Xoşbəxt evliliyin QIZIL QAYDALARI

Hər kəs ailə qurduqda xoşbəxt olmaq istəyir. Lakin çox zaman bu xoşbəxtlik üçün qarşı tərəfdən addım gözləyirik. Ailə isə əvvəlcə iki, daha sonra bu iki insanın dünyaya gətirdiyi övladların bir-birinə bəxş edə biləcəyi sevinc, qayğı, diqqət, hörmət sayəsində xoşbəxt olur. ABŞ-ın qabaqcıl dərgilərindən biri xoşbəxt evliliyin 25 qaydasını oxucularla paylaşıb. Aile.lent.az həmin qızıl qaydalarla sizi də tanış edir.

  1. Bir-birinizin ən yaxşı dostu olun. Seks əhəmiyyətini itirdikdə birlikdə edəcəyiniz şeylərdən zövq alsanız, bir-birinizdən qopmazsınız.
  2. Lazım olduqda evdə həyat yoldaşınızın istəyinə uyğun dəyişikliklər edin.
  3. Pula görə əsla dava etməyin.
  4. Ac və yorğun olan zaman əhəmiyyətli və həssas mövzuları müzakirə etməyin.
  5. Həyat yoldaşınız evə gələndə onunla hörmətli bir qonaq kimi davranın.
  6. Axşamlar fiziki təmasa keçə biləcək qədər yaxın oturun.
  7. Birlikdə gülün.
  8. Mümkündürsə, hamam otaqlarınız ayrı olsun.
  9. Qadınların sevilmək üçün əzizlənməyə, kişilərin sayılmağa ehtiyacı olduğunu unutmayın.
  10. Ayda bir dəfə də olsa, ikiniz birlikdə nəsə edin.
  11. “Əvvəl mən” deməyin.
  12. Uşaq sahibi olun.
  13. Davamlı pis halları gündəmə gətirməyin.
  14. Gözəl zamanlarınızı xatırlayın.
  15. Boşanmaq ağıla gələn ilk variant olmamalıdır.
  16. Ehtiraslı olun.
  17. Bir-birinizi dəstəkləyin və digərinin fərdi fəaliyyətlərini qəbul edin.
  18. Əvvəllər sahib olduğunuz ən yaxşı dostunuzu unudun, indi yeni və ən yaxşı dostunuz var.
  19. Seks həyatınızı maraqlı edin.
  20. Evliliyinizə mənfi təsiri olan qohumlarınızdan uzaqlaşı
  21. “Xahiş edirəm”, “Zəhmət olmasa”, “Zəhmət oldu” kimi sehrli ifadələrdən istifadə etməyi unutmayın.
  22. Bir-birinizin fərqli tərəflərinə, xüsusiyyətlərinə hörmətlə yanaşın.
  23. Uşaqlar olmadan, ikiniz birlikdə səyahətə çıxın.
  24. Ortaq xəyallarınız olsun.
  25. Bir-birinizin yaşlanma, yetkinləşmə müddətini izləyin və maraq göstərin.

aile.lent.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər