Hər kəs ailə qurduqda xoşbəxt olmaq istəyir. Lakin çox zaman bu xoşbəxtlik üçün qarşı tərəfdən addım gözləyirik. Ailə isə əvvəlcə iki, daha sonra bu iki insanın dünyaya gətirdiyi övladların bir-birinə bəxş edə biləcəyi sevinc, qayğı, diqqət, hörmət sayəsində xoşbəxt olur. ABŞ-ın qabaqcıl dərgilərindən biri xoşbəxt evliliyin 25 qaydasını oxucularla paylaşıb. Aile.lent.az həmin qızıl qaydalarla sizi də tanış edir.
- Bir-birinizin ən yaxşı dostu olun. Seks əhəmiyyətini itirdikdə birlikdə edəcəyiniz şeylərdən zövq alsanız, bir-birinizdən qopmazsınız.
- Lazım olduqda evdə həyat yoldaşınızın istəyinə uyğun dəyişikliklər edin.
- Pula görə əsla dava etməyin.
- Ac və yorğun olan zaman əhəmiyyətli və həssas mövzuları müzakirə etməyin.
- Həyat yoldaşınız evə gələndə onunla hörmətli bir qonaq kimi davranın.
- Axşamlar fiziki təmasa keçə biləcək qədər yaxın oturun.
- Birlikdə gülün.
- Mümkündürsə, hamam otaqlarınız ayrı olsun.
- Qadınların sevilmək üçün əzizlənməyə, kişilərin sayılmağa ehtiyacı olduğunu unutmayın.
- Ayda bir dəfə də olsa, ikiniz birlikdə nəsə edin.
- “Əvvəl mən” deməyin.
- Uşaq sahibi olun.
- Davamlı pis halları gündəmə gətirməyin.
- Gözəl zamanlarınızı xatırlayın.
- Boşanmaq ağıla gələn ilk variant olmamalıdır.
- Ehtiraslı olun.
- Bir-birinizi dəstəkləyin və digərinin fərdi fəaliyyətlərini qəbul edin.
- Əvvəllər sahib olduğunuz ən yaxşı dostunuzu unudun, indi yeni və ən yaxşı dostunuz var.
- Seks həyatınızı maraqlı edin.
- Evliliyinizə mənfi təsiri olan qohumlarınızdan uzaqlaşı
- “Xahiş edirəm”, “Zəhmət olmasa”, “Zəhmət oldu” kimi sehrli ifadələrdən istifadə etməyi unutmayın.
- Bir-birinizin fərqli tərəflərinə, xüsusiyyətlərinə hörmətlə yanaşın.
- Uşaqlar olmadan, ikiniz birlikdə səyahətə çıxın.
- Ortaq xəyallarınız olsun.
- Bir-birinizin yaşlanma, yetkinləşmə müddətini izləyin və maraq göstərin.
aile.lent.az