Psixoloji dəyərləndirmə nə deməkdir

Psixoloji testlər nədir?

Psixoloji test, insana xas davranış formasının standart və obyektiv dəyərləndirmə vasitəsidir. Testin nəticələri, insan davranışlarına dair müəyyən məlumatlar verir. Psixoloji testlər digər elm sahələrində istifadə olunan testlərə bənzəyir. Məsələn, qandakı dəmirin miqdarı qandan nümunə alınaraq təyin olunursa, psixoloq yetkin insanın şəxsi keyfiyyətlərini şəxsiyyət testləri vasitəsilə qiymətləndirir. Psixoloji testlərdə fiziki xüsusiyyətin birbaşa ölçülməsi mümkün olmadığı üçün bu testlərdəki maddələrə və stimulyatorlara verilən cavabların şəxsin duyğu, düşüncə, inanc və davranışlarını əks etdirən davranışlar olaraq qəbul edilir. Qısacası, psixoloji testlər davranışların proyeksiyasıdır və standart şərtlərlə əldə olunur.

Psixoloji testlərin funksionallığı

Ümumiyyətlə, psixoloji testlərin funksiyası, eyni insanın fərqli situasiyalarda verdiyi reaksiyanı və ya digər insanlarla aralarındakı fərqləri ölçməkdən ibarətdir. Psixoloji testlərin ilk istifadə sahəsi məktəblər və uşaqlar olmuşdur. Tətbiq sahəsində ilk yararlı olan testlər əqli inkişaf geriliyi ilə bağlı yaradılmışdır. Bunu duyğusal istiqamətdən pozuntu olanlar, uşaq məhbuslar və müxtəlif davranış pozuntusu sahələrində tətbiq ediblər. Psixoloji testlərin ikinci istifadə sahəsi, beynəlxalq münasibətlər, maliyyə və iqtisadiyyatın digər sahələri olmuşdur. Burada isə əsasən fərdi konsultasiya, duyğusal yardım alma, özünüdərk və şəxsi inkişaf məqsədi daşımışdır. Hazırki dövrdə isə daha çox psixiatrik pozuntuların diaqnoz və ya təsnif olunmasında, mütəmadi şəkildə nəzarət altında saxlamaq məqsədiylə, proqnozda istifadə olunur. Gündəlik istifdə zamanı bu testlərin tədqiqat prosesində də əhəmiyyətli funksiyaları mövcuddur. Müxtəlif tədqiqatlar istifadə səbəblərindən biri də araşdırılan mövzuların daha obyektiv, mötəbər və güvənilir şəkildə dəyərləndirilməsini hədəf alır.

Psixoloji testin klinik sahədə istifadəsi üçün yararlılığı mütləqdir. Bunun üçün testi istifadə edən psixoloq bu dəyərləndirmə vasitəsi ilə təmin olunacaq məlumatların əhəmiyyətini bilməlidir. Testlə bağlı repertuarın geniş olması psixoloqa daha çox istifadə elastikliyini təqdim edir. Dəyərləndirmə üçün tələblərinə uyğun olan üsul və ya vasitələrdən istifadə edə bilər.

Psixoloji test və dəyərləndirmə vasitələrinin növləri

Psixoloji testlər müxtəlif xüsusiyyətləri baxımından təsnif olunur. Amma ən geniş yayılan təsnifat qabiliyyət və şəxsiyyət testləri sinfidir. Qabiliyyət testləri öz daxilində zəka testləri və şəxsi qruplar daxilində qabiliyyət testlərini ehtiva edir. Şəxsiyyət testləri isə şəxsiyyəti ölçən və əlavə olaraq maraq, dəyər və davranış testlərini əhatə edir. Şəxsiyyəti ölçən testlər isə öz daxilində obyektiv və proyektiv testlər şəklində iki yerə ayrılır. beyin və davranış əlaqəsini əsas götürən və müxtəlif beyin funksiyalarının səviyyəsini ölçməyi məqsədə alan neyropsixoloji testlər zəka testlərinə uyğun götürülür.

Zəka testləri

Hər bir insan zəka deyilən anlayışın olduğuna inanır, lakin bu anlayışın tam təsəvvürünü formalaşdırmaq bir qədər çətindir. Fransız psixoloqu Alfred Binet və dostları zəkanın ölçülməsinə yönəlik bir sıra tətqiqatlar aparırlar. İnsanların ovuc cizgilərindən fiziki xüsusiyyətlərinə qədər çox müxtəlif sahələrdə dəyərləndirmə aparırlar. Ən sonda fərqli qabiliyyətlər əvəzinə qarışıq zehni funksiyaları ölçməyi tapırlar. Hazırda zəka testləri (İQ testi), bəzən də zehni qabiliyyət testi olaraq adlandırıılan bu testlər insanın mövcud zehni qabiliyyətini dəyərləndirmək məqsədiylə yaradılmış standart ölçmə vasitələri olaraq təyin olunur. Binet testləri, Wechsler zəka testləri, akademik qabiliyyət testi kimi fərdi tətbiq olunan testlərin hamısı insanın mövcud zehni funksiyalarını dəyərləndirməyə və onun məktəbdəki performansını şərhləndirməyə yönəlir. Bu testlər başqa istiqamətlərdə də istifadə olunur: öyrənmə çətinliyini müəyyənləşdirmə və akademik planlama üçün zəif və güclü tərəfləri təyin etmə; üstün zəkalı şəxslərin təhsillərinin təmin olunması üçün xüsusi proqramın müəyyənləşdirilməsi və neyropsixoloji dəyərləndirmənin bir hissəsi kimi istifadə oluna bilər.

Zəka testləri; dil qabiliyyəti, sözsüz mühakimə, mücərrəd düşünmə, vizual bacarıqlar, diqqət və konsentrasiya və məlumatın ötürülmə sürəti kimi zəkanı yaradan müxtəlif funksiyaları ehtiva edir. ZƏka testlərinin bir çoxunda qiymətləndirmə standartdır. Suallar testi tətbiq edən mütəxəssis tərəfindən pasiyentə oxunur və cavablar qeyd olunur.Fərdi testlər xüsusilə klinik mühitdə tətbiq olunur. Fərdi testlərdən başqa bir neçə insana eyni anda tətbiq olunan qrup zəka testləri də var.

Şəxsiyyət testləri

Şəxsiyyət testləri, obyektiv (özünü dəyərləndirmə) testlər və proyektiv testlər olaraq iki yerə bölünür. Şəxsiyyət testləri, sadəcə şəxsiyyət xüsusiyyətlərinin və psixoloji əlamətlərin ölçülməsiylə bağlı testləri əhatə etmir. Bunlarla yanaşı affektiv, düşüncə, davranış və instinkt, maraq və davranışları da ehtiva edir.

Neyropsixoloji testlər

Bu testlər bir çox məqsədə xidmət edir. Bunlardan ən əsası pasiyentin şikayətlərinin psixoloji yaxud beyin travması nəticəsində ortaya çıxdığını araşdırmaqdan ibarətdir. Bir digər istifadə sahəsi isə beyin travmasının generalizə və ya hissəvi olub-olmadığını müəyyənləşdirmək və hansı funksiyalara nə dərəcədə təsir etdiyini təsbit etməkdən ibarətdir.

Ümumi qabiliyyət, qavrama və qavrama-motor performans, dil funksiyaları, yaddaş, problem həll etmə, diqqət və konsentrasiya, davranış elastikliyi, reaksiya zamanı istiqamətləndmə testlər vasitəsilə ölçülə bilir.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov

Nərmin Quliyeva

pcc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər