Cəsarət yoxsa Qorxu? – Psixoloji yanaşma

Cəsarət nə deməkdir??
Qorxunun olmamasımı? Təhlükədən çəkinməkmi? Xeyr…
Cəsarət çətin olan bir şeyi həyata keçirməyi istəməkdir; qorxumuza, çətinliyimizə rəğmən etmək. Qorxusuz cəsarət deyə bir şey yoxdur bu həyatda.

Hamımızın daxilində cəsarət var. Bəlkə də illərdir içimizdə yuxuya dalmış, bir az hərəkətsizdir, amma vardır içimizdə. Əgər istəsək onu təkrar ortaya çıxara bilərik.

İnsanlar bir hadisə olduğu zaman başlarını çevirməyi bir müddətdə çarəsiz, ümidsiz, cəsarətsiz qalmağı seçirlər. Lakin bir şeyi unutmayaq. Cəsarət, tamamilə ortadan qaldırılmaz.

Cəsarət, atalarımızın qanından hopan və kəskin dişli canavarlarla döyüşmək məcburiyyətində qaldığı dövrdən bəri, insanoğlunun qanına, canına hopan bir özəllikdir. Nümunə olaraq, bir əsgərin minalı ərazidən addımladığını düşünək; lakin bu əsgər həmin yerin minalı olduğunu bilmir. Düzənlikdən keçdiyini düşünür. Bu əsgər cəsarət göstərir? Xeyr. Əgər əsgər burada minanın olduğunu bilir və təhlükəyə rəğmən yenə də yoluna davam edirsə (anlayır ki bunu etmək məcburiyyətindədir), deməli çox böyük cəsarət sərgiləyir.

İstədiyimiz bütün müsbətləri həyatımıza daxil ediriksə və həyatımızda bunlara daha çox zaman ayırırıqsa, gündəlik vərdişlərimizin bir parçası halına gətiririksə, demək həyatımızı öncəki halına gətirmiş oluruq.

Yeni, müsbət enerji neqativ enerjinin əvəzləyəcək və ya onu neytrallaşdıracaq. Həyatımızda hər şeyi nəzarət altında saxlamamız mümkünsüzdür. Lakin bəzi bəzi şeylər, uğurlu sonluq əldə etmək şansının çox yüksək olduğunu formalara təsnif edə bilərsiniz.

Bir şeyi unutmayaq! Həyatda, çarəsizlik deyə bir şey yoxdur.Əgər bizim yaşadığımız gündəlik həyatımızda anidən minalı sahədə gəzməyimiz istənilərsə, yenə də cəsarət əsgər üçün nə qədər vacibdirsə, bizim üçün də bir o qədər əhəmiyyətli olmalıdır.

Əfsuslar olsun ki, günümüzdə ümid, cəsarət, sədaqət və güvən kimi mənəvi dəyərlər nə qədər çox vurğulansa da, bu dəyərlərin əvəzinə onların tam əksi olan neqativ şeylər gündəlik həyatımızın bir parçası olmuşdur.

Bəzi şeylər var ki, xarici dünyanı nəzarət altında saxlaya bilmərik. Lakin beynizimdə baş verənləri nəzarət etmək üçün bəzi qabiliyyətlərə sahibik. Əgər biz “bunu düşünməli deyiləm” deyəriksə, bu hadisənin olması sadəcə uğursuzluq olar. Əgər biz cəsarətli olsaq, həyatımızda uğursuzluq olduqda yeni bir çarə axtarışına çıxarıq

Sevda Xəlilova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər