Qadın qarmaqarışıq kimi görünən, amma istədiyi yalnızca üç şey olan zərif bir varlıqdır: sevgi, sədaqət, dürüstlük.
Necə birşeydi qadın olmaq deyə soruşsalar, olması gərəkən və olan deyə iki hissəyə ayıraram.
Olması gərəkən qadın – zərifdir, narindir, kübardır.Narin olması məğlub olması demək deyildir amma.Güclüdür eyni zamanda.Asandlıqla məğlubiyyəti qəbul etməz.Mübahisə qadına görə deyildir.Yalnızca sevgi üçün mübahisə edər qadın.Və ya sevdiklərini qorumaq üçün.Yuvanı dişi quş qurar deyimi doğrudur.Betondan bir evi bir qadın yuva edə bilər ancaq.Sevgi ilə edə bilməyəcəyi şey yoxdur qadının.Yetərki, ehtiyacı olan sevgi, qayğı, dəyər və güvəni hiss etsin qarşısındakından.
Qadın olmaq gözəl olmaqdır, gözəllikdir.Gülümsəməkdir.Huzur, güvən verməkdir.Dəyişimdir eyni zamanda, yerində durmamaqdır.Saf olmaqdır, yaxşı düşünməkdir qadın olmaq.Ağıldır amMa daha çox duyğudur qadın.Əsla yanılmaz duyğularında.Əgər birgün yanıldığını düşünsəz, bilin ki, bu yanlış hiss etdiyindən deyil, elə olmaq istədiyindəndir.Seviləndir.Sevildikcə gözəlləşən və həyatı gözəlləşdirəndir.Aldığının 2 qatına çıxarma gücü var qadının.Sevgi verən, nifrət verən də 2 qatını alır.Sonda yenə sevəndir qadın.Ona görə çox qiymətlidir.Zərifdir, gözəldir, huzurdur, həyatın rəngli tərəfidir qadın.Qadın olmaq gözəl bir duyğudur.Qadın olmaq başqa bir hissdir, eyni zamanda çoxlu məsuliyyət tələb edən yüksək, çətin bir vəzifədir.
Həqiqətdə olan – Uşaqlığından etibarən qorxu ilə böyüməkdir qadın olmaq.Evliliyi bir kişi tərəfindən özünə bəxş edildiyi fikrinə inandırılmaqdır.Sadəcə kişini xoşbəxt etmək vəzifəsi olduğunu düşündürtmək və bunu heçbir zaman bacarmayacaqmış kimi hiss etdirilməkdir.Aldadılmağı normal qarşılamaq məcburiyyətində olmaq, aldadanda əxlaqsız olmaqdır.Birinin yoldaşı, qızı, anası və ya bacısı olduğu zaman hörmət edilən, ama tək ikən həmişə əldə edilməyə çalışan bir hədəf olmaqdır.Həm işdə, həm evdə, həm sevgidə, həm sosial həyatda mükəmməl olmaq məcburiyyətində olmaq və həmcinsləriylə mübarizə aparmalı olmaqdır.Baxış bucağı çox önəmlidir və təəssüfki hamımızın qadınlara qarşı baxışının artıq dəyişməsi lazımdır.Qadınlar da qadınlara fərqli baxmalı, özlərinə dəyər verməli, özünü tapmalıdır artıq.Ancaq bu şəkildə dəyişə bilər nəsillər.Qadın demək mənliyini, qürurunu unutmayacaq qədər xarakterli olmağı bilməkdir.
Qadın olmaq bir tərəfin dünyaya qarşı çıxa biləcək qədər güclü ikən, bir tərəfinin gücsüz olması, kiçik bir uşaq kimi sadəcə birilərinin sevgisinə ehtiyacı olmasıdır.Qadın olmaq incəlikdir.Həssasdır, incilir, tez qırılır.Eyni zamanda qadın olmaq gücdür.Hərşeyə baxmayaraq ayaqda durmaqdır, acıyı görməzdən gələrək köməyə qaçmaqdır.Qadın olmaq istəsə, hərşeyi edə biləcək gücdə olmaqdır.Bir qadın güclüdür əslində.Hətta kişilərdən çox daha güclüdür.Amma bu gücünü hər zaman ortaya qoymağı sevməz.Ancaq qadın gücünü göstərmək istədiyində onu əngəlləyə bilmərsiz.Etmək istədiyi birşey varsa mütləq edər.Əgər bir qadın istərsə heçvaxt edə bilməz deyilən işləri belə bacarar.Bir qadın, əslində hərşeydir.Qadınlar indi burda yaza bilmədiyim, daha milyonlarca işi edə bilərlər.Bir qadının xəyal etməsi, istəməsi və bir gün xəyallarını həyata keçirmək üçün qarşılarına çıxan tək maneə yenə özləridir.Özləri və özlərinin vicdan hesablaşmalarıdır.
Güc kişiyə, gözəllik qadına verilir, ama hərşeyə qalib gələn güc yalnız gözəlliyi məğlub olur.Ona görə qadınlar öz dəyərlərini bilməlidir.Qadın olmaq həyat deməkdir.Qadın hərşeydir.Qadın olmaq hərşeyi düşünməkdir.Mükəmməl olmalıymışıq kimi hərşeyi düşünmək…
Qadınlar sevgini, kişilər güvəni təmsil edər.Qadın törəyəndir, dünyaya yeni can gətirə bilmək üçün yaradılan bir möcüzədir.Qadın öyrədicidir.Uşaqlarının ilk müəllimləri əslində analarıdır.Hələ ana qarnındaykən, birlikdə yaşayarkən öyrətməyə başlayar ana.Çünki, yaşamağın 4cü ayından etibarən ağıl beyin altı yaddaşlara başlayar.Sevinc, kədər, xoşbəxtlik, bədbəxtlik hansı duyğuları yaşayırsa, qarnındakı uşağa da onu öyrətməyə başlayar.Həyatdakı duyğularla ilk tanış olmağımız anamız, yəni bir qadın sayəsində olur.Qadın dəyər bilir.Qadın səbirlidir, anlayışlıdır.Hər qadın bir qəhrəmandır.
Bir dəfə təsadüfən internetdə belə bir yazıyla qarşılaşmışdım.Bacon “30 ilimi qadın ruhunu araşdırmaqla keçirdim, ancaq hələ cavabını tapa bilmədim yazılmışdı”.Cavab verilməsi lazım olan sual isə budur: Bir qadın nə istəyər? Siqmund Frend isə demişdir: Məncə bu sualın cavabı çox asanddır.”Qadın əvvəlcə özündə mövcud olan dəyərlərin görülməsini və duyğularına qarşılıq verilməsini gözləyər”.
İçində hər zaman sevgini daşıyar qadın.Sevdiklərindən asand ayrıla bilməz, sevdiklərini asandlıqla qıra bilməz.Çətin sevər, amma tam sevər.Bir qadının tam sevə bilməsi üçün ürəyinin qəbul etdiyinin beyninin də qəbul etməsi lazımdır.Və sevməzsə də onu əsla sevməyə məcbur edə bilmərsiz.Bəlkə asandlıqla ürəyinə girə bilərsiz, ancaq beynində yer ala bilmərsiz.Hər an tərk edilə bilərsiniz.
Bir qadın valideynlərinin balaca qızıdır, övladıdır.Hər zaman masum, təmiz mələyidir.Onların hər zaman başını uca tutacaq varlıqdır.
Bir qadın bacıdır.Namusuna söz gətirməyəcək, öz bacısı olduğu üçün digər qızların da başqalarının bacısı olduğunu düşündürtəcək bir gözəllikdir.
Bir qadın həyat yoldaşıdır.Cavan vaxtı sevgilisi, orta yaşlarda dostu, yaşlı ikən dayağıdır.
Bir qadın anadır.Hər zaman əli öpüləsi möcüzədir, baş tacı ediləcək varlıqdır.Qadın olmaq ana olmaqdır.Qadın olmaq fərqlilikdir.Öz canından başqa can daşıya bilən, eyni anda iki qəlbi döyündürmə fərqliliyinə sahib ola bilməkdir.İçində bir möcüzənin olması…
Ən əsası qadın tək başına zərif bir fərddir.
Amma bu unutulmamalıdır.Ən önəmli faktor və məharət gözəl insan olmaqdır. Qadın və kişi fərq olmadan.Hamımız insan olaraq həyata gəlirik.Necə insan olacağımıza isə özümüz qərar veririk…
GÜNEL HƏSƏNOVA