Yumşaq oyuncaqları necə təmizləmək olar

Yumşaq oyuncaqların təmizləməsini yaxşı olar ki, qışda həyata keçirəsiniz, çünki bu zamanoyuncağı bir müddət şaxtada saxlaya bilərsiniz. Körpə və ya bir az böyük uşaqlar yumşaq oyuncaqları çox sevirlər.

Oyuncaqların çoxu təzə olsa da, onlardan bəziləri onlara valideynlərindən, böyük bacı qardaşlarından qalır. Buna görə valideynlər bu oyuncaqları tozdan və gənələrdən daim təmizləməlidir. Sizə yumşaq oyuncaqların təmizləməsinin ən təsirli metodlarını təqdim edirik.

  • Maşında yuma. İlk olaraq parçanın və oyuncağın içinin tərkibi ilə tanış olmaq lazımdır ki, onu maşında yumağın mümkün olub olmadığını aydınlaşdırasınız. Yun və xəzdən olan oyuncaqları paltaryuyan maşında yumaq məsləhət deyil.

Sonra oyuncağın sökük yerlərini yoxlayıb onları tikmək lazımdır. Bundan sonra oyuncağı yumaq üçün ya balışüzüyə, ya da ki, xüsusi kisəyə yerləşdirin. Bu həm oyuncağı qoruyacaq, həm də ki, paltaryuyan maşını. Oyuncaqları yuyarkən maksimal yumşaq yuyucu vasitə seçmək lazımdır. Yuma çox isti suda olmamalıdır, çünki bu oyuncağı rəngini apara bilər.

  • Quru təmizləmə. Əgər oyuncaq çox çirkli deyilsə, bu zaman ona quru təmizləmə kifayət edər. Bu prosedur üçün böyük plastik paket, qida sodası və yumşaq şotka tapmaq lazımdır. 2-3 orta ölçülü oyuncaq üçün yarım stəkan soda götürmək lazımdır. Sonra oyuncağı paketə yerləşdirib üzərinə soda tökün.

Paketin ağzını bağlayıb təxminən bir dəqiqə onu kifayət qədər güc ilə silkələyin. Son olaraq isə oyuncağı paketdən çıxarın və yumşaq şotka ilə onu soda və çirkdən təmizləyin.

Məsləhət: Paltaryuyan maşına yerləşməyən iri oyuncaqları, tozsoranın yumşaq mebel üçün xüsusi taxmaları vasitəsi ilə təmizləmək olar.

  • Soyuqla təmizləmə. Bu üsul daha çox köhnə oyuncaqlar üçün yararlıdır ki, ehtimal ki, onlarda tozdan başqa gənələr də artıq yer salıb. Bu həşəratları soyuq öldürür, buna görə onları güclü şaxta vaxtı eyvandan asa bilərsiniz. Hava isti olduqda isə siz oyuncağı polietilen paketə yerləşdirib bir gecəlik soyuducunun dondurma kamerasına yerləşdirə bilərsiniz.
  • Kimyəvi təmizləmə. Əgər oyuncaq sizin üçün çox əzizdirsə və siz onu heç cür təmizləyə bilmirsinizsə, bu zaman kimyəvi təmizləmə məntəqələrinə müraciət edin. Lakin bu zaman həmin məntəqələrin hansı vasitələrdən istifadə etdiklərini dəqiqləşdirin, çünki bir çox vasitələrin buxarı uşaq orqanizminə çox pis təsir edir.

xanim.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər