Yenidoğulmuşlarda sarılıq. Narahatçılıq üçün səbəb varmı

Yenidoğulmuşların əksər hissəsi doğulduqda 2-3 gün keçdikdən sonra saralır – onların dərisi, selikli qişaları, gözləri sarı rəng alır.

Cavan anaları bu dəyişikliklər qorxuzur və onlar körpələrində olan hər hansı təhlükəli xəstəliklərdən şübhələnməyə başlayırlar. Lakin əksər hallarda narahatçılıq üçün heç bir ciddi səbəb olmur. Belə sarılıq fizioloji prosesdir, yəni bu heç bir xəstəliyin və ya pozulmanın əlaməti deyil.

Bu prosesin mexanizmini izah edək. Ana bətnində olan körpə müstəqil şəkildə nəfəs ala bilmir və öz inkişafı üçün lazım olan oksigeni cift vasitəsilə ananın qanından alır. Bu səbəbdən dölün qanında xüsusi hemoqlobin – fetal hemoqlobin hazırlanır. Bu hemoqlobin oksigeni özünə daha rahat birləşdirir.

Doğulduqdan sonra körpə müstəqil şəkildə nəfəs almağa başlayır və nəticədə onun qanında olan fetal hemoqlobin “böyüklərin” hemoqlobini ilə əvəz olunmağa başlayır. Hemoqlobin eritrositlərin (qırmızı qan hüceyrələri) tərkibinə daxildir. “Köhnə” hemoqlobinlə olan eritrositlər dağılır və “təzə” hemoqlobinlə olan eritrositlərlə əvəz olunur. Köhnə eritrositlərin parçalanması ilə insan orqanizmində qara ciyər məşğul olur. Böyüklərdə hər 120 gündən bir köhnə eritrositlər təzələri ilə əvəz olunur. Hemoqlobinin parçalanması nəticəsində digər maddə – bilirubin əmələ gəlir.Bilirubin orqanizm üçün ziyanlıdır. Lakin bizim qara ciyərimiz onu əsaslı şəkildə zərərsizləşdirir və ziyansız maddəyə çevirir. Zərərsizləşdirilmiş bilirubin nəcis və sidiklə orqanizmdən xaric olunur. Böyüklərdə normada bu proses belə baş verir.

Lakin yenidoğulmuşlarda qara ciyər hələ ki tam gücü ilə işləyə bilmir. Zərərsizləşdirilməmiş bilirubin körpənin orqanizmində toplanmağa başlayır. Bilirubin sarı piqmentdir. Məhz bu səbəbdən orqanizmdə artıq bilirubin toplandıqda dəri və selikli qişalar sarı rəng alır. 1-2 həftədən sonra körpənin qara ciyəri normal işləməyə başlayır və sarılıq tədricən keçir. Normada bu belə olmalıdır.

Fizioliji sarılıq heç bir xüsusi müalicə tələb etmir. Onun ən yaxşı müalicəsi – ana südüdür (xüsusilə ananın ilkin südü). Məhz bu səbəbdən körpənin ilkin əmizdirilməsi (doğuş zalında) və daha sonra yalnız ana südü ilə qidalandırılması çox vacibdir.

Nadir hallarda fizioloji sarılıq zamanı (körpənin qanında bilirubinin səviyyəsi 200 mkmol/l-dən yuxarı qalxdıqda, sarılıq uzun müddət ərzində keçmədikdə) körpəyə müalicə təyin oluna bilər. Bu zaman ona adətən 5%-li qlyükoza, ödqovucu preparatlar və fototerapiya (işıqla müalicə) təyin olunur. Bütün bu vasitələr körpənin qara ciyərinə artıq bilirubinlə mübarizə aparmaqda kömək edir. Körpənin anadan olduğu ilk həftələrində pediatr onun vəziyyətinə ciddi şəkildə nəzarət etməli və lazım olduqda sarılığa görə müalicə təyin etməlidir.

Fizoloji sarılıqdan fərqli olaraq patoloji sarılıq körpələrdə mütləq və təcili olaraq müalicə olunmalıdır. Əks halda uşağın baş beynində və sinir sistemində geriyədönməz ağır dəyişikliklər baş verəcək.

Patolojı sarılıq uşaq doğulduqdan dərhal sonra inkişaf edir, bilirubinin səviyyəsi körpənin qanında çox tez qalxır, qara ciyər, dalaq böyüyür, sidik tündləşir, nəcis rəngsizləşir, hemoqlobinin səviyyəsi çox aşağı olur və s. Belə sarılıq forması kifayyət qədər nadir hallarda inkişaf edir və onun əsas səbəbləri ana ilə körpənin rezus-uyğunsuzluğu (anada qanın rezus-faktoru mənfi, körpədə müsbət olduqda), qara ciyərin bətndaxili zədələnməsi, bəzi genetik patologiyalar və s. Patoloji sarılığın yüngül formalarında körpəyə qlyükoza, ödqovucular və işıqla müalicə təyin olunur. Daha ağır formalarında qan köçürülməsindən istifadə olunur.

Mənbə: www.novorozhdenny.ru

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər