Bir çox insanlar gözlərin ani qaralmasından şikayət edir. Bu simptom adətən insan uzun müddət ərzində ayaq üstə qaldıqda, qorxduqda, sürətlə ayağa qalxdıqda baş verə bilər.
Əgər bu hal tez-tez təkrarlanırsa, diqqətli olun. Bu, müxtəlif xəstəliklərin simptomu ola bilər.
Gözlərin qaralmasının səbəbləri arasında:
Beyin qan dövranının pozulması. Beyin qan dövranının pozulması çox təhlükəlidir ki, bunun nəticəsində xəstədə insult inkişaf edə bilər.
Beyinin qanla və oksigenlə normal təchiz olunması onun normal fəaliyyəti üçün çox önəmlidir. Əgər oksigen və qidalı maddələr beyinə kifayət miqdarda daxil olmazsa, insanda gözlərin qaralması, ani zəiflik, baş gicəllənməsi, bayılma və s. kimi simptomlar inkişaf edir.
- Arterial təzyiqin müxtəlif səbəblərə görə (yorğunluq, aclıq və s.) kəskin düşməsi.
- Bradikardiya (ürək döyünməsinin ləngiməsi) və digər aritmiyalar.
- Dəmir defisitli anemiya (qanazlığı).
- Ağır fiziki yorğunluq.
- Psixi-emosional gərginlik.
- Vegetativ-damar distoniya.
- Bəzi göz xəstəlikləri.
(saglamolun.az)