“Hər kəs bu həyatda qonaqkən ən böyük qonaq olmaqdır qadın olmaq-öz evində belə qonaq olmaqdır.” – NƏCƏFZADƏ ASİMAN

Və bir səs yüksəldi Allah (c.c) evindən : “Qadınlar sizə Allahın əmanətidir.”

Bu dünyada qadın olmaq həyatda var olmaq üçün mübarizə aparmağa məcbur qalmaqdır. Həyatın hər anında “mən də varam”demək istəməkdir. Birilərinin səsini kəsməsidir bəzən…”Nəfəs alırsansa ümid hələ də var “ deyirlər ,əgər qadınsansan, hələ də sağsansa, güclüsənsə ümidin deyil-şansın var deməkdir…

Qadın hər şeydən öncə övladdır. Bəzilərinin qəbul etdiyi,bəzilərinin isə sadəcə “utanc “, “əşii yenə də qız” adandırdığı övlad. Kimisi qoxusu üçün ölməyə hazırkən,kimisinin əlinin tərsiylə itələdiyi övlad… Nə qədər şablon səslənsə də qadın olmaq çətindir bu həyatda… Qadının ən böyük uğuru da elə övlad olaraq həyatda qalmağı bacarmaqdır. Bəli,qadın övladdır, qadın anasının qızıdır ilk növbədə. Qadın elə qadının həmdəmidir əslində. Qadın olmaq-oxumaq üçün mübarizə aparmaqdır,qadın olmaq bacarmaqdır -ən adisi oxumağı bacarmaq. Bacarmasan ərə verilmək..

Hər kəs bu həyatda qonaqkən ən böyük qonaq olmaqdır qadın olmaq-öz evində belə qonaq olmaqdır. Başqalarına,başqa həyata öyrəşməkdir, hamıya hörmət etməyə məcbur qalmaqdır qadınlıq…”Namus“ anlayışının canlı timsalı olmaqdır. Namuslu, iffətli olduğunu sübut etməyə məcbur qalmaqdır hamını. Belinə qırmızı qurşaq bağlamaqdır ,qarşı cinsdən qorxacaq hala gəlməkdir qadın olmaq. Heç bir yerdə “Ana,qabağda çox qız var, adboy vermə, qorxuram” deyə telefonuna sarılan oğlan görə bilməzsiniz. Ömrü boyu ”Evə çatanda xəbər elə” cümləsini eşitməkdir qadın olmaq, çünki,evə gedib çatıb çatmayacağı belə bəlli deyildir… Hər bir kişi namuslu qadın axtararkən avtobusda, metroda çantanı arxana almaq, söykənəcək divar axtarmaqdır qadın olmaq. Qadın olmaq həmcinslərinin etdiyi bütün səhvlərə görə cavab verməkdir, bütün qadınlara yükləməkdir bir yükü.”Dişi köpək quyruğunu bulamazsa,erkək köpək ardına düşməz”atalar sözünün altında əzilməkdir qadınlıq. Atanın öldüyü bir evdə qapının önünə kişi ayaqqabısı qoymaqdır qadınlıq. Liftdə,avtobusda əks cinslərlə tək qalmağa qorxmaqdır, bunlara görə küçədə qulaqcıqsız gəzə bilməməkdir qadınlıq. Ən əsası bunları yazarkən gözlərinin dolu-dolu olmasıdır qadınlıq…

Bir gecədə həyatı dəyişər bi qadının. Bir gecə keçər “qız” artıq “qadın” olar,yoldaşı ölər “dul” olar,hər söyüşdəəzilər, hər kişiyə qurban verilər ,alınar,satılar…Doğurdan bir qadın nə zaman azad olar? Qadın olmaq həyatın hər anında “damğa “yemək qorxusuyla yaşamaqdır. Mənim fikrimcə u həyatda bir adın, bir də ağac olmaq çətindir… Dediyim kimi,qadınların şanslı və şanssız olanları ,bəlkə də qızıldan taxt düzəldib qızıldan bəxt axtaranları mövcuddur. Şanssızlar:

Sudan

Qadınlar 10 yaşında rəsmi şəkildə evlənə bilərlər… Burada hər 30 qadından biri hamiləykən ölür…

Somali

Salınan somali düşərgələrində 1200 ə qədər qadının təcavüz olunduğu aşkarlanmışdır..

Cibuti

Bu ölkədə seksual zorakılıqla bağlı qanun yoxdur… Qadınların 93%i sünnət olunur.

Mərakeş

Qadınların ərlərindən boşanmaq hüququ yoxdur. Burada qadınların 44%i oxuyub –yaza bilmir.

Qadınlıq bəzənsə bir kişiyə yar olmaqdır… Onu övladın kimi sevməkdir.”Sevmək “-şansının verildiyi qadınlardan olmaq necə də mükəmməl hissdir. Kipriklərini tək-tək seyr etməkdir bəzən… Gözlərinin içində özünü görmək istəməkdir,bəzən bir can sözünü eşitmək istəməkdir qadınlıq…

Bir də bu həyatın qadınlara verdiyi əvəzsiz hədiyyə var-“Ana” olmaq. Deyilənə görə bu hissə bərabər hiss yoxdur. Mən bu hissi bilməsəm də onun yolunu dörd gözlə gözləməyi bilirəm.Analığın Onun üçün ayları həftələrə,həftələri günlərə ayırmaq olduğunu bilirəm (mensturasiya,ovulasiya). Analıq onun gəlişi üçün günlərlə, yuxularda belə göz yaşı tökməkdir. Hərdən gücsüz olduğunu hiss etmək,sonra özünü toparlaya bilməkdir. Ana olmaq-ümid etmək, əsla imtina etməmək, hesabsızca sevmək, neçə yaşı olursa olsun övladının ac olmadığından əmin olmaq istəməkdir. Ana olmaq-imtahan qapılarında gözləmək ,yenidən şagirdolmaq,yeri gəldiyində əsgər olmaq deməkdir… Ana olmaq-qadın olmaq deməkdir… Qadın olmaq-o biri dünanı qazanmaq deməkdir.”Cənnət anaların ayaqları altındadır” sözünü eşidəndə birdən ana ola bilmədim deyib,tüklərinin ürpərib,içində bir yerlərdə göynəmə hiss etməkdir mənim üçün qadınlıq.

Xülasə…

Bir qadın həyatddır əslində. Yemək yemək, su içmək belə bir qadınla dəyişir. Bir qadının əlindən içdiyiniz suyla özünüz içdiyiniz su arasında fərqi başa düşə bilirsiniz? Başa düşə bilirsinizsə, nə əla…

Başa düşmürsünüzsə nə yazıq ki yaşamırsınız….

Nəcəfzadə(Əlizadə) Asiman

Bakı Qızlar Universitetinin “Sosial-pedoqoji”

Fakültəsinin İ1-13 tələbəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər