Ölüm qorxusu

“Həyat və ölüm bir-birinə bağlıdır;eyni anda mövcud deyil;lakin iç-içə keçmişdir. “(İ.Yalom)
Ölüm,yalnız üzləşmə vəziyyətində qaldığımız yeganə təcrübədir;varlığımızı və təbiətimizi anlamaq üçün isə ən əhəmiyyətli anlayışlardan biridir.

İnsanlar fərqli mədəniyyətlərdə ölümlə əlaqədar olaraq həm ortaq,həm bir-birindən fərqli bəzi davranışlar inkişaf etdiriblər.Məsələn,bəzilərimiz passiv bir şəkildə ölüm faktını qəbul edərkən, bəzilərimiz onu inkar edir; əksəriyyətimiz isə narahatlıq və qorxu hiss edirik.Ölümün təbiəti və mənasına dair baxış bucaqları və qorxular düşüncə və duyğularımıza böyük miqyasda təsir göstərir.Buna görə də ölümə necə yanaşdığımız həyat keyfiyyətimizə də təsir edir.Həqiqətən də ölümlə əlaqədar və ya həyatımızın müvəqqəti olduğuna dair bir fərqindəlik,bizim üçün məqsədlər qoymağa,prioritetlər təyin etməyə,müxtəlif dəyərlər çıxarmağa və həyatda məna axtarma cəhdlərinə kömək edən bir müddətdir.

Həyatın təxmin olunan, nəzarət edilən və davamlı olduğuna inanmaq istəyirik. Əslində bu tərz bir inanc (və ya fərziyyə),bizə gündəlik stress və narahatlıq vəziyyətlərini həll etməyə kömək edən bir güvən duyğusu verir.Ancaq bu meyl həqiqi deyil və ümumiyyətlə,yaxın insanın itkisi,ölümlə qarşı-qarşıya gəlmə, xəstəlik kimi vəziyyətlərdə öz etibarlılığını itirir.Belə vaxtlarda öz inanc sistemlərimizin və təcrübələrimizin disbalanslılığının fərqinə varırıq.Bu səbəblə,ölüm həqiqətən vardırmı;həyat davamlı ola bilərmi;öz sonuma nəzarət edə bilərəmmi? kimi suallara ziddiyyətli cavablar verməyə başlayırıq.

Məşhur psixiatr və nəzəriyyəçi Elisabeth Kubler-Ross,bu mövzuyla əlaqədar olaraq belə bir fikri irəli sürmüşdür:”Öz ölümümüzlə əlaqədar həqiqəti nə qədər tez qəbul etsək,həqiqi mənada yaşamağa o qədər tez başlayarıq”.Erich Fromm isə bənzər bir nöqtəni vurğulamaq məqsədiylə,ölüm acı çəkmək olaraq dərk edildikdə, “həqiqətən yaşamadan” ölmün dözülməyəcək bir şey olacağını bildirmişdir.

Burada vurğulanan əsas nöqtə,insanların ölüm anlayışını həyatlarının bir parçası hesab etmələri və onunla üzləşmənin əhəmiyyətli olmasıdır.Bunun əksinə ölümdən qaçmağa və ya onu yox saymağa çalışmaq,varlığımızı daha yaxşı anlamağımıza maneə törədəcək.Yaşadığımız əsr,çox əhəmiyyətli dəyişikliklərin,texnoloji irəliləyişlərin olduğu,həmçinin bunların bizə olduqca təsir göstərdiyi bir dövrdür. Ölüm və ölümlə əlaqədar anlayışların da sosial dəyişikliklərlə paralel olaraq fərqli konsepsiyaya daşındığını görürük.Məsələn,20-ci əsrin ilk yarısında,ölüm və bununla bağlı faktlar həyatın bir parçası olaraq qəbul edilir,hər yaşda hər yerdə ola biləcəyi düşünülür və normal qarşılanardı. Bu gün isə bunun dəyişdiyinə şahid oluruq:Ölüm anlayışı,mütəxəssislərin də vurğuladığı kimi xüsusilə Qərb cəmiyyətlərində tabu olaraq görülməyə;həyatdakı ən təməl hadisələrdən biri olmasına baxmayaraq ümumiyyətlə, görməzlikdən gəlinməyə başlandı.Buna qarşı bir çox Afrika cəmiyyətində isə insanlar ölümü,varlığın sonu və ya pozulması kimi deyil,ölümsüz bir prosesin parçası olaraq görməyə davam edir.

Ölüm qorxusu universal bir fakt olmasına və hər kəsin doğumdan etibarən belə bir qorxunu inkişaf etdirməyə meyilli olmasına baxmayaraq,bəzi insanların bu qorxunu çox səviyyədə və davamlı yaşadığı, bu qorxuyla başa çıxmaqda çətinlik çəkdiyi bir reallıqdır.Bu mövzuda aparılan elmi tədqiqatlara əsasən insanın özü və şəxsiyyəti ilə əlaqədar kafi yetkinliyə çatmamış olması,bu tərz qorxuları artıran faktordur.Əsas əhəmiyyətli olan isə ölümə verilən mənadır.Hamımız ölümə fərqli mənalar yükləyirik. Ümumilikdə,uşaqlar üçün ölüm ayrılıq,yeniyetmələrə görə isə itki mənasını verir.Gənclərin təxminən yarısının ölümü “digər dünya” olaraq qəbul etdiyi,bir qisminin isə ölümü mənfi duyğulara müvafiq gördüyü bildirilir.

Xüsusilə,qadınlar arasında ölümü “yox olma” və “digər dünya” şəklində qavrayanların daha çox ölüm qorxusu yaşadığını görürük.Bu isə bizi,müəyyən bir anlayışla əlaqədar və verdiyi mənanı dəyişdirmədiyimiz təqdirdə,onunla əlaqədar sahib olunan mənfi duyğuları da dəyişdirməyin çətin olduğu şərhinə aparır.Yəni ölümü yox olma kimi olduqca mənfi bir mənada açıqladıqda qorxu hissi keçiririk;bu qorxunu azaltmaq üçün ölümlə əlaqədar şərhimizi,yəni ona verdiyimiz mənanı dəyişdirməyimiz lazım gəldiyi ortaya çıxır.Ölümə və ölüm qorxusuna,mövcud yanaşmadan baxıldıqda onsuz da həqiqətin insanın özü yaratdığı bir şey olduğu,bu səbəbdən yenidən əvvəlki vəziyyətinə qayıdacağı və ya dəyişdiriləcəyi düşüncəsinin hakim olduğu görülür.Bu baxımdan,insanın ölüm qorxusunu həll etməsinə yardım etmək üçün onun ölümə verdiyi mənanı bilmək xüsusi əhəmiyyət daşıyır.Ölümü necə qəbul edir, onu necə düşünür,qorxuyla birlikdə hansı duyğuları yaşayır,inanc sistemlərində nələr var? kimi suallar, ölüm qorxusunu anlamağa və onunla baş etməyə köməkçi olmaq üçün faydalı məsləhətləri təqdim edə bilər.

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

psixotest.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər