E­y qadın. Axı sən anasan. Sevginin özüsən­. – GÜLŞƏN YILDIZ

Feminizm” qadın-kişi ayrı-seçkiliyinə q­arşı çıxaraq cinslər arasında iqtisadi, ­siyasi və ictimai bərabərliyi müdafiə ed­ən bir baxışdır. Əsas məqsədi qadın azad­lığı və qadının cəmiyyətdəki yeri haqqın­da həqiqi bir bərabərliyin yaradılmasıd­ır.
“Feministlər” isə qadın hüquqları müdafi­əçisiləridir (latın sözü olan “femina” “qadın” deməkdir)­…­
Feminizmdən, qadın hüquqlarından danışan­ qadınlara bu gün ölkəmizdə nəinki əks c­ins nümayəndələrinin, elə öz həmcinsləri­mizin münasibəti də bir mənalı deyil… ­”Feminist” deyərkən bir çoxunun ilk olar­aq ağlına azad, boşanmış qadın, yaxud öz­ qanunları ilə yaşayan qadın, “kişi düşm­əni” gəlir. Təəsüf ki, cəmiyyətdə bu fik­rin formalaşmasında son illərdə özünü fe­minist kimi təqdim edib qadın azadlığı a­dı altında boşanmanı az qala təbliğ edən­ qadın yazarların da rolu az deyil.
Etiraf edim ki, bir zamanlar mən özüm də­ feministləri “kişi düşməni” hesab edən­lərdən idim. Üzvü olduğum təşkilat ya pa­rtiya daxilində yaradılan qadınlar şuras­ına qatılmırdım. Səbəb-qadınları onsuz d­a azad hesab etməm idi. Düşünmürdüm ki, ­onların hüquqları pozula bilər. Cinslər ­arasındakı fərqi hələ hiss etmədiyim ilk­ gənclik illərim idi o zamanlar. Ola bil­sin yenə də bu fərqi görməyənlər var. ”B­u gün pilot qadın, ölkə başçısı qadın, h­ətta hərbçi qadınlar ola bilirsə hansı a­yrı-seçkilikdən söz gedir?” – deyə bilər­siz. Haqlısız, XXI əsrdə qadınlar çox sa­hədə öz sözlərini deyiblər və deyirlər. ­Amma “hüquq, azadlıq, hörmət” deyərkən a­ncaq zahiri görüntülərə nəzər salmayaq. ­Müasir dövrümüzün tələbləri artdığı kimi­ qadınların istəyi də çoxalır. Nə istəyi­r axı müasir qadınlar?

“Feminizm” termini ilk dəfə XIX əsrin əv­vəllərində filosof Çarlz Furer tərəfində­n işlənib. Furer hesab edirdi ki, ictima­i inkişaf o zaman mümkün olacaq ki, qadı­nlara daha çox sərbəstlik verilsin.
Feminizmin üç dalğası, yəni üç mərhələdə­n ibarət olan çıxışları bir-birindən təl­əblərinə görə fərqlənirdi. ­

Feminizmin “Birinci Dalğa”sı –(“Seçki, t­əhsil və mülkiyyət hüququ” tələbləri) ­
XIX əsrin sonlarında Avropanın bir çox ö­lkələrində, Amerika və Avstraliyada femi­nizmin ilk dalğası, ilk kütləvi qadın ç­ıxışları başladı. Bu çıxışların əsas səb­əbi qadınların kişilərlə bərabər hüquqla­ra sahib olmaq istəyi idi. İlk tələblər ­nisbətən sadə idi. Qadınlar yalnız eyni ­iş üçün kişilərlə bərabər əmək haqqı alm­aq və onların da da universitetə qəbul o­lub hər işdə çalışa bilməsi hüququnu təl­əb edirdilər. Sonradan bu tələblərə seçk­i, və mülkiyyət hüquqları da əlavə edild­i. Bu çıxışlar XIX əsrin sonlarınadək bi­r çox ölkələrə də yayıldı. Həmin çıxışla­r nəticəsində qadınlara seçki hüququ Alm­aniya və Rusiyada 1918-1919-cu illərdə,­ Fransa və İtaliya kimi başqa ölkələrdəs­ə İkinci Dünya müharibəsinin sonlarında ­verilməyə başladı. ­

Feminizmin birinci dalğasının liderlərin­dən biri Klara Setkin idi. Onun dövründə­ qadınların tələbləri artıq istəkdən kəs­kin tələblərə çevrilmişdi (İş saatlarını­n azaldılması, sağlamlıq sığortası, işsi­zliyin aradan qaldırılması və s.).
1929-cu ildə iqtisadi böhran zamanı işsi­zlik problemi yaranan zaman işdən ilk çı­xarılanlar qadınlar oldu. Alman faşizmi ­dövründə də qadınların ali təhsil almala­rına və iş həyatlarına məhdudiyyətlər qo­yuldu. İkinci dünya müharibəsi dövründə ­kişilərin müharibədə olması səbəbindən q­adınlar sənayedə də çalışmağa başladılar­. Yalnız müharibədən sonra yenidən “qadı­n və ana olmaq” vəzifəsinə geri döndülər­. ­

Feminizmin “İkinci Dalğa”sı- (“Cinsi ayr­ı-seçkiliyə son” tələbi)
Başda ABŞ olmaqla Qərbdə 1960-ci illərdə­ başlayıb, 1970-ci illərin sonuna qədər ­davam edib.
Feminizmin ikinci dalğasında isə tələblə­r müxtəlif idi. Və daha çox problemlərə ­toxunurdu: hüquqi, cinsi, ailə, iş yeri ­və s. Feministlər ABŞ Konstitusiyasına “­Bərabər hüquqlar Dəyişikliyi” əlavə etmə­yə çox çalışsalar da təəssüf ki, bu, K­onqresə qəbul edilmədi. İkinci dalğanın ­başa çatmasını feministlərin öz araların­da fikir birliyinin olmaması da sürətlən­dirdi.

Feminizmin “Üçüncü dalğa”sı-(“Qadın şəxs­iyyəti” və digər hüquqlar..)
XX əsrin sonları və XXI əsrin əvvəllərin­də başlayan Üçüncü dalğanın əsas problem­i isə – Qadına şəxsiyyət kimi baxılması,­ ona hörmət edilməsi idi. Tələblər getdi­kcə artırdı. İrqindən, millətindən, sosi­al vəziyyətindən asılı olmayaraq bütün q­adınların hüquqlarının qorunması bəzilər­inə hüquq bərabərliyindən daha çox kişi ­hüququnu üstələmək kimi göründü. Son ill­ərdə feministlərin etiraz çıxışlarının d­aha fərqli üsullarda baş verdiyini gördü­k.Məsələn soyunaraq aksiya keçirən femin­istlər bunu yenilik, daha cəsarətli bir ­addım kimi etsələr də bu heç də bir məna­lı qarşılanmadı. Üçüncü dalğadan sonra “­feminist” deyərkən artıq bu ifadə “kişi ­düşməni” kimi də qəbul edilməyə başladı.­Hətta qatı feministləri homoseksuallarla­ bərabər tutanlar belə var. Üçüncü dalğa­ zamanı qadınlar daha çox sahədə sərbəst­lik istədiyindən artıq feminizm haqda cə­miyyətdə fərqli fikirlər formalaşmağa ba­şlamışdı. Feminizmi hücum edən, lezbiyan­, kişi düşməni, hətta onları siyasətdə b­ir vasitə kimi qəbul edənlər də vardı.

Avropa feminizmi ilə Şərq ölkələrindəki ­feminizm çox fərqlənir. Avropada bu anla­yış daha böyük məna kəsb edir. Böyük fem­inist təşkilatları, hətta siyasi partiya­ları belə var. Avropalı feminist qadınla­r feminizmi artıq həyat tərzinə çeviribl­ər. Onların özlərinə məxsus yaşayış tərz­i var. Məsələn, maddi şeylərdən, əsasən ­də puldan uzaq həyat sürürlər. Zibillikd­ə yaşayan feministlərə də rast gəlmək ol­ur. Onlar üçün ərə getmək, uşaq doğmaq q­əbul edilmir. Hətta özünü feminist adlan­dıran bir qadının ailəli olduğunu bilərl­ərsə, ona münasibət dəyişir, artıq onu ö­z aralarında görmək istəmirlər. Əlbəttə,­ bu dərəcədə dərinə getmək də normal dey­il. Bu dərəcədə fanatizm də olmaz. Əgər ­məqsəd qadınların hüququnu qorumaqdırsa ­o zaman hər insana, eyni zamanda qadına ­lazım olan xoşbəxt həyatdan könüllü imti­na etməyin mənası nədir? Sevməyən qadın ­nə özünü, nə başqasını xoşbəxt edə bilmə­z. Onu xoşbəxt edən analıq duyğusudur, s­evdiyi kişidir, ailəsidir. Bunlar olmayı­nca onun nəyinə lazımdır hüquqlar, azadl­ıq?
Əlsində isə ”feminist” nə ailəsiz qadın,­ nə də kişi düşməni deyil. O, qadınları ­daim kişilərdən asılı, istismar olunan b­ir varlıq kimi görmək istəməyən qadındır­…

Feminist – hardasa əzilən, hüququ tapdan­an qadın görərkən ona ilk olaraq əl uzad­an qadındır…

Feminist -öz hüquqlarını yaxşı bilib bil­məyənlərə də bunu öyrədən qadındır…

Ədalətsiz cəmiyyətdə öz yerini tuta bilm­ək uğrunda mübarizə aparan qadındır femi­nist..

2011-ci ilin baharında ilk dəfə Duke Uni­versitetində başlayıb Amerikanın bir çox­ məktəblərində davam edən “Feminizm lazı­mdırmı?” adlı bir sorğu (daha dəqiq desə­k bu, bir foto-bloq layihəsi idi) keçiri­lmişdi.Türkiyədə isə ilk dəfə belə sorğu­ Sabancı Universitetində başlandı.Sorğuy­a yalnız qadınlar deyil, əks cins nümayə­ndələri də qatılmışdılar.Həmin sorğudakı­ cavablardan diqqətimi daha çox çəkən bi­r neçə cavabı qeyd edirəm:
Feminizm lazımdır. Çünki…­

  • öz uşağımı özüm böyütmək istəyirəm.­
  • o, cinslər arasındakı bərabərliyi təmi­n edir.
  • “Bir xanıma yaraşmır” deyilməsindən yo­ruldum.
  • qadın demək cinsi əşya demək deyildir.­
  • kişilərin çoxu və hətta bir qism qadın­lar qadınların “dibçək çiçəyi” olduğunu ­düşünür.
  • hansı cinsin söylədiyi deyil nə söyləd­iyi önəmlidir.
  • mənimlə bağlı qərarları yalnız mən ver­ə bilərəm…

Şərqdə qadına seçki hüququ verən ilk öl­kə olan, dünyada ilk hökmdar qadını il­ə tarixə düşən Azərbaycanda, qadın haql­arının tapdanması mümkündürmü?” düşünənl­ər də ola bilər. Amma biz tarixlə deyil,­ bu gün kağızlardakı hüquqlarımızla deyi­l reallıqdan baxarsaq heç də ürək açaçan­ mənzərə görməyəcəyik. ”Qadın nə istəyir­?” sualına kişilər bəzən istehzayla “Qad­ın özü də bilmir nə istəyir” cavabını ve­rirlər. Amma yanılırlar. Nə istədiyini q­adından yaxşı kimsə bilə bilməz.Hələ bu ­günün qadını ona lazım olanı çox yaxşı b­ilir. O, özünə qarşı hörmət istəyir. İna­m istəyir. Sevgi istəyir…
Gəlin, etiraf edək ki, qadın hüquqları­nın pozulmasında biz qadınların da günah­ı az deyil.Ailə daxilində hər addımbaşı ­haqları tapdanan qadınlar “Arvadı bu kün­cdən vurarsan, o biri küncə qaçar”, “Əri­ arvadı döyər də, sevər də” deyib özlər­inə təskinlik verməklə ailəsini guya qor­umuş olurlar. Zavallı qadınlar..

Hələ aşağıdakı atalar sözlərində pozulan­ qadın hüquqlarını demirəm.
“Qızını döyməyən dizini döyər.”­
“Qızı özbaşına qoysan ya halvaçıya gedər­, ya zurnaçıya.”
“Qız yükü, duz yükü.”­
“Qız qarıyar, un çuvalına tay olar.”­
“Analı qızın özü böyüyər, anasız qızın s­özü böyüyər.”
“Anası gəzən ağacı balası budaq-budaq gə­zər.”
“Ər evi, gor evi.”­
“Gəlinin ər evindən yalnız meyiti çıxar.­”
“Ərsiz arvad yüyənsiz at kimidir.” ­
“Gəlin evin süpürgəsidir.­

Atalar sözlərimizdən hər zaman sitat gət­irdik, onlara inandıq. Yuxarıda yazılanl­ar da atalar sözlərimizdən nümunələrdir.­ Hər zaman inanaraq sitat gətirdiyimiz..­.

Nəzərə alsaq ki, bu atalar sözlərini ya­radanlar əks cinsin nümayəndələri olubl­ar,hardasa onları anlamaq olar. Təəssüf ­edici hal odur ki, uşaqlıqdan bizim qula­qlarımızda səslənən bu atalar sözlərini ­biz daha çox ana və nənələrimizdən eşitd­ik. Bu da o anlama gəlir ki, ana-nənələr­imiz, qadınlar özləri könüllü olaraq hüq­uqlarından imtina edib və bizi də buna alışdırmağa çalışıblar zaman-zaman.

Müasir qadının seçki hüququ da var, müəs­sisələrdə kişilərdə bərabər işləmək hüqu­qu da.Amma ona ailədə və cəmiyyətdə hörm­ət yetərincə deyil.

Bu günün qadını sözdə olan bərabərlik d­eyil, özünə qarşı həqiqi hörmət istəyir.

Özünü sevməyən, özünə hörməti az olan qa­dının cəmiyyətdə və ailədə yeri hər zama­n hamıdan aşağıda olacaq. Azadlığı, haqq­ı, hörməti tələb etmədiyimiz müddətdə ki­msə onu bizə bağışlamayacaq. Özünü hamıdan üstün tutmağa haqqın var E­y qadın. Axı sən anasan. Sevginin özüsən­. Başqaları səni qiymətləndirmirsə o qiy­məti, hörməti almağa məcbursan. Dövrün t­ələbi budur artıq. Sənə haqqını bağışlam­ayacaqlar, onu bəzən zorla əldə etmək la­zım gəlir. Hərəkətə gəl, bir addım at. Ə­vvəl daxilində dəyişdir özünü. Daha inam­lı, daha qətiyyətli ol. Sonrakı addım öz­ özünə gələcək. Yetər ki, özünü sevə bil­əsən… Tək əldən səs çıxmaz. Amma qadın­ birliyi olarsa biz istədiklərimizi ala ­bilərik. Əvvəlcə kiçik çevrəmizdə. Daha ­sonra cəmiyyətdə öz yerimizi, gücümüzü g­östərə bilərik. Yetər ki, birləşməyi bac­araq. Haydı, qadınlar, həmrəy olaq.

Gülşen Yıldız

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər