Asperger sindromu

Psixi pozğunluq olub, bəzən onu Autizmin bir formasıda hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur.

Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorno Uinq tərəfindən Avstriya psixiatır və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır.

Autizmli əksər insanlarda, xüsusən uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar. Məhz inkişafın bu tip geriləməsinin təhlilini ilk dəfə Hans Asperger vermişdir.

Asperger sindromu nədi ?

Asperger sindromu autizm qrupunun bir növüdür. Bu sindrom hər şeyə təsir göstərən inkişaf pozuntusu hesab olunur.

Asperger sindromu olan insanlarda nə kimi problemlər müşahidə olunur.

Asperger sindromu naməlum bir sindrom olduğu üçün bəziləri tərəfindən yanlış anlaşılır. Təyin olunmasıda çətindir, üçlü bir pozuntu olaraq adlandırılır. Aşağıdakı pozğunluqlar müşahidə olunur.

İctimai münasibətlərdə çətinliklər
Ünsiyyətdə çətinliklər
Təxəyyüldə çətinliklər
İctimai münasibətlərdə çətinliklər – Təşkilatçılıq qabiliyyətləri çox zəifdir. Nəsə bir plan ağıllarına gələndə onu necə təşkil edəcəklərini bilməzlər. Dostlar tapmaqda çətinlik çəkirlər. İnsanlarla münasibət yarada bilmirlər. Bəzən hər şeyi səhf anlayırlar. Sanki görünməz bir divarın arxasındadırlar. Bir söhbəti sona qədər davam etdirməkdə çətinlik çəkirlər.

Ünsiyyətdə çətinliklər – Başqalarının dediyi sözləri anlaya bilmirlər. Göz təması qurmaqda çətinlik çəkirlər və hətta göz təması qurmaq onlara ağrı verir. Asperger sindromu olan şəxslərin dıgərlərini anlamasında problemlər yaşanır. Səbrsiz olurlar.

Təxəyyüldə çətinliklər – Digərlərinin nə hiss etdiyini anlamaqda çətinlik çəkirlər. Duyğuların, mimikaların nə ifadə etdiyini başa düşməzlər. Hekayələrin, nağılların mənasını anlamaqda problemləri var.

Asperger sindromunun səbəbləri olaraq ekoloji faktorlar, beyin zədələnməsi, çətin doğuş göstərilir. Lakin insanların genetik quruluşunun asperger sindromunda böyük rolu olduğu müəyyən edilmişdir. Asperger sindromu uşaqlarda 3 – 4 yaş arası müşahidə edilir, daha çox oğlanlarda bu sindroma rast gelinir. Bu uşaqlarda təhsil çox önəmlidir həmçinin onların davranışlarında yaranan problemlər üçün dəstəyə ehtiyacları vardır. Asperger sindromunda təkrar olunan davranışlar edilir, onlar özlərinə qapanırlar. Suallara uyğun cavab verməkdə çətinlik çəkirlər. Bu sindromlu uşaqlara psixoterapiya, özəl təhsil, davranışı dəyişdirmək üçün müalicə lazımdır.

Çinarə Muradova

Narınc uşaq psixologiya mərkəzinin psixopedaqoqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər