Karl Marksın öz xanımına yazdığı məktub

Ürəkdən sevdiyim;

Yenə sənə yazıram, çünki tənhayam və beynimdə daxilən sənlə danışdığım zaman sənin bunu bilə bilməməyinə yaxud da, mənə qarşılıq verə bilməməyinə dözə bilmirəm. Qısamüddətli ayrılıqlar yaxşıdır, çünki hər zaman birlikdə olduğumuz zaman hər şey ayırd edilə bilməyəcək qədər oxşarlaşmağa başlayır. Yanbayan dayandıqda qüllələr belə balacalaşsa …da, adi və kiçik şeylər yaxından baxıldıqda nəhəngləşir. Xırda narahatlıqlar onlara səbəb olan şeylər aradan qaldırılan zaman yox ola bilərlər. Yanaşı olduqlarına görə adiləşən ehtiraslar da məsafənin sehrindən böyüyüb təbii vəziyyətlərinə dönərlər. Sevgim də belədir…

Zamanın sevgimi günəş və yağışın bitkiləri böyütdüyü kimi böyütdüyünü anlamağım üçün sənin bircə an, röyada belə olsa məndən ayrılmağın yetərlidir. Səndən ayrılan kimi sənə olan sevgim bütün gerçəkliyi ilə özünü büruzə verir: o, ruhumun bütün enerjisi ilə ürəyimin bütün xarakterini birləşdirən bir nəhəngdir. Beləcə , mən yenidən insan olduğumu hiss edirəm , çünki içim ehtiraslarla dolur. Araşdırma və müasir təhsilin bizi ağuşuna atdığı qeyri-müəyyənli klər və bütün obyektiv və subyektiv təəssüratlarımızda qüsur tapmağa vadar edən skeptiklik bizi kiçildir , zəiflədir və deyingənləşdirir. Lakin sevgi- Feyerbaxvari sevgi, varlığa olan sevgi, proletariata sevgi yox, sevdiyinə qarşı duyduğun eşq, yəni,- sənə olan sevgim insanı yenidən insanlaşdırır…

Dünyada çox qadın var, bəziləri çox gözəldir, lakin mən hər bir cizgisi , hətta, hər bir qırışı mənə həyatımın ən böyük və ən şirin anlarını xatırladan bir üzü bir də harda tapa bilərəm? Sənin şirin simanda sonsuz iztirablarımı , əvəz olunmaz itkilərimi belə oxuya bilirəm və sənin üzündən öpdüyüm zaman kədəri öpürəm… Salamat qal, əzizim. Səni və uşaqları min dəfələrlə öpürəm…

Sənin Karlın.

Mançester. 21iyun, 1865-ci il.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər