FƏRQLİ OLDUĞUNU NECƏ QƏBUL ETMƏLİSƏN

Lev Tolstoyun gözəl sözləri: “Hamı fərqli bədbəxtdir, ama xoşbəxtlik eynidir.”
Hamımız eyniyik: eyni anatomik quruluş, eyni instiktlər, eyni arzular, eyni istəklər…
Və eyni zaman hamımız fərqliyik: əgər musiqi seviriksə- biri rok, biri muğam, biri caz…
Insanlar doğulan andan nəynənsə fərqlənmək istəyir: çoxluqdan seçilmək, hamının marağını çəkmək.

Bəzən biz istəmiyərəkdən marağa səbəb oluruq. Qəbullanmaq istəmirik. Kiminsə qəribə baxışı, və ya sözü dərhal ürəyimizə dəyir. Beləliklə şübhələr başlayır yaranmağa. Paranoid şəxsiyyətə yaxınlaşma baş verir. Bəli, fərqli olaraq, fərqli tələbatlar yaranır. Və ən əsası- özünlə harmoniyada yaşamaq. Əgər sən fərqlisənsə: xarici görünüşün, tələbatın, həyata baxışın, fikirlərin, ünsiyyət forman- bütün bunlar səni individual edir; bütün bunlar səni dahada güclü edir.

Fərqli olaraq cəmiyyətə mənliyini təstiq etməyin ən yaxşı yoludu. Məgər kimdənsə gücsüzsən? Xeyr. Dahada güclən, dahada mübarizəli ol.
Bəzi güclənmə yolları sənə özünü qəbullanmağa kömək edəcək:

  1. özünü analiz et
  2. bəzən tək qalmağı arzula
  3. ünsiyyətə məcburi olsa belə gir
  4. çoxlu çalış
  5. heçvaxt etmədiyini etmənin əsl vaxtıdır
  6. özünü sev- özünə hədiyyə al, özünü uşaq kimi hiss et, uşaq kimi sevin
  7. əgər sən fərqlisənsə, o demək deyilki, sən heçnə etməməlisən
  8. yaxın dost tap, öz dairəni tap
  9. fərqlənən insanlarla tanış ol
  10. seçim et
  11. insanları sev, təbiəti sev- həyatı sev

Əgər kimsə səni qəbul etmirsə, o demək deyilki, səni heç kəs qəbul etməyəcək. Dünyada 7 milyard insan var. Dost, sevgili, həmfikirlərini mütləq tapacaqsan. Sadəcə, səndən tələb olunan bir çey var: Dur, və BUGÜNDƏN mübarizə apar. Həyat bir mübarizədir:lakin bu mübarizə sevgi üzərində qurulub.

Aydan Xasməmmədzadə

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu

pcc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər