Qadınların bir qismi istər iqtisadi səbəbdən, istər karyera hədəfləri baximindan doğuşdan qısa müddət sonra işləmək məcburiyyətində qalır. Buna görədə uşagını qısa müddətə də olsa, başqa birinə əmanət etməli olur. Ana ilə körpə arasında saglam baglanma olduqda uşaq üçün bu ayrılıqlar dözümlü bir hal alır.Nənəyə,dayəyə, bağçaya əmanət edilən uşaqların problem yaşamaması olduqca əhəmiyyətlidir. Hər şeyə rəğmən, bu cür hallarda analar vicdan əzabı çəkirlər.Balaca körpədən ayrı qalmaq ananı kədərləndirir. Bəzi analar yaşadığı bu günahkarlıq hissi səbəbiylə işdən evə qayıdanda uşaqlarının hər istədiklərini yerinə yetirir və onları ərkəsöyünləşdirirlər.Əslində analardan gözlənilən uşağına “mən dəyərliyəm”,”güvəndəyəm”, “xoşbəxtəm” duyğusunu aşılamaqdır. Bütün bunlarin olması üçün 24 saata ehtiyac yoxdur. Vacib olan ananın uşağı ilə keçirdiyi vaxtın səmərəliliyi ,qurduğu ünsiyyətin normal olmasıdır.
İşləyən analar və uşaqları üzərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, anaların işləməsi uşaqlara heç də mənfi təsir etmir.
İşləyən və ya hər hansısa bir səbəbdən uşağından bir müddət ayrı qalan analara bəzi tövsiyyələr:
- Əyər işləmirsizsə uşağınızı bir müddət bağçaya qoyun.Bu üsul onun sizinlə ayrı qalmağa öyrəşməsinə kömək edəcək.
- Evdən çıxarkən gələcəyiniz saatı ona söyləyin.
- Gələcəyiniz saatla bağlı uşağa yalan söyləməyin
- Evə eyni saatda gəlin və çıxın .Bu zaman uşaq sizinlə əlaqədar narahat olmayacaq.
- Evə qayıtdıqda mütləq ona diqqət yetirin, onunla zaman keçirin.
- Sakit dursan səninlə oynayaram deyərək ona olan sevginizə şərt qoymayın.
- Evdən ayrı qaldığınız üçün hər dəfə ona hədiyyə (rüşvət) almayın.
- Vicdan əzabından xilas olmaq üçün uşaqları həddindən artıq əzizləyib ərkəsöyünləşdirməyin.
- Ailə məsələləri ilə bağlı məsələlərə və tədbirlərə(məs:birgə nahar,yatmazdan əvvəl nağıl danışmaq və s.)
- Uşağınıza onu nəqədər çox sevdiyinizi xatırladın və “mən səni çox istəyirəm” cümləsini tez-tez işlədin.
- Uşağınızla bərabər olarkən onun sevdiyi fəaliyyətləri göstərin.Məs: şəkil çəkmək, kinoya getmək və s.
Unutmayın: Az zaman ayırmaq,az sevgi vermək deyil.Vacib olanbərabər keçirdiyiniz vaxtı necə dəyərləndirdiyinizdi.
Mehriban Quliyeva
Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu