Qadın həyatın eşqi,
Gələcəyin adıdır.
Bu günümüzün dayağı
Sabahın muradıdır.
Deyirik yaşadığımız dünya çox gözəldir.Axı necə də gözəl olmasın? Bizi gözəlliklərlə nələr əhatə etmir ki? Təbiət, su,təmiz hava, bol bəhrəli torpaqlarımız və bir də qadınlar.Bu iki sözün birləşməsinin ifadə etdiyi məna fəlsəfəyə daha çox yaxındır, yoxsa psixologiyaya-bunu dəqiq deyə bilmərəm.Amma bircə onu dəqiq deyə bilərəm ki qadın olmaq sadəcə və sadəcə məsuliyyətdir.
Nə qədər incəliyin, gözəlliyin, səbrin, inamın təcəssümüdür qadınlar.Qadın səadətdi, xoşbəxtlikdi,hərdən çətinlikdi, dözümdü, iradədir.Qadın bizlərin həyatında çox önəmli bir varlıqdır.
Qadınlar həyatları boyu nələrəsə görə mübarizə aparırlar.Və çoxlarında da qalib gəlməyi bacarırlar.Qadınların ən böyük isdəyi ədalətdir.Buna ən böyük misal kimi hal-hazırda beynəlxalq şəkildə qeyd etdiyimiz 8 martı göstərmək olar.Bir az bu bayramın tarixçəsinə nəzər salaq.
Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardıqları mübarizənin başlanğıcı olaraq 8 mart 1857-ci ildə ABŞ -ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz etdi.1908-ci ilin 8 martında isə Nyu-Yorkun Sosial-Demokrat Qadın təşkilatının çağırışı ilə daha qısa çalışma saatı,kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdilər.Qadınların şüarı”Çörək və Gül” idi.Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edir.İlk qadınlar günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda keçirilmişdir.1909-cu ildə Avropadakı qadınlar fevral ayının son bazar günü fevralın 28-ni ilk qadın günü kimi keçirtdi.1857-ci ilin martın 8-də Nyu-Yorkda başlanan mübarizənin qadın hüquqlarının genişləndirilməsinin və qadın həmrəliyinin simvolu olaraq Klara Setkin adlı bir Alman Sosialist qadın Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklif qəbul edildi.1911-ci ildən Kopenhagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrədə bu bayram qeyd edilmişdir.1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutdu.1975-ci ildə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır.Məhz bu il Beynəlxalq Qadınların ili olaraq tarixə düşdü.Həmin ilin Beynəlxalq qadınlar ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi.2 il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart qadın hüquqları və Beynəlxalq sülh günü olaraq qəbul edildi.8 mart sadəcə qadınlar günü yox, qadın inqilabçılar günüdür.Amma dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var.Avstraliya, Belçika,Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın 2-ci bazar gününə düşür.Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana -ilahənin şərəfinə on günlük Durqa Puca bayramı küçirilir.İspaniya və Portuqaliyada anaları dekabrın 8-də Fransa və İsveçdə isə mayın sonuncu günündə təbrik edirlər.Amma analar günü ən orijinal şəkildə Serbiyada qeyd edilir.Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlaylrlar.Ana əsirlikdən qurtulmaq üçün bir gün əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balaca “quldurlar”a verməli olur.
Dünyanın istənilən yerində və istənilən sahədə qadınlar çox fəaldırlar.Bunlara bir neçəsini misal göstərmək olar.Siyasət, təhsil, səhiyyə, kəndə təsərrüfati və s.sahələrdə qadınların fəal olduğu həqiqətdir.
Marqaret Tetçer-Böyük Britaniyanın baş naziri siyasətdəki sərt mövqeyinə görə “Dəmir Ledi”ləqəbi ilə tanınır.Böyük Britaniyanın tarixində yeganə qadın baş nazirdir.
Salatın Əsgərova-jurnalist “Molodej Azerbaycana”qəzetinin müxbiri Azərbaycanın Milli qəhrəmanı Salatın Əsgərova 1991-ci ilin yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur.Nəticədə qəhrəman jurnalist-Salatın Əsgərova qəhrəmancasına həlak olmuşdur.Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Mən bir az da müasir dövrdə qadınların qarşılaşdıqları problemlərə toxunmaq istərdim.Nə qədər demokratik ölkədə yaşasaq da,amma gender bərabərliyi yenə də pozulur.Ən sadə misal kimi deyə bilərəm ki qızlarımızın əksəriyyəti təhsildən kənarlaşdırılır,ailə həyatına evliliyə daha çox yönəldilir.Daha çox ucqar kəndlərdə, rayonlarda bu cür faktlara rast gəlinsə də, amma paytaxt Bakıda da belə qızlarımızın sayı az deyil.Unutmaq olmaz ki erkən ailə quran qızların özləri hələ uşaqdır.Onda belə bir sual ortaya çıxır bəs onlar öz övladlarını necə tərbiyə edəcəklər? Axı onlar hələ bir şəxsiyyət kimi tam formalaşmamışdır.Ailə dəyərləri, analıq duyğusu, övlad tərbiyəsi-bəs bunları necə dərk edə bilərlər? Məhz müasir dövrümüzün aktual problemlərindən biri olan ailələrin tez dağılmasının kökündə məhz bu problem dayanır-erkən nigahlar.Biz bəlkə də günahları cəmiyyətdə, bəlkə müasir dövrdə,bəlkə də şəraitdə görə bilərik.Amma real olan budur ki cəmiyətimizdə günü-gündən qadınlarımıza zorakılıq, şiddət artmaqdadır.Bəzi ailələr oğlan övladlarına daha çox meyilli olduqlarından qız övladlarını diqqətdən kənarda qoyurlar.Bir tərəfdən qızlarımız buradan mənəvi zorakılığa məruz qalırlar Evlilik yaşı çatmadan ailə qurulmağa məcbur edilirlər-bir tərəfdən buradan qadına təzyiq, digər tərəfdən isə ailə qurmuş qadınlar həyat yoldaşları, qayınana, qayınata, qohumların,qonşuların, bütünlükdə cəmiyyətin təzyiqlərinə dözməyə, dırnağarası desək onların nazını çəkməyə məcbur edilirlər.Bəzən də ailələrdə qadınlara qadağalar qoyulur çox şeylərdə. Qadınların azadlıqları əllərindən alınır.Bunların hər biri qadınlarda psixi travmalara, stress və depressiyalara,ən ağır hallarda isə xəstəliklərə qədər gəririb çıxarır.
Qadın gözəlliyini, fədakarlığını şairlər,yazıçılar öz əsərlərində təsvir və tərənnüm etmişdilər.Qadın hər şeydən əvvəl anadır.Analar isə fədakar olurlar.Təkcə Hüseyn Cavidin “Ana”romanı kifayətdir ki, onların nə qədər fədakar, nə qədər qəhrəman,nə qədər ürəyiyumşaq bəlkə də bunları ifadə etməyə sözlər yetməz.Qadınlar,analar bu cürdürlər və məncə elə bu cür də olmalıdır.
Xarici yazarlar da qadınlara aid çoxlu əsərlər yazmışdılar.Teoder Drayzerin”Kerri bacı”,Oskar Uaylıdın”Diqqətdən kənar qalmış qadın”,Maksim Qorki”Ana”və b. aid etmək olar.Bu arada kiçik yaşlarımda orta məktəbdə oxuduğum Cəlil Məmmədquluzadənin “Buz heykəl”hekayəsi yadıma düşdü.Məncə buna artıq şərh lazım deyil.Sadəcə sözlərin acizləşdiyi bir məqamdı.
Analara həsr olunmuş çoxlu filmlər də çəkilmişdir.Həbib İsmayılovun rejissorluq etdiyi “Ögey ana “filmində də qadın fədakarlığından danışılır.Qadınlar haqqında bəstəkarlarımız mahnılar bəstələmiş, müğənnilərimiz mahnılar ifa etmişdilər.
Qadınlar haqda çoxlu danışmaq olar.Ümumiyyətlə qadın böyük qüvvədir.Hər bir öndə olan kişinin arxasında da bir ağıllı qadın dayanır.Qadınlara diqqət, qayğı kiçikdən böyüyə doğru hərtərəfli olmalıdır.Bu günün gənc qızı sabahın anasıdır.Məhz buna görə də bacardığımız qədər qadınlara qarşı həssas olmalıyıq mehriban və qayğıkeş olmalıyıq.Çünki onlar buna layiqdirlər.
Ana haqqı ödənməz
Sevməyə ömür yetməz
Bütün dünya mənim olsa,
Bir dənə anam etməz
Yazdı:İradə Cəfərov