Qadın olmaq…
Müsabiqənin elanını görəndə ilk düşündüyüm “axı həqiqətən nə deməkdir qadın olmaq ” və niyəsə ilk ağlıma gələn də elə bu oldu “ana olmaqdır qadın olmaq”…
Qadın olmaq dünyaya ilk göz açdığın gündən bir atanın namusu,bir qardaşın başucalığı,bir bacının dayağı və bir ananın ürəyi olmaqdır əslində..
Qadın olmaq xanımlığının dəyərini bilib xanım kimi davrana bilməkdir əslində..
Örnək bir xanım..Hər kəsin hörmət etdiyi,cəmiyyətdə mövqe və söz sahibi,valideynlərinin fəxri,bacı qardaşının qürur mənbəyi,həyat yoldaşının bütün həyatının yoldaşı və övladlarının bütün dünyası ola bilməkdir qadın olmaq …
Bu beş hərfli qadın sözü gör nə qədər mənaları topluyur özünə :namus ,qeyrət,şərəf,xoşbəxtlik,uğur,xanımlıq,dostluq,sevgi və ana…
Qadın olmaq …qadınlığın ən yüksək zirvəsdir ana olmaq ..axı cənnət anaların ayaqları altındadır deyib peyğəmbərimiz..Yəqin ona görə cənnət qoxur analarımız…
Qadın olmaq dünyaya ilk göz açdığın vaxtdan məsuliyyətini dərk etməkdir əslində..
Qadın olmaq göz yaşlarını silib yenidən hər dəfəsində həyata yenidən gülə bilməkdir əslində..
Qadın olmaq xoşbəxtliyi bədbəxtlik,sevinci kədərlə birlikdə yaşaya bilməkdir bəzən..
Qadın olmaq 9 ay bətnində gəzdirdiyin körpənin acısını yaşamaqdır bəzən..
Qadın olmaq yuxusuz gecələrdir …
Qadın olmaq səhər işdə ,axşam evdə sevinc paylamaqdır ərtafa …
Qadın olmaq təbəssümdür …
Qadın olmaq gözlərin ,dodaqların güləndə içinin qan ağlamasıdır bəzən..
Qadın olmaq zəriflik donu geyindirilmiş əsgər olmaqdır əslində ..
Həyata,çətinliklərə ,haqsızlıqlara sinə gərən ,mübarizə aparan əsgərdir qadın olmaq,
Hər qələbəsində daha da ucalan ,hər məğlubiyyətində daha da güclənən əvəzolunmaz qəhrəmandır qadın olmaq …
Qadın olmaq qorxuyla baxan gözlərdi bəzən…
Müharibələrə ,terrora,vəhşiliklərə qorxuyla baxan bir cüt gözdür qadın olmaq…
Acizlikdən səssizliyi ilə üsyan etməkdir həyata ..
Qadın olmaq qaranlıq küçələrdə yalnız qalmaq kimi ürküdücüdü bəzən..
Qadın olmaq başqalarının həyatına görə qurban verilməkdir bəzən..
Qadın olmaq həyata dair minlərlə xəyalın varkən ,
Soyuq bir meşədə kimsəsiz tapılmaqdır bəzən…
Qadın olmaq müharibədə əsir düşüb
Həyata qaranlıq pəncərədən baxmaqdır dəniz mavisi gözlərlə..
Qadın olmaq həyata meydan oxumaqdır bəzən..
Özünü məğlubedilməz bilən birini
Sevgisiylə diz çökdürməkdir qadın olmaq ..
Qadın olmaq isti bir qucaq,isti bir ürək və isti əllərdir bəzən..
Bəzən heçnəyə baxmayaraq həyata qalib gəlməkdir qadın olmaq..
Və əslində qadın olmaq bütün gözəlliklərdə var olmaq deməkdi dünyada..
Günəşin doğuşunda,
Qürub vaxtı səmanın alovlanışında..
Gecə vaxtı qaranlıq səmada ulduzların parlayışında ,
Göyqurşağının yeddi rəngində,
Dənizin dalğalanışında,
Yaşıl meşələrin şırıltı ilə axan bulaqlarında,
Gülən bir körpənin təbəssümündə,
Körpə bir uşağın gözlərində,
Gizlənə bilməkdir qadın olmaq …
Və əslində həyatın düz mərkəzində
Bütün dünyaya işıq saçmaqdır qadın olmaq…
Şəhla Mirzəzadə
Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinin məzunu
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi