AZƏRBAYCANDA QADINLARIN SPİRTLİ İÇKİLƏRƏ MARAĞI NİYƏ ARTIB

Azərbaycanda spirtli içki qəbul edən və hətta bunu gündəlik yaşam tərzinin bir hissəsinə çevirən qadınların sayı durmadan artmaqdadır. Bəs qadınları buna vadar edən nədir? Psixoloji problemlər, yoxsa artmaqda olan qərbyönlü tendensiya?

Bu mövzuyla əlaqədar problemi daha kökündən araşdırmaq üçün psixoloq, sosoiloq və həkimdən açıqlama almaq qərarına gəldik.

Psixoloq Elnur Rüstəmov ATV.az-a bildirdi ki, qadınların spirtli içki və nikotindən istifadə etməsi onların görkəminə və səhhətinə mənfi və digər tərəfdən psixoloji təsir göstərir. Bu aludəlik zamanla qadında davranış və şəxsiyyət problemi yaradır. Nəticədə, ailəlidirsə, ailə münasibətində problemlər, subaydırsa, zaman keçdikcə ailə məsuliyyətindən qaçmaq kimi problemlə üz-üzə qalırlar. Ona görə də bu məsələ ilə bağlı müəyyən maarifləndirmə işləri aparılmalıdır. Bu aludəlik qadında əsasən gender bərabərliyinin (qadın-kişi hüquqlarının bərabərliyi) səhv anlaşılması ucbatından yaranır. Yəni əgər kişi alkoqollu içilərdən istifadə edirsə, mən niyə etməyim? Avropada çəkilən filmlərə nəzər salsaq, qadınların spirtli içkilərə həddindən artıq meyilli olduqlarının şahidi oluruq. Bir şeyi də qeyd edim ki, alkoqollu içkilər qadın orqanizminə daha tez təsir edərək sıradan çıxarır. Hər bir qadın potensial anadır. Spirtli içkilərin qəbulu hamiləlik dövründə pis nəticələrə gətirib çıxara bilər. Nəticədə doğulan uşaqlar psixoloji travma ilə doğulurlar. Qadınlar rəngli alkoqoldan istifadə etsələr belə, bu heç də problemi azaltmır, əksinə daha da qabardır.

Mövzumuzu sosioloq Rafiq Təmracovun açıqlaması ilə davam edirik.

O bildirdi ki, tarixən qadınların siqaretdən, içkidən istifadə etməsinə bir əxlaq dəyəri kimi baxılıb. Dinimizə zidd olmasına baxmayaraq, təəssüflər olsun ki, bizim cəmiyyətimizdə də spirtli içkilərdən kifayət qədər istifadə edilir. Ancaq Azərbaycanda içki və siqarətdən istifadə digər ölkələrə nisbətən azdır. Bu yaxşı haldır. Ancaq burda bir tendensiya ( dinamika) məsələsi var. Bizdə son dövrlər siqaret və içkiyə münasibət dəyişib. Yəni kişilərlə bərabər qadınlar da spirtli içkiyə daha çox meyillidirlər. Əslində bunun bir neçə səbəbi var: qloballaşmanın mənfi tendensiyaları, başqa cəmiyyətin dəyərlərinin, müəyyən keyfiyyətlərinin əxz edilməsi. Artıq, şahid oluruq ki, kişilər də qadınlara spirtli içkilər təklif edirlər. Digər tərəfdən isə, qadınlar alkoqoldan istifadə etmələrinin ziyanları barədə maarifləndirilməlidirlər.

Bəs gəlin diqqət edək, görək spirtli içkilər qadına tibbi cəhətdən necə təsir edir?

Terapevt Nahid Məhərrəmov vurğuladı ki, bəzən xəstələr belə sual edirlər ki, arada 100 qr filan alkoqollu içki qəbul etmək olarmı? İstər çox, istərsə də az, spirtli içki ziyanlıdır. Nəinki kişilərə, həmçinin qadınlara və hamilələrə də məsləhət deyil. Fərqi yoxdur hansı içkidir. Tərkibində spirt varsa, ziyanlıdır. Ancaq spirt qidadırsa, orqanizm onu normal bir şəkildə mənimsəyə bilir. Kişilərə nisbətən qadınların orqanlarında da bir incəlik var. Dozadan artıq spirt qadınların mədə-bağırsaq sisteminə daha ciddi təsir edə bilər. Hətta bağırsaq qanaxmaları, öd-qaraciyər, kolit və.s problemlərə də səbəb ola bilər. Hamilələ qadınlarda isə spirtli içkilərin qəbulu gələcəkdə uşağın sağlam doğulmamasına şərait yarada bilər. Həm də bu körpənin ana bətnindəykən alkoqola meyillənməsinə səbəb olur.

Tahirə Əlirzayeva

http://news.atv.az/az/health/54197-azerbaycanda-qadinlarin-spirtli-ickilere-maragi-niye-artib

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər