“Özümü çox çirkin hiss edirəm…”

Bir çox qadın hər ay buna oxşar düşüncələrlə ürək sıxıntısı yaşayır. Həddindən artıq həssaslıq və ağlama krizləri ilə keçən menstruasiya dövrü bəzən depressiyaya da səbəb ola bilir. Memorial Xidmət Xəstəxanası Psixologiya bölməsindən dr. Sevda S.Yurteseven menstruasiya dövrünü psixoloji olaraq sağlam keçirməyin yolları haqqında danışıb: “Əsasən menstruasiya dövrünün əvvəlində ortaya çıxan emosional, fiziki və davranış dəyişikliklərinə […]

Uşağın otağını nə vaxt ayırmaq olar

Uşağın 2 yaşına qədər anası ilə birgə yatması bir problem yaratmaz. Doya-doya həzz alaraq yatarkən anası ilə bərabər olması bəzi valideynləri təşfişə salır ki, uşağım mənə çox bağlı olar. Uşaqların valideynlərə bağlı olması uşaqların ata-anasının sevgisinə doya bilməməsi ilə bağlıdır. Ananın yanında nə qədər çox yatdı deyə o qədər anasına bağlı olacaq deyil, anaya nə […]

Musiqi müalicə edir…

Qrip olarkən çoxları parasetamol və ya limonla bal qarışığından hazırlanmış məhlulu qəbul edir. Yeni aparılmış tədqiqatın nəticələrinə görə, əfsanəvi “Queen” qrupunun “Bohemian Rhapdosy” mahnısına qulaq asan hər kəsin əhvalı və səhhəti yaxşılığa doğru dəyişir. Yeni sorğu əsasında məlum olub ki, xəstəlik və depressiya zamanı keyfiyyətli musiqiyə qulaq asan insanların 90 faizində əhval yüksəlir. İnsanların 80 […]

Özünü tanı, özünü sev, özünə güvən

Yaşamaq nə qədər gözəl olsa da gəlin qəbul edək ki, son illərdə insanların üzündəki gülüş getdikcə azalır. Hətta bayramlarda belə əvvəlki sevinc, həvəs hiss olunmur. Sanki bu həyatı bir proqram üzrə yaşayırıq. Həyatımıza aid qərarları belə özümüz istədiyimiz üçün deyil, “belə olmalıdır” deyə veririk bəzən. Əlbəttə, sevindiyimiz, özümüzü xoşbəxt sandığımız anlar da olur. Məsələn: özəl […]

Postnatal depressiya

“Dünyanın ən gözəl, ən ülvi hissini yaşadım. Ana oldum, övladımı qucağıma aldım, amma özümü ana olmaq üçün yetərli hiss etmirəm, özümü çarəsiz hiss edirəm, xoşbəxt deyiləm…” Uşağın dünyaya gəlməsilə ailədəki tarazlıq dəyişməyə başlayır. Tərəflər “həyat yoldaşı”ndan başqa “ata-ana” rolları da qazanırlar. Uşağın dünyaya gəlişi əlbəttə ki, çox gözlənilən sevinc və həyəcan dolu bir hadisədir. Bu, […]

QADINLARDA “40 YAŞ SİNDROMU”

Qəbul etmək istəsələr də, istəməsələr də 35-45 yaş arasında qadınlar “40 yaş sindromu”nu yaşayırlar. Bu yaşlarda indiyə qədər etdikləri və edə bilmədiklərini gözdən keçirib peşmanlıq hissi duyurlar.Xarici görünüşlərindən narahat olmağa başlayırlar. Bəyənilməmə qorxusu yaşayırlar. Görünüşləriylə bağlı dəyişikliklər etmək istəyirlər. Bu istək həyat yoldaşları tərəfindən razılıqla qarşılanarsa bir müddət rahat ola bilirlər.Qadınların əksəriyyəti 35 və üzəri […]

Bənzər 2 dövr- Körpəlik və Qocalıq

İnsan həyatı müxtəlif yaş dövrlərinə bölünür. Bu yaş dövrünün başlanğıcı “körpəlik”, sonu isə “qocalıq” dövrüdür. Körpəlik və qocalıq: bunlar arasında zaman nə qədər böyük olsa da, sanki xüsusiyyət etibarilə bənzərlikləri də çoxdur. Uşaq anadan olan zaman valideyn və böyüklərdən asılı vəziyyətdə olur. Qida, qayğı, müdafiə, sevgi və s. kimi müxtəlif ehtiyaclar duyur. Bir sözlə, özü […]

İnsan necə manqurt olur

“Maariflənmiş ürək” əsərinin müəllifi B.Bettelheym 1938-39-cu illərdə nasist konslagerində həbsdə olub, azad oluna bilib, ABŞ-a köçüb, Çikaqo Universitetində psixologiya professoru işləyib. Aşağıdakı bəndlər həmin əsərdə təsvir olunan, insanların sındırılaraq manqurta çevrilməsinə yönəlmiş psixoloji strategiyaları əks etdirir: İnsanlar özləri üçün heç bir əhəmiyyəti olmayan işlərə məcbur edilir. Məsələn, bir yığın zibili gün ərzində dəfələrlə bir yerdən […]

Nəyə görə “pislər” karyera uğuru qazanır?

İsveçrə psixoloqlarının gəldiyi nəticəyə görə, narcissism və makiavellizm kimi şəxsiyyət keyfiyyətləri karyera artımına və professional uğura səbəb olur. Sözügedən psixoloqlar bu haqda iddialarını Social Psychological and Personality Science jurnalında nəşr etmişlər.Bern universitetinin alimləri özəl sektorda çalışan və karyeralarını yenicə başlamış (25-34 yaşlı şəxslər) 793 alman ilə araşdırma aparmışlar. Araşdırmada iştirak edən hər kəs xüsusi sorğu […]

Gözəl qamətə necə sahib olmalı…

“Düz dayan, kürəyini əymə!” sözünü həyatımız boyunca, demək olar hamımız eşidirik. Deyilən kimi tez çiynimizi düzəldib, bir neçə dəqiqə o vəziyyətdə qalır, sonra yenə əvvəlki formamıza qayıdırıq. Bel əzələlərinin zəifləməsi nəticəsində yaranan bu xəstəliyə tibb dilində “Kifoz” deyilir. Düzgün olmayan duruş, bədənimizdəki ağrıların əsas səbəbi kimi götürülür. Bu da ruh sağlamlığınıza ciddi şəkildə təsir edir. […]