Dünyadaki insanları xoşbəxt və bədbəxt deyə iki kateqoriyaya ayırsaq, əksəriyyəti xoşbəxt olmadığını söyləyəcəkdir. Əgər xoşbəxt deyiliksə, ilk öncə xoşbəxt olmamağımızın səbəblərini bilməliyik. Daha sonra isə xoşbəxt olmaq üçün nələri etməmiz lazım olduğunu düşünməliyik. Xoşbəxt olmamağımızın səbəblərini belə sıralaya bilərik:
1) Özünəqapanmaqdır. Özünü günahkar sayanlar, bir nöqtəyə ilişib qalanlar, megalomanyaklar (özünü hər kəsdən üstün görən və hər zaman özünü ön plana çıxartmaq istəyən insandır). Bunların xoşbəxtliyə qovuşması üçün tək yolu var. O da ətraf aləm ilə maraqlanmaqdır.
2) Hər şeyi örgənib bitirmiş, və artıq dünyada yaşamağa dəyər, heç bir şeyi qalmadığını düşünmələridir. Bunlarında çıxış yolu içinə qapananlar kimi xarici dünyaya açılmaqdır. Belə insanların bu cür düşünmələrinə səbəb istədiklərini əziyyət çəkmədən asant yolla əldə edə bilmələridir.
3) İnsanlararası rəqabətdir. Kimlərsə buna yaşamaq mübarizəsi adını verir. Əslində isə, yaşamaq üçün deyil, qonşularından daha üstün bir həyata çatmaq üçün mübarizədir. Rəqabət xəstəliyinin aradan qaldırılması sakit həyat tərzini qəbul etməklə mümkündür. İnsan qonşusuna acıq verməklə deyil, sabahki yeməyini tapa bilməklə xoşbəxt olmalıdır.
4) Həyəcan istəyi və cansıxıntısı da xoşbəxt olmamağın səbəblərindəndir. Lakin insanlar anlamalırdırlar ki, bir sıra yaxşı şeylər var ki, mövcud dərəcədə monotonluq olmadan mümküm deyildir.
5) Günah hissi. Günah qorxusunda insanın öz-özünə hörmət nöqsanlığı var. Bunun üçün bir insan məntiqə uyğun olaraq nələrə inanacağına yaxşıca qərarlaşdırmalıdır.
Xoşbəxt olmama səbəblərindən sonra, necə xoşbəxt olarıq sualına gəlincə aşağdakılara nəzər yetirməliyik:
Xoşbəxtliyin əsas səbəblərindən biri həvəs və xoşlama duyğusudur. Dünyada hər biriylə, ayrı-ayrı maraqlanmağa ömrümüzün yetəcəyi qədər çox şey vardır. Bu qədər bol və çeşitli mövzülar qarşısında içinizə qapanıb, sıxıntıdan partlamaq insanların acizliyindən irəli gəlir.
Xoşbəxtliyin əsas qaynaqlarından biri də sevgidir. Güvən hissini yaradan qarşılıqlı olaraq sevmək və sevilməkdir. Həyatı güvənlə qarşilayanlar,güvənsizliklə qarşılayanlardan daha çox xoşbəxtdirlər.
Xoşbəxtliyin böyük mənbələrindən bir başqasıda ailədir. Ana atalarının bir-birilərini, uşaqlarında ana atalarını, ana atalarının uşaqlarını sevməsi güclü bir xoşbəxtlik yaradar.
Xoşbəxtlik səbəblərindən biridə işdir. İş kimilər üçün bezdirici olsa belə, bekarlıq- ən sıxıcı çalışmaqdan betərdir. Necə olursa olsun, bir şey etmək və qabiliyyətini göstərmək insanı xoşbəxt edər.
Ən əsasda insan o zaman xoşbəxt olar ki, onun istədiyi və əldə etdiyi arasında daim bir tarazlıq olsun.
Reyhan Mirzağayeva
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
pcc.az