Yenidoğulmuş uşaqda hansı əlamətləri gördükdə uşaq nevropatoloquna müraciət etmək lazımdır

Bu simptomlar aşağıdakılardır:

  • Uşaq döşü zəif əmir, bu zaman fasilələr edir və tez yorulur, süd tez-tez boğazında qalır, burnundan tökülürsə;
  • Əgər körpə tez-tez gəyirir, yeməkdən sonra qusur, çəkisini zəif artırırsa;
  • Uşaq süst, az aktivdirsə və ya əksinə, həddən-ziyadə narahatdırsa və bu narahatlıq ətraf mühitdə, hətta cüzi dəyişkənlik baş verdiyi zaman artırsa;
  • Uşaqda sakit vəziyyətdə və xüsusilə də ağlayan zaman çənənin, həmçinin yuxarı və ya aşağı ətrafların titrəməsi müşahidə edilirsə;
  • Uşaq tez-tez səbəbsiz diksinirsə, yuxuya çətin gedirsə və bu zaman onun yuxusu səthi, qısamüddətli olursa;
  • Yan böyrü üstündə yatarkən başını daim arxaya doğru əyirsə;
  • Uşağın başı çox tez və ya əksinə olaraq, çox ləng böyüyürsə;
  • Uşağın hərəkət aktivliyi zəifləmiş olduqda, o özü süst, əzələləri boşalmış (əzələlərin aşağı tonusu) vəziyyətindədirsə və ya əksinə, uşaq gərgin, əzələləri yığılmış (əzələlərin yüksək tonusu) vəziyyətindədirsə;
  • Əgər ətraflardan biri (əl və ya ayaq) daha az hərəkətlidirsə və ya qeyri-adi vəziyyətdə durursa;
  • Uşağın gözləri çəpləşərsə və ya bərəlirsə (bu zaman vaxtaşırı olaraq sklera ağ lent şəklində görünür);
  • Uşaq daim başını bir tərəfə çevirməyə çalışırsa (əyriboyunluq);
  • Budların aralanması məhdudlaşarsa və ya əksinə, uşaq qurbağa şəklində uzanmış olarsa;
  • Uşaq Keysər kəsiyi əməliyyatı ilə, sağrı gəlişi ilə doğulubsa, doğuş zamanı ginekoloji maşa tətbiq edilibsə, körpə vaxtından əvvəl və ya böyük çəki ilə doğulubsa, əgər ciftin dolanması baş veribsə, dogum evində olarkən uşaqda qıcolmalar müşahidə edilibsə.

Qeyd olunan əlamətlərin bir və ya bir neçəsini öz uşağında görən valideynlərə qorxuya düşmək lazım deyil. Ola bilər ki, uşağın sinir sistemində heç bir patologiya yoxdur. Lakin hər ehtımala qarşı gecikmədən uşaq nevropatoloquna müraciət etməklə buna əmin olmaq daha məqsədəuyğundur.

Saglamolun.Az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər