Elm insanları tərəfindən aparılmış araşdırmalar, ruhi problemlərin və bununla əlaqədar olaraq yaşanan çətinliklərin, bir müddət sonra bədəndə ciddi xəstəliklərə yol açdıdığını deyirlər.

Bəzi xəstəliklərin gedişatını araşdırmaq, həyatımızda iştirak edən insanlara nə qədər bağlı olduğumuzu, bu münasibətlərdən nə qədər çox təsirləndiyimizi göstərir. Bu münasibətlərdə yaşanan münaqişələr və frustrasiya bədənimiz üzərində gözlə görülə bilən mənfi təsirləri ola bilir.

Bədənimizdə immunitet sistemi adını verdiyimiz bir sistem var və bu sistem sayəsində bədənimiz bizi müxtəlif xəstəliklərdən qoruyur. Bizi xəstə edə biləcək bir mikrob bədənimizə girdiyi anda, bu sistem əvvəl onu fərq edir, sonra da eynilə vətəni düşmənlərdən qoruyan əsgərlərimiz kimi onu izləyir və yox edir. Əgər immunitet sistemimiz olmasaydı , hətta ən kiçik bir infeksiya belə bizi öldüre bilərdi.

Son edilən araşdırmalara görə beynimizle immunitet sistemimiz davamlı bir ünsiyyət halındadır. Əgər ruhi durumumuz yaxşıdırsa, əhvalımız yerindədirsə, yaşamaqdan zövq alırıqsa, özümüzlə və həyatla barışığıqsa immunitet sistemi də gedərək güclənir. Davamlı bir münaqişə yaşayırıqsa, həyata gözəl mənalar qatırıqsa, davamlı bir şeylərə kövrəliriksə, özümüzü təcrid olunmuş və tək hiss ediriksə, o zaman immunitet sistemi zəifləyir və fiziki bir xəstəliyə tutulma riski də getdikcə artır.

Bədənlərində eyni bakteriyanı daşıyan insanların bir qismi ölümcül xəstəliklərə tutularkən, eyni bakteriya başqa bir qrup insanda xəstəliyə gətirib çıxarmır. Eyni şey vərəm mikrobu üçün də keçərlidir.

İsveçdə, yaxın zamanlarda serialın çəkliş zamanı, insanların sevdikləri birini itirmələri ya da ondan ayrılmalarının diabet xəstəliyinin ortaya çıxmasında əhəmiyyətli bir rol oynadığını göstərir. Dünyada ən çox ölümlərə səbəb olan ürək və damar xəstəlikləri üçün də bənzər nümunələr verə bilərik.

Dr. Gülseren Budayıcıoğlu

Tərcümə etdi: Fəridə Əliyeva-Ağaverdiyeva

pcc.az

Leave a comment

Your email address will not be published. Required fields are marked *