Autizm…Elmi dildə bu bir xəstəlik olsa da, psixoloji yanaşma ilə bu bir evin çirağının sönməsi, bir ananın çarəsiz göz yaşı, “cəmiyyətdə özümə yer tuta biləcəm mi?” deyə heç özünü belə normal dərk etməyən bir körpənin üsyanıdır. Bəli, müasir dövrdə aktuallaşan autizm sindromu çoxlarının acı bir həqiqətlə dolu taleyinə çevrilmişdir. Bəs siz bilirsinizmi bir ananın doqquz ay bətnində böyüdüb bəslədiyi, körpəsi üçün qurduğu xəyallarını, arzularını basdırması nə deməkdir? Yazdığım bu hekayə dərtli bir ananın başına gələnlərin ibrətamiz hekayəsidir. Doğuş əsnasında yanlış tibbi müdaxilə ilə başlayan və bitib tükənmək bilməyən məşəqqətli illər… Övladı üçün əzmlə mübarizə aparan bir ananın həyatı…
Sədəf xanım ailəsinin xeyr-duası ilə ailə qurmuş və bir ildən sonra oğlan övladı dünyaya gətirmişdir. Həkimlərin laqeydliyi nəticəsində onun doğuşu normal keçməmiş, həyatdan xəbərsiz olan məsum bir körpənin gələcək taleyini bu səhvlə birgə dəyişmişdilər.
Kənan iki yaşına qədər digər uşaqlardan fərqlənmirdi, lakin iki yaşından sonra onda qəribə, yaşıdlarından fərlqənəcək hallar müşahidə olunmağa başlamışdı. Tək başına oynayır, heç nəylə maraqlanmır, yaşına uyğun oyun fəaliyyətinə maraq göstərmirdi. Kənanın göz kontaktının olmaması ailənin nəzərindən qaçmırdı. Kənanın bu davranışları Sədəf ananın və onun yoldaşının diqqətinnən yayınmırdı. Onlar Kənanı üç yaşındaykən həkimə apardılar. Ailə böyükləri isə bunu lüzumsuz görüb qınayırdılar. Lakin, ananın və atanın ətrafındakı insanlardan istəkləri sadəcə mənəvi dəstək idi. Danışa bilmədiyi üçün İQ testi elə də əsaslı nəticə verməmişdir. Buna görə də valideyinləri Kənaın problemi hakqlnda ilkin diaqnozda dəqiq məlumat ala bilmədilər. Həkim Kənanın sosiallaşması üçün bağçaya getməsini məsləhət görmüşdü. Sədəf xanım da, bu təklifi çox bəyənmişdir çünki, Kənaın mövcud problemlərinin aradan qalxmasında bağçanın kömək olacağını düşünürdü. Sədəf xanımım ehtimalları özünün doğrultmağa başlayırdı. Kənan kiçik ayaqyoluna getməyi baxçada öyrənmişdir. Və, hətda lampalarla oynamağı sevən Kənan artığ bu vərdişdən də imtina etmişdir.
Kənan artıq məktəb yaşına çatmışdı. Altı yaşında o artıq məktəbə gedirdi. Məktəbə necə uyğunlaşacaq, müəlliməsinin ona qarşı münasibəti necə olacaq-deyə Sədəf ana çox narahatlıq keçirirdi. Kənan özünün zəruri ehtiyyaclarını belə deməkdə çətinlik çəkirdi. Həmçinin o çox hərəkətli idi, tez-tez tullanıb düşür, eyni hərəkətləri dəfələrlə təkrarlayır,öz-özünə danışırdı. Bütün bu xüsusiyyətlərinin onun dərsinə mane olmasından valideynləri narahatlıq keçiridi. Mərhəmət sahibi olan Allah bu işdə də onları köməksiz qoymadı. Sədəf xanımın yaxın qohumlarından biri həmin məktəbdə müdir müavini işləyirdi. Bu hal Sədəf ananı sevindirmişdi lakin, problemlər bitib tükənmək bilmirdi. Belə ki, Kənandan ilk şikayət gəlmişdi. Müəlliməsinin dediyinə görə o yerində rahat durmur,ayağa qalxıb istilik boruları ilə oynayır, öz-özünə danışıb dərsin gedişatına mane olurmuş.Sədəf ana əvvəlcədən bu cür problemlərlə qarşılaşacağının fərqində idi. Lakin yenədə bu hal onu üzmüşdü… Zaman keçdikcə sanki gücü tükənməyə başlayan Sədəf ana ayaqları üstündə durmağa çalışırdı,çünki o buna məcbur idi. Əgər ona bir ana olaraq əlindən gələni etməsəydi gələcəkdə xəstəliyinin daha ağır fəsadlara səbəb olacağından, onu başlı-başına qoysa illər sonra “kaş ki,..” deməsindən,oğlunun isə “ niyə ana?” sualı ilə qarşılaşmasından qorxurdu. O, hər şeyə rəğmən mübarizə aparır və Allahdan ümidini kəsmirdi.
Kənan mütəmadi olaraq Tibb fakültəsində həkimin nəzarəti ilə yoxlamalardan keçiridi. Hətta həkim məsləhəti ilə ayda bir dəfə pedeqoqa da müraciət edirdilər. Sədəf xanım bununla kifayətlənmirdi. O , Kənanı onun kimi problemi olan uşaqların bacarıq və vərdişlərini aşkara çıxarıb, inkişaf etdirməyə yardımçı olan xüsusi tədris kursuna yazdırmışdı.
Beləcə günlər ayları, aylar isə illəri əvəz edirdi… Kənan ibtidai təhsilini müvəffəqiyyətsizliklə bitirmişdi. Müəllimlərinin dəyişməsi onun nizamlı təhsil almasına mane olurdu. Hətta müəllimələrinin çoxu onu bacarıqsız sayıb,təhsilinin davam etdirilməsinin əleyhinə idilər. Lakin Sədəf ana bu fikri qətiyyən qəbul etmirdi. Onun keçirdiyi gərgin və stresli həyat şəraiti səhhətinədə pis təsir göstərmişdi.Bütün diqqətini oğluna yönəldən bu fədakar ana öz sağlamlığını belə ciddiyyətə almırdı.
Məktəb həyatında olan uğursuzluqların nəticəsi olaraq müəllimlər onu məktəbdən uzaqlaşdırmaq qərarı aldılar.Bu qərar Kenanın psixoloji durumuna çox mənfi təsir etmişdi. Evdə gah aqressivləşir, gah da bacarıqsız biri olduğunu düşünüb özünəqapanırdı. Bu hal Sədəf ananı çox üzürdü. Bəzən evlərinin yanında məktəb zəngi çaldıqda Kənan “Ana bax! Məktəb zəngi çalınır”, -deyə söylənirdi. Bu halisə ananın ağlamasına, sanki ümidsizliyini yenidən xatirlamasina səbəb olurdu. Kənan bir daha məktəbdə oxumayacağına özünü elə inandırmışdı ki,ilin sonunda bütün dəftər kitabını paketləmişdi. Anası bunun səbəbini soruşduqda “Ana, bunları nə badə atasan! Onları saxlayacağam”, – demişdi. Demək ki, oxumaq arzusu onun qəlbində bir nisgil kimi qalmışdı. Oxumayacağına əmin idi ,ancaq bu dəftərləri saxlaması onun oxumağa nə qədər həvəsli və istəkli olduğunu göstərirdi.Valideynləri isə bu durumda ona təsəlli olmağa çalışırdılar.
Kənanın yetkinlik yaş dönəmində olması bu durumu daha da mürəkkəbləşdirirdi. Belə ki, o özünü təsdiq problemi yaşayır və daima bir yanında sanki əksiklik hiss edirdi.Sədəf ana oğlunun problemi ilə bağlı kitablar mütailə edir,seminarlara qatılaraq Kənana mənəvi dəstək olurdu. Bununla yanaşı o, yoldaşı ilə birlikdə peşə məktəbləri ilə maraqlanmağa başlamışdılar. Sədəf ana qatıldığı seminarların birində bir psixoloqla tanış olmuşdu. Çox savadlı olmasi ilə yanaşı nəzakətli və anlayışlı olan bu qadın Kənan haqqında hər şeyi biliridi. O, Sədef anaya Kənana uyğun bir məktəb tapsa xəbərdarlıq edəcəyini söyləmişdi. Nəhayət gözlənilməz gün gəldi. Kənana münasib məktəb tapılmışdı. Artıq Kənan Mətbəə Peşə Litseyində təhsil alacaqdı. Qeydiyyat uğurlu oldu. Kənanın sevinci yere göyə sığmırdı. Həkim Kənana müntəzəm qəbul etdiyi Teqretol adlı dərmanı yene qəbul etməyi tapşırmışdı. Bu Kənanın həyəcanını aradan qaldıraraq, sakitləşməsini təmin edirdi. Kənanın məktəbə başlaması onda o qəder müsbət irəlləyişə səbəb oldu ki, artıq o dərmanların qəbulunada ehtiyyac qalmadı.
Səmimi olaraq deməliyəm ki,məncə bu cür problemli uşaqlara tətbiq edilən ən gözəl və ən səmərəli üsul sosial terapiya üsullarıdır. Bu ailənin probleminin aradan qalxmasındaköməkçi olacaq ən böyük yardımçı vasitədə də məhz bu idi. Ümid edirəm ki, Sədəf anaın ailəsinin zəfərli və məşəqqətli həyat hekayəsi belə problemli ailələrə örnək olar.
Hər kəs öz probleminə sahib çıxmalıdır. Analıq hissi həqiqətən ali hissdir. Hər bir insanı yoğrulmamış xəmir kimi düşünün. Xəmir əldə əzilə-əzilə kündə olur və ləzzətli çörəyə çevrilir. Analıq hissi də belədir. Həyatda qarşılaşdığınız hər bir pislik, hər bir çətinlik analıq hissini daha da kamilləşdirir. Qarşıya bir hədəf qoyun. Elə bir hədəf ki, əbədiyyətə kimi uzansın. Mücadilənizi,çəkdiyiniz əziyyətləri təkcə bu dünyaya bağlamayın. Zamanında sevdiklərinizin məsuliyyətini daşıyın ki, bir gün o zamanın geri dönməsi üçün kaşkilərə ehtiyacınız qalmasın!
Rəhiməxanım Babayeva
Bakı Qızlar Universiteti, psixologiya fkaultəsi