Ürəyini məzar etdin; cəsarətinə, hüquqlarına, hisslərinə – AZADƏ BAYRAMOVA

Ürəyini məzar etdin; cəsarətinə, hüquqlarına, hisslərinə… Deyirlər, romantiklər həyatı olduğu kimi görməzlər. Çünki, onların baxışlarındakı təsvir dairəsi tamam fərqlidir. Onların xəyal dəyirmanı dövr edir, Yerin Günəş ətrafında dövri hərəkəti kimi. Onlar öz gözləri ilə görmək istədiklərini həsrətlə birgə xurcununa yerləşdirən təlatüm dolu insanlardır. Ancaq bəzən insan görmək istəmədiklərini görür, sarsılır, mənən sınır, nifrət qığılcımı alovlanaraq mənlik məhfumunu kül edir. Necə ki, az öncə, qarşımda yalqızlıqla boğulan, göz yaşı ilə yanağının vaxtsız qırışını isladan, nəfəsini özünə yadlaşdıran və hər ürək döyüntüsündə özünü “mən”dən uzaq edən qadın vardı. Bəli, qadın!

Duyğusallığını dərinliyinə hopduran, gülüşünü illər öncə yelə bəxş edən, hər damla göz yaşında bir xatirəni göz önünə gətirən qadın! İndi niyə ağlayırdı? Görəsən, yenə də “ömür yoldaşı” kədərini ona yoldaş etmişdi? Görəsən, yenə də Heraklın əfsanəvi kişi gücünü göstərməsinə səhnə yoldaşı olmuşdu qadın? Görəsən, yenə də məchul təzyiqlərlə səbəbi sual dolusu təhqirlərə məruz qalaraq tək çarəni ağlamaqda görmüşdü?

Qadın, bəlkə indi danışasan? Bəlkə indi sənin də ağzında bir dilinin olduğunu göstərəsən? Bəlkə indi azad olasan süni təbəssümlərdən? Onsuz göz bəbəklərin səni ifşa edəcək qədər sədaqətsizdir… Bəsdir, ürəkləri bulandıran “xoşbəxt ailə”ndən ürək dolusu danışdın! Yox, əzizim, səni bir tək qadın anlar. Gözlərini gözlərimə daya. Əlini ovcumda isit. Nəfəsini qulağıma eşitdir. Həmdəm olum deyə sənə. Şərik olum qəminə. İzin ver, patriarxal cəmiyyətin tilsimini açmaq üçün qəfəsdəki quşu azad edim. İzin verə bilərsənmi? Yox, axı sən, izin vermək deyil, izin almaq haqqlarına mənsub olmusan! Yox, axı sən, ambisiya qarışıq insanın iddialarına itaətkar cavablar verməklə özünü məhkum etmisən izinsizliyinə…

Amma qadınıq biz. Sən də, mən də. Bilirəm, baş üzərini qara buludlar sardığından bir daha başını qaldırmağa cürət eləmədin. Qorxdun, çəkindin atanın namusuna, ananın adına xələl gələr deyə. Qorxdun, çəkindin bacılarının bəxtinə ləkə gətirərsən deyə… Və sadəcə göz yaşlarına sığınaraq ürəyini məzar etdin, cəsarətinə, hüquqlarına, hisslərinə! Qorxdun, çəkindin. Bir dəfə də olsun, başını qaldırıb göy üzünü zəbt edən buludlara baxmadın, əydin başını. Hər gün biraz daha əydin və əyildin.

Əziz qadın, bəs indi? İndi yenə də gözlərinin səmtini dəyişmək, başını qaldırmaq istəmirsən? Bax, sən! Gör ki, o buludlar daha yoxdur. Gör ki, buludlar dözməyib göz yaşı tökdü, baş üzərindəki qara ləkələri silsin deyə. Elə o göz yaşı sənə aydınlıq, səni özünə məhkum edənlərə isə boğuculuq gətirdi… Bax, yağışdan sonrakı göy qurşağı necə də gözəldir. Gözünü qamaşdıran çəhrayı işığa bax…

AZADƏ BAYRAMOVA

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər