Hər şeydən ən önəmlisi və müqəddəsi ana ola bilməkdi qadın olmaq – XATİRƏ NURULU

Qadın olmaq. Hər kəsi bu düşündürür. Soruşsanız hamı bunu dünyasınaməxsus formada cavablandırmış olacaqdır. Bu cavabı verə bilməm üçün düşünürəm lap əvvəldən başlamaq gərəkdir.

Fikrimcə qadın olmaq- bəzən dünyaya gözünü aça bilməmək, daha bir parça ikən hissələrə ayrılaraq parçalana bilməkdi. Bəzən dünyaya gözlərini açdıqdan sonar ilk yaşlarından etibarən, daha özünü dərk etmədən qadınlığı dadmaqdır. Bəzən özünü və gələcəyini xilas etmək üçün gizlincə, qorxa-qorxa açıb oxuya bildiyin kitablardı qadın olmaq. Bədbəxtliyinə səbəb olan gözəlliyin, təravətinlə fəxr edə bilməmək, lənətləməkdir bəzən. Dima sözlərinin, gözlərinin, baxışlarının, hərəkətlərinin izlənməsi və buna mane ola bilməməkdir. Sevdiyin insana “səni sevirəm” deyə bilməməkdi qadın olmaq. Hər zaman işğal olunmağa, dağıdılmağa çalışılan qalanı müdafiə etməkdir.

Hər şeydən ən önəmlisi və müqəddəsi ana ola bilməkdi qadın olmaq. Fikrimcə hər qadına ana olmaq və hər Anaya qadın olmaq yaraşmaz. Analıq qadınlığın kamil pilləsidir. Müqayisə edin: autistik, xəstə, ölümünə az qaldığını, körpəsinin onu anlamadığını bildiyi halda gözlərindən yaş axa-axa xoşbəxtliklə mahnı oxuya bilən qadın və həyatının hər ağrı, acısını, bədbəxtliyinin, xoşbəxt ola bilməməsinin səbəbini məsum körpədə görən qadın. Düşünürəm bu cümlələr arasında tanış gələn səhnələr sizə də mövcuddur.

Deyirlər, qadınları anlamaq çətindir. Bu cümləni dünyasında anlayış və sevgi mövcud olmayan kəslər qura və ifadə edə bilir. Mən hər kəs kimi qadınları anlayın, onlara dəyər verin, hörmət edin deməyəcəm. Xeyr. Qadın olmaq- qadın olmağın nə olduğunu anlaya bilməkdir və buna görə də hər kəsdən, bütün dünyadan öncə özünü anlayıb, özünə dəyər verib, hörmət etmək, bax bu əsl qadınlıqdır. Bunu anladığınız an qadın olmuş olarsınız.

Nurulu Xatirə

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər