Müəllimlərin psixoloji müayinədən keçməsi vacibdir!- MÜSAHİBƏ

“Günümüzdə cinsi işgəncə yetkinlik yaşına çatmamış, yeniyetməlik dönəmindəki uşaqlar arasında daha çox müşahidə olunur. Təsadüfi hal deyil ki, bu problemlər daim yuxarı siniflər, yəni 10-11 yaşından başlayır, intensivlik 8, 9, 10,11-ci siniflər arasında daha çox rastlanır”.

Bu sözləri Modern.az-a açıqlamasında “NARINC” Uşaq Psixo-Pedaqoji İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova deyib. O bildirib ki, burada zorakılıqdan çox, yetkinlik yaşına çatmayan uşaqların istismarı qeyd olunmalıdır. “Onlar hələ şəxsiyyət kimi tam formalaşmayıblar, seçimləri adekvat deyil. Təbii ki, bizim də qanunlarımız da bunun tərəfdarıdır.

Ona görə də 18 yaşından tez evlilik yaşı qəbul olunmazdır. Çünki bu dönəmdə insan nə fizioloji, nə psixoloji evlilik nə də cinsi münasibət üçün hazır deyil. Bu dönəmlərdə yeniyetmələr arasında öz müəllimlərinə vurulma, onlara qarşı platonik, yəni qarşılıqsız məhəbbət hissi təbii halları olur.

Əslində bu bir heyranlıq, vurğunluq hissidir ki, uşaqlar bunu məhəbbət kimi sanır.

Burada əsas məsuliyyət məktəb psixoloqları və pedaqoqların üzərinə düşür. Bir müəllim ixtisası ilə yanaşı, yaxşı pedaqoq olmalıdır. Çünki bilir ki, bu təbii prosesdir və sinifdə bir və ya iki yeniyetmə arasında platonik sevgi, məhəbbət olur. Amma müəllimin bu distansiyanı qorumağı önəmlidir. O bu məsafəni ata məhəbbətindən kənara çıxarmamalıdır”,-deyə psixoloq əlavə edib.

N.Rüstəmova burada məsuliyyəti uşaq üzərində deyil, birmənalı məktəbin müəllimləri üzərində görür. O qeyd edib ki, bu kimi hallarda müəllimin psixoloji durumu da vacibdir.

“Pedofiliya, müəllimin balaca uşağa məhəbbət duyması, ondan faydalanmağı dələduzluq və psixoloji durumun yerində olmaması deməkdir. Nəinki cinsi istismar, hətta fiziki istismar olaraq uşaqlara zorakılıq göstərilməsi, döyülmə, vurulması onu göstərir ki, bu müəllimlərin psixoloji müayinədən keçməsi vacibdir. Dünya praktikasında da hər bir müəllim 6 aydan bir psixoloji, tibbi müayinədən keçməlidir. Bizdə tibbi müayinə var, psixoloji müayinə yoxdur.

İşə götürülərkən tibbi xasiyyətnamə alırlar. Amma müəllim də insandır, yeni hadisələr yaşayır, yeni mühit var.

O, 6 aydan bir intensiv müayinələrdən keçməlidir. Ola bilər ki, işə götürülərkən psixoloji vəziyyəti yerində olub. Amma elə travma yaşayıb ki, onun psixoloji vəziyyətində gərginliklər, problemlər var. Bunun üçün də yaxşı olardı ki, şəbəkələşdirilmiş müəssisə formalaşdırılsın. Onların müayinələrdən mütəmadi keçsinlər ki, problemlər vaxtında aşkarlansın”.

Psixoloq hesab edir ki, məktəb psixoloqları da gənclik, yeniyetməlik dövründə olan uşaqlarla iş aparmalıdır.

“Çox vaxt bu problemlər ailədaxili münaqişələr yaşanan, ata obrazı zəif olan uşaqlarda çox müşahidə olunur. Uşaq öz atasından ala bilmədiyi məhəbbəti müəllimə köçürür, onu ideallaşdırır, ona sevgi ehtiyacı duyur. Şamaxıda olan olayı araşdırsalar məlum olar ki, o qızın atası ilə problemi var. Ya atası onlarla az zaman keçirir, ya ailəyə diqqət yoxdur.

Çünki qızın ilk məhəbbəti, ilk sevgilisi atasıdır. Atası ilə sağlam münasibət formalaşan uşaq heç vaxt özündən yaşca böyük olan bir kişiyə maraq göstərmir. Amma natamam ailələrdə, ata uşaqları ilə az vaxt keçirəndə uşaqlar bu sevgini özlərindən 10-20 yaş böyük müəllimlərin üzərinə köçürür”. N.Rüstəmova qeyd edib ki, belə situasiyada valideynlər özləri vəziyyəti tənzimləməlidir.

“Valideylər məktəblərdə iclaslara gəlsinlər. İbtidai siniflərdə valideynlər şagirdlərin iclaslarına gəlir, lakin yuxarı siniflərdə gəlmir. İclas uşağı danlamaq və şikayət etmək üçün deyil, psixoloqun da bu iclaslarda iştirak etməyi şərtdir. Əsas odur ki, problemi erkən aşkarlasınlar.

Çünki bu kimi hadisələr yaşıdların da psixologiyasına mənfi təsir göstərir. Nəticədə belə halların adiləşməsinə, onların da bu hadisəyə təşviq olunmasına gətirib çıxardır. Buna görə də ailənin müəllim və psixoloqla davamlı təması vacibdir. Müəllimin də eyni zamanda müayinələrdən keçməsi lazımdır”. Məktəb psixoloqlarına gəlincə, mərkəz direktoru bildirib ki, onların da ixtisaslaşması lazımdır.

“Aşağı siniflərdə və yuxarı siniflərdə ayrı-ayrı psixoloqlar işləsin. Çünki bir məktəbdə 2 minə yaxın uşaq varsa, təbii ki, bir psixoloq bunu fiziki olaraq çatdıra bilməz. Məktəbdə bir psixoloq yox, ixtisaslaşmış, hər sahə ilə işləyən psixoloqlar olmalıdır.

Maarifləndirmə, profilaktik iş gücləndirilməlidir. Çox təəssüf ki, biz hər zaman maddiyatı düşünürük. Abituriyent hazırlaşır, deyirik ki, qoy müəllimləri yaxşı olsun, uşaq oxuyacaqsa ali məktəbə qəbul olacaq.

Onun psixoloji hazırlığı yoxdursa, müəllim yanına gedir, 500-600 toplaya bilir, lakin testdən 200 toplayır. Nəticədə onun psixoloji hazırlığını ikinci plana qoyuruq. Hər şeyin başı ruhsuzluq problemidir”.

Aytən ZƏHRA

modern.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər