşlarda çətin bir dövr yaşayırlar. Bu dövrdə qadınlar özlərini heç də xoşbəxt hiss etmir. Sağlamlığında baş verən hər hansı problemi çox ciddi qarşılayır. Bir-birinə zidd olan duyğuların yaşandığı bu “40 yaş sindromu”nda əksər qadın bu mərhələni çox çətin keçirir. Əgər bu yaşa qədər qadın öz məqsədlərini gerçəkləşdirməyibsə, istədiyi kimi xoşbəxt bir həyat sürməyibsə, 35-45 yaşları arasında bu krizə yaxalanmaq ehtimalı böyükdür.
Mütəxəssislərin fikrincə 40 yaş həyatın durğunlaşdığı, iş və sosial həyatda bir zəifləmə hiss edilən dövrdür. Lakin keçici bir mərhələ olduğu üçün “40 yaş krizi’ adlandırılır. Kişilərə nisbətən qadınlar daha həssas xarakterə sahib olduqları üçün bu dövrdə də olduqca həssas olurlar. Araşdırmaların bir çoxunda göstərilir ki, bu mərhələdə hormonlarda baş verən dəyişikliklər də öz təsirini göstərir. Lakin bu barədə konkret bir fikir söyləmək doğru deyil. Qadın 40 yaşında hələ öz hədəflərinə çatmayıbsa, bunun həyat yoldaşı və ya sevgilisi tərəfindən də bəyənilmədiyini düşünür və bu hiss onu daha çox narahat edir. Həmçinin iş yerində karyera baxımından istədiyi yerdə deyilsə, hələ ailə qurmayıbsa, ana deyilsə, bu sindromu yaşama ehtimalı daha çoxdur.
Bu yaşlarda qadının aldadılması onun üçün gənclik dövrünə nisbətən çox ağırdır. Əgər gənc ikən, ” Hələ irəlidə daha gözəl bir həyat var, daha doğru insana rast gələrəm ” düşüncəsi ilə yaşayırsa, indi hər şeyin sonu olduğunu düşünür.Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər.Övladları olan və xoşbəxt bir ailə həyatı olan bir qadın bu mərhələni rahatlıqla keçirə bilər.
40 yaş sindromunda qadın həyatını gözdən keçirir- arzuları və bu arzulara qarşılıq yaşadığı həyat. Həyata keçirə bilmədikləri şeylər üçün yaşadığı peşmançılıq hissi. Həyata keçirmədiyi arzularını bu gün gerçəkləşdirmək istəyər, amma artıq gec olduğunu düşünər, daha gənc olmadığını düşünər və çox istəyindən imtina edər. Bir sözlə, yaşlandığını düşünər. Çəkinin artması, saçların ağarması, tökülməsi, üzdəki qırışlar gözəllik hərisi qadınları məyus edər. Özündən küsər.
Görünüşündən narahat olduğu üçün yaşlanmanı gecikdirən kosmetik vasitələrdən istifadə edər. Plastik əməliyyatlara üstünlük verərlər. Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər. Geyimlərinin daha gözəl və yaşlarıdan gənc göstərəcək olmasına diqqət edərlər. Bəzən həyat yoldaşı və uşaqlarından da uzaqlaşmaq, dinamik, əyləncəli bir həyat yaşamaq istəyərlər.
Bu zaman qarşı tərəfin daha anlayışlı olması lazımdır. Qadın paylaşacağı, ona dəyərli olduğunu hiss etdirəcək bir insanla özünü məmnun hiss edə bilər.
Çox zaman qadının özünü yaşlı hiss etməsinə səbəb, elə ən yaxınları olur. Hər şeydə “Bu sənə uyğun deyil , sənin artıq o yaşın deyil” deyərlər. “Gənc olmasan da ruhən gəncsən” deyərək o qadına kompliment dediyinizi zənn edərsiz, amma əksinə bu sözlərlə “artıq yaşın çoxdur ” mesajı verərsiniz.
Hər hansı bir işdə onları önəmsəməyib, gənclərin işinə daha çox qiymət verir və gənclərin həvəsləndirilməyə ehtiyacı olduğunu düşünürsünüzsə, yanılırsınız. Gənclik, elə ilhamlanmaq üçün böyük səbəbdir.
Bir şeyi anlamaq lazımdır. Həyat mərhələlərdən ibarətdir. Uşaq, yeniyetmə, gənc, orta yaş, qoca və ahıl dövrlərini yaşayır, insan. Hər yaşın özünəməxsus gözəllikləri var. Gənc olmaq hələ hər şey demək deyil. Gənclik çox tez ötüb keçir. Vacib olan faydalı olmaqdır. Faydalı insan, hansı yaşda olur-olsun, faydalıdır.
Qadınlara sözüm isə, yaşa görə üzülməyə dəyməz!
Hiss etdiyiniz yaşdasınız, özünüzü hər yaşda sevin!

fitret.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər