Musiqinin və laylayların körpələrə faydası

Musiqinin körpələrə faydası olduqca çoxdur.
Musiqi körpəyə həm fiziki, həm də zehni cəhətdən kömək edir.
Mütıxəssislər musiqinin körpələrə çox müsbət təsiri olduğunu dəfələrlə qeyd etmişdirlər.

Musiqinin körpələrə olan faydasını saymaqla bitmir.

İnsan beyni inkişaf etdikcə son dərəcə açıq və işləndikcə işıldayan bir dəmir kimidir.

Onu nə qədər bəsləsəniz inkişafını da o dərəcədə sürətləndirmiş olacaqsınız.

Musiqi və ninnilər də körpənizin beyin hüceyrələri ilə ilk tanışlığı və xarici aləmə ilk xəbərdarlığıdır.

Buna görə də ana bətnində olandan başlayaraq və xüsusi ilə də doğum sonrasından başlayaraq körpələrə həzin musiqi, klassik musiqi və ninnilər dinlətməyiniz tövsiyyə olunur.

Eşitmə duyğusunu unkişaf etdirməklə bərabər yaşadıqlarını da hafizəsində depolayan körpəniz doğumdan sonra bu metodla qarşılaşdıqda özünü rahat və xoşbəxt hiss edəcəkdir.

Ninni və musiqinin uşaqların həyatında rolu.
Ninni və musiqi dinləmənin körpəniz üzərində meydana gətirdiyi müsbət təsiri xüsusi inkişaf sahələrinə görə fərqli başlıqlar altında qiymətləndirəcək olsaq da bunları söyləyə bilərik ki, körpənin zehni inkişafına etdiyi təsirləri saymaqla bitməz:

Məsələn, musiqi ilə erkən yaşlarda tanış olanlar, həm analitik və riyazi təfəkkür bacarıqlarına sahib olur, musiqi dinləmə qabiliyyətinin yaşıdlarına nisbətən daha çox inkişaf etdiyi müşahidə edilmişdir.

Sinirlərin inkişafı körpələrdə qavrama bacarığının daha yaxşı inkişaf etməsinə səbəb olur.

Mənəvi və ictimai inkişafa təsiri:

Aparılan araşdırmalardan məlum olmuşdur ki, ninni dinləyərək yatan körpə və ya musiqi ilə erkən tanış olan körpələr doğum sonrası çox sakit olduqları, daha az ağladıqları, daha az tündxasiyyət olduqları ortaya çıxmışdır.

Xüsusi ilə ana bətnində ikən musiqi ilə tanış olan körpələr doğulduqdan sonra da ana qarnında olarkən dinlədikləri musiqini duyduqları zaman daha rahat olur və yuxuya getməsi çox tez olur.

Əsasən yuxudan əvvəl körpələrinə ninni söyləyən və ya ninniyə qulaq asdıran anaların körpələrini yatırdarkən daha az problem yaşadıqları, ninni ilə yatan körpələrin də yuxu əsnasında daha sakit, daha xoşbəxt olduqları diqqət çəkir.

Musiqi ilə təmasda olan körpələr dalaşmağa daha az meyilli olurlar.

Sakit və problemlərin qarşısını daha tez ala bilmək bacarıqlarına da sahib olduqları məlum olmuşdur.

Fiziki inkişaflarına da təsir edir:

Ana bətnində ikən musiqi dinləyən körpənin qulaqları da inkişaf etmiş olur, səslərə qarşı həssas olur. Səslərini bir-birindən ayıra bilən körpə doğulduqdan sonra da nitq inkişafında da bir problem yaşamır.

Bunun yanında ritm duyğusu inkişaf edən körpə, uşaq mahnıları, laylalar və barmaq oyunları kimi musiqinin içərisində olduğu bir çox hadisələr zamanı təcrübəsi sayəsində əzələ inkişafını sürətləndirir.

Xülasə, musiqi və ninni keçmişdən günümüzə, atalarımızdan və nənələrimizdən bu yana bilinən və tətbiq olunan ən sağlam körpə sakitləşdirmə yollarından biridir və qətiliklə itirilməməsi lazım olan bir dəyərdir. Xüsusilə laylalar körpələrimizlə birlikdə yenidən inkişaf etdirdiyimiz həyatımızın ayrılmaz hissəsi olmalıdır.

menimailem.com

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər