Krizis nə olursa, olsun insan üzərində yaratdığı ilk reaksiya “Şok mərhələsi”dir. Bu kürəsəl iqtisadi böhranda da öncəliklə insanlar inanmaqda çətinlik çəkəcək və bu olanların təsirində nə edəcəyini bilməz bir halda sabit qalmağı seçəcəkdirlər. Bu mərhələni izləyən “Reaksiya mərhələsi” şok mərhələsindən sonra bir neçə gün ərzində yaşanır. Bu mərhələdə mövzu haqqında rəy bildirmələr, sistemə iradlar, qəbullanmamaqlar, rədd etmələr və buna səbəb olan faktorlara yönəlik reaksiyalar artmağa başlayar. Və və edəcəyi barədə qərarlar alib buna uyğun hərəkət etməyə başlanılacaq. Bu mərhələnin nəticəsində də yaşanılan bu krizisə yönəlik “Uyğunlaşma mərhələsi” yaranacaqdır. Vəziyyətə ayaq uydurub həyatına davam edənlər qədər bu krizisin yaratdığı təsirlər nəticəsində özünü və çevrəsini incidən insanlar da olacaq.
İqtisadi böhranlar insanların gələcəkləri üçün qayğı və narahatlıqlarını artıran səbəblərdən biridir. Gələcəyini çətinliyə sala biləcək hər ehtimala narahatlıqla yanaşar. Bu mövzuda Maslonun “Ehtiyaclar teoremi”ndən bəhs etməmək olmur. İnsan ehtiyac teoremində var olan fizioloji ehtiyaclarını belə qarşılaya bilməmə qorxusuna görə digər ehtiyaclarla maraqlanmayacaqdır. Bu zaman hər şeyin, bir çox xərcin üst-üstə gəldiyini düşünərik. Məsələn yağış zamanı damın axması ilə evdə təmirlə bağlı digər bir problemin yarabnması, hətta bu qədər çatışmazlığın arasında övladınızın su keçirən ayaqqabısı, onun təhsil xərcləri və s. Üst-üstə gələrək sizi sıxıntıya salır. Sanki tərslikdənmiş kimi bütün bunlar eyni anda baş verir. Belə halda insanlar ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiklərində daha aqressiv və dalaşqan ola bilirlər.
İqtisadi böhranın yarada biləcəyi problemlər.
1) İş həyatında yarana biləcək problemlər
2) Ailədaxili problemlər
3) Psixoloji və fiziki sağlamlıqlarında problemlər
4) Digər insanlarla sosial münasibətdə problemlər
İş həyatında yarana biləcək problemlər. İş yerlərində çalışanlar arasında rəqabət başlayacaq və işçilər işlərini itirməmək üçün digərlərini keçməyə çalışacaq və ya özü işdə qala bilmək üçün digərlərinin işini pisləyib böhtan atacaqdır. Hər gün işə gedərkən “bu gün kim işdən çıxarılacaq, görəsən o mən deyiləm?” deyə düşünən və işdən atılma risqini daşıyan bir insan işə gedərkən narahat, gərgin və qayğılı olacaqdır. İş həyatı və işdən əldə edilən qazanc insanın özünü güvəndə hiss etməsinə səbəb olur. Bunları itirmə qorxusu insanın iş verimliliyinə təsir edir. Diqqətini işə verə bilməyəcək, edəcəyi işlərə konsentrasiya ola bilməyəcək. İşdə iş yoldaşları ilə münasibətinə təsir edəcək. Keçmişdə aldığı kreditləri ödəməyən işçilər özünü güvəndə hiss etməyəcək. Davamlı olaraq iqtisadi xəbərləri izlədiyi üçün özünü işə cəmləyə bilməyəcək.
Ailədaxili problemlər. İşdəki gərginliyə səbəb olan bu narahatlıq insanın ev yaxud özəl münasibətlərinə də təsir edəcək. Ailə üzvlərinə qarşı qəzəbli və dalaşqan davranışlar sərgiləyə bilər. Evə maddi qatqı verən fərdin işlərinin pozulması ailə fərdlərinin ona qarşı olan davranışlarına neqativ təsir edə bilər. Əsasən uşaqların krizisdən əvvəlki həyatlarını davam etdikmək istəmələri münaqişə yarada bilər. İtki yaşayan uşaq hirsini ailəsinə və dostlarına yansıdar.
Yoldaşı ilə münasibət pozula bilər. Gələcək qayğısı yaşayan fərd özünə güvəni itirə bilər. Güvəni itirmiş biri heç nə etmək istəməyəcək. İstəksizlik motivasiyasını aşağı endirəcək.
Psixoloji və fiziki sağlamlıqlarında problemlər. İş həyatının və maddi qayğıların yaratdığı problemlər insanın həyatında digər aspektlərə də səbəb ola bilər. Etmək istədikləri barəsində qərarsızlıqlar yaşayacaq və risq almaqdan qaçacaq. Risq almaq istəmədiyi və özünü güvəndə hiss etmədiyi üçün pulunu xərcləməyəcək. Bu isə ağır qənaət sayılır. Çünki istehsal və istehlakın olmadığı iqtisadiyyat düşünülə bilməz. Kiçilmə və istehsalın azalması işsizliyi artıracaq. İşsiz qalan insan isə istehlak etməkdən qaçacaq. İnsan sahib olmağı istəyən bir varlıqdır. İstehsal insanın sahib olma ehtiyacını dəstəkləyən bir prosesdir. Sahib ola bilməmək və ehtiyaclarının xaricində bir şey ala bilməmək də insanın psixoloji tarazlığını pozacaq. Psixoloji olaraq depressiya, təşviş göstəriciləri yaranacaq. Əlavə olaraq psixoloji qaynaqlı fiziki şikayətlər də ortaya çıxa bilər. Baş ağrısı, mədə ağrısı, bulantı, gərginliyə bağlı bədənin müxtəlif nahiyələrində ağrılar kimi.
Çarəsizlik duyğusu yaşaya bilərlər. Çarəsizlik hiss edən insan ya problem yaradan vəziyyətdən qaçmağa, ya da problemin içində mübarizə etməyə çalışacaq. Vəziyyətdən qaçan insan bununla mübarizə apara bilmədiyi üçün özünə zərər verə bilər.
Digər insanlarla sosial münasibətdə problemlər. Gözləntilərin qarşılanmayacaq səviyyəyə çatması insanları bir-birindən uzaqlaşdırar. Maddi gücünü itirmiş insanın özünü digər insanlardan uzaqlaşdırdığı kimi, digər insanlar da onu tərk edə bilərlər. Krizislə bağlı neqativ düşüncələr insanın qayğı, qorxu, qəzəb, narahatlıq, gərginlik, yalnızlıq, çarəsizlik, risq almamaq, istəksizlik, güvənsizlik, motivasiyanın azalması şəklində duyğu və davranışları artıracaq.
Səbinə Ələkbərova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
pcc.az