Sürükləyir həyat məni,
Bir uçurum kənarına.
Xoşbəxtliyimi alıb məndən,
Aparıbdır uzaqlara.
Sürükləyir həyat məni,
Vicdansızlar ağuşuna.
O zülmətin içindəcə,
yaşarkən öldürür məni.
Sürükləyir həyat məni,
Tənhalığın qucağına.
İnsan cilddə Şeytanlardan
Nələr çəkdi başım mənimHəvəskar:Gülanə Qafarova