Fobiya nədir, Nədən yaranır

Fobiya Yunanca Phobos sozunden gəlir və Phobos Yunan mifologiyasinda qorxu tanrısıdır. Fobiya insan beyninə olan təzyiqə deyilir. Bu təzyiq insanda qeyri-normal qorxular yaradır. Hansısa keçmişdə olan hadisə ilə bağlı və ya gələcəkdə baş verecək hadisə ücün narahatçılıq keçirərək qorxur . Bu qorxu ürək döyünməsi baş gicəllənməsi üz qizarmasi üzdə qaşınma və yanma hissi soyuq tərləmə titrəmə tənginəfəslik boğulma dumanlı görmə nəfəs darlığı udqunmada çətinlik ani təziq düşməsi huşunu itirmə şok və.s ilə müşahidə olunan bir haldır.Panik atakda görünən bütün əlamətlərin demək olarki hamısı fobiklərdədə rast gəlinir. Fobiyanın panik atakdan fərqi ondadırki fobik nə zaman panikaya düşəcəyini bilir və ordan qaçmağa çalışır. Misal üçün lift fobiyası olan bira adam liftə minməkdənsə piləkənlə qalxır.

Qorxu daxilin-mənin özünəməxsus müdafiə mexanizmidir. Bunu orqanizmin bioloji səviyyədə qorxu zamanı verdiyi reaksiyalardan da görmək olar. Belə ki, qorxu hissi keçirən zaman qana adrenalinin ifrazı artırki, buda orqanizmdə hormonal partlayışa səbəb olur. Təşviş həyatda insanın üzləşdiyi qorxulu və təhlükəli vəziyətlərə orqanizmin verdiyi psixi və fizioloji reaksiyadır. Fobiyalı təşviş pozuntuları əslində təhlükəsi olmayan situasiyalarda təşvişin yaranması ilə səciyyələnən pozuntular qrupudur. Nəticədə insan belə situasiyalardan qaçır və ya qorxu hissi keçirərək dözür.

Fobiya tutmaları müəyyən bir vəziyyət məkan obyekt və hadisədən asılı olmayan hec bir nəzarətə uymayan qeyri rasional bir reaksiyadir. insanların 10%ində fobiya təsbit edilsədə əslində bunun 25%dən çox olduğu güman edilir. Xalq arasında bu xəstəlik olmadığı düşünüldüyü üçün mütəxəssislərə müracət olunmur.

Fobiya müxtəlif vegetativ hallarla müşayiət olunan, geniş yayılmış əsəb pozuntusudur. Uzun müddət davam edərsə nevrozlara səbəb ola bilər. Fobiyası olan insanlara fobik deyilir.

Fobiyanin əmələ gəlmə səbəbləri coxdur Üzdə ən zərərsiz görünən əşya və hasisələrdə onlara yanaşmamızdan asılı olaraq fobiyaya çevrilə bilər. Çox vaxt fobiya kecmişdə hər hansı bir sarsıntının və ya şahidi olduğumuz bir travmatik hadisənin təsiri nəticəsində yaranir.

Fobiyalar əsasən iki hissəyə bölünürlər:

  • spesifik fobiyalar

Spesifik fobiya konkret hansisa bir eşyaya hadiseye olan qorxudu.
Klaustrofobiya­- qapalı məkandan qorxmaq
Akluofobiya- qaranlıqdan qorxmaq
Qolossofobiya – ictimai yerlərdə danışmaqdan qorxmaq.
Akrofobiya- yüksəklik qorxmaq
Araknofobiya – hörümçəkdən qorxmaq
Noktifobiya – gecə düşməsindən qorxmaq
Entomofobiya – həşəratlardan qorxmaq
Agorofobiya-acıq yerdən və kücədən qorxmaq
Bibliofobiya-kitablardan qorxmaq və.s

Qapalı məkandan qorxmaq Klaustrofobiya adlanır.Qapalı məkandan qorxunun bir nece səbəbi var. Bu əsasən genetik gələn bir qorxu olur.İnsan hec bir travma almamişda qapali məkandan qorxa bilər Klaustrofobiyanin yaranma səbəblərindən biri də uşaq vaxtı valideyinlərin uşaqları qapalı məkanda cəza məqsədi ilə saxlaması durur. Bu uşaqlar böyüdükdən sonrada bu məkan yaddaşlarında əbədi iz qoyur və qapalı məkanda /lift.təyyarə və.s / ürkür cəkinir hec çür uyğunlaşa bilmirlər. Məkanın qorxusuz olduğunun fərqində olsalar belə nəfəs daralmaları boğulmalar məkanda hava qurtaracaq havasiz qalacaq kimi duğüncələr insani rahat buraxmr.

Akluofobiya insanin qaranlıqdan qoruxmasidir. Uşaq vaxtı uşaqa danışilan qaranlıq hekayələr qorxu filimləri nəticəsində meydana gəlir. Bu insanlar qaranlıqda onlara hücum edecək bir varlıq varmiş kimi hiss edirlər.Daha çox uşaqlar qaranlıqdan qoruxurlar bu vəziyyəti aradan qaldırmağın yollarından biri ilk olaraq uşaqları erkən yaşlarından yataq otaqlarını ayırmaq və yuxu saatlarını müəyyənləşdirmək lazımdır.

Yüksəklik qorxusu Akrofobiya adlanır. Fobiyanin dərəcəsindən asılı olaraq akrofobiyası olan bir insan binanın hündür mərtəbəsində olmaqdan piləykən çıxmağa qədər yüksəkliyi olan bir cox şeydən qorxurlar . Belə insanlar yüksəkiyə qalıxdiqca panikaya düşür və ətrafında tuta biləcəyi birşey axtarırlar

Küçədə və ya hər hansi bir meydan, bazar, teatr, kino, tünel və s. kimi yerlərdə qorxu pristupu baş verərsə onda aqarofobiya – küçədən, açıq yerdən və ya kütlədən qorxmaq kimi fobiyalar yarana bilər.

SOSİAL FOBİYA

Sosial fobiyası olan insanlar başqalarının yanında kiçiləçəklərini ya da utanmalarına səbəb ola biləcək əlamətlərlə üzləşəcəklərindən qorxurlar. Belə insanlar başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar.Ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss edirlər.

Sosial fobiyalı insanlar eyni zamanda keçirdikləri hissi digər insanların anlayacağından və gülünc vəziyyətə düşəcəklərindən qorxurlar. Həmçinin mənfi qiymətləndirilməyə və rədd cavabı almağa qarşı həddindən artıq həssas olurlar. Haqqlarını müdafiə etməkdə çətinlik çəkirlər, mənliklərində hörmətində aşağılıq ya da alçaq duyğular hiss edirlər.Hər on nəfərdən birində həyatın müxtəlif dövrlərində sosial fobiyaya rast gəlmək mümkündür. Bu vəziyyət şəxsiyyət xüsusiyyəti kimi qiymətləndirilir.

Sosial fobiya gənclər arasında ən cox yayılmlş fobiya növlərindəndir.Sosial fobiya utancaqlıqdan ayırd edilməlidir yeni hər bir insan yeni məkana girərkən narahatcıliq kecirdir. Bunun sosial fobiya adalandıra bilmək ücün belə insanlar hər zaman sosial mühitdən qacmağa çalışır və bu vəziyyət gündəlik həyatına ciddi təsir edir.

Sosial fobiyanın əlamətləri:

  • Üz qızarması
  • Ürək döyünməsi
  • Əzələlərdə gərginlik
  • Əl titrəməsi
  • Sinədə sıxıntı hissi
  • Həddən artıq tərləmə
  • Mədədə rahatsızlıq hissi
  • Baş ağrısı

Sosial fobiyası olan şəxslərin əsas xüsusiyyətləri

  • Utancaq icə qapalı və ictimai deyillər;
  • Normal göz təmasından qacar az danışarlar;
  • Onlara çox diqqət ayrılmağını istəməzlər;
  • Qrup icində çox nadir danışarlar;
  • İltifatları çox səsziz ötürərlər;
  • Tez tez xəstə olduqlarını deyərlər və görsənməzlər;
  • Çoxluq içində yemək yeye bilməzlər;
  • İnsanlar qarşısında çıxış edə bilməzlər;

Qorxu yaratmayacaq əşyaya və ya hadisəyə qarşı qorxunun yaranması insanın yaşamında böyük çətinliklər yaradır. Əsas çətinlik insanın qorxunudan qaçmasıdır. Vacıb olan qorxunun üzərinə getməkdi. Fobiyanın yaranma səbəbindən asılı olmayaraq yeganə və ən düzgün müalicəsi psixoterapiya yolu ilə mümküdür.

NƏRMİN VƏLİYEVA

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər