Xoşbəxtlik hormonu – BƏLKƏ DƏ SİZDƏ ƏSKİK OLAN BUDUR

İnanmaq nə qədər çətin olsa da, xoşbəxtlik hissinin səbəbi tam olaraq bir kimyadır.

Yaşadığımız sərhədsiz həzz hissi – çətin biokimyəvi prosselərin zənciridir. Onları idarə edənlər is

xoşbəxtlik hormonlarıdır.

Xoşbəxtlik hormonu həm insanlarda həm də hevyanlarda baş beyində istehsal olunur. Əhvalımıza təsir edən 2 əsas maddə vardır:

Seratonin.

Daxildən işıq saçan insanlar bu hormona ehtiyac duymurlar və özlərini ikiqat xoşbəxt hiss edə bilərlər, belə ki,alimlər müəyyən ediblər ki, bu natural kimyəvi element insanı xərçəng xəstəliyindən qoruya bilir. Serotonin, bəzi hüceyrələrin özünü məhvetməsinə hökm verə biləcək xüsusiyyətə malikdir. Hal hazırda alimlər bu fenomen əsasında xərçəngin müalicəsinin yeni metodu üzərində çalışırlar.

Serotonin gərginliyi aradan qaldırır, yuxu və iştaha təsir edir, həzz hissini formalaşdırır və əhvalı yüksəldir. Şokolad, banan, xurma və əncirdə onun miqdarı böyükdür.

Belə ki, serotoninn miqdarı çoxaldıqca əhval yaxşılaşır, əhval yaxşılaşdıqda da serotoninin miqdarı çoxalır.

Endorfin.

Endorfinin çox olduğu halda – insan özünü tam güclü, enerji dolu, optimistik və təmamilə xoşbəxt hiss edir. Bu bioloji aktiv birləşmələr (neyropeptidlər) beyin hüceyrələri və sinir sistemi tərəfindən istehsal olunur. Onlar da xoşbəxtlik hormolarına aid edirlirlər. Xüsusi reseptorlarla birləşərərək, beyində yerləşən həzz mərkəzinə gedən sinir impulslarının gedişatını yüngülləşdirirlər. Bu sinir mərkəzini oyadılması bizə yüngüllük, gumrahlıq və sevinc hissi verir.

Endorfinlər həmçinin güclü ağrıkəsici, hərarət salma və iltihabəleyhi təsirə malikdirlər. Buna misal olaraq, hamiləlik zamanı onların miqdarı artır, doğuşdan sonra isə kəskin olaraq azalır. Məhz bu doğuşdan sonrakı depressiyaya səbəb olur.

Bizi ən çox nə xoşbəxt edir…

İntensiv fiziki yük. Yarım saat məşq ərzində qanda “xoşbəxtlik hormonu ” konsentrasiyası 5-7 dəfə artır. Həzz 1-2 saat davam edir. Bu vasitə əsasən kişilərə yaxşı təsir edir.

Qida. Əhalinin 40% – i yaxşı yeməyi həzz mənbəyi hesab edir. Lakin hər yemək endorfin sintezinə təsir etmir. Bu sahədə birinci yerdə karbohidratlı qida və şokoladdır. İkinci yerdə isə banan. Eyni təsirə dondurma da malikdir. Digər şirnilər isə endorfini istehsalını aşağı səviyyədə stimullaşdırma təsirinə malikdirlər.

Hamiləlik qadına xoşbəxtlik hissini 9 ay müddətində verir. Endorfinin istehsal səviyyəsinin pik nöqtəsi doğuş zamanı baş verir.

Ultrabənövşəyi. Orqanizmdə serotoninin konsentrasiyasını çoxaldır. Məhz bu səbəbdən isti və günü uzanması insanlara müsbət təsir göstərir.

Soyuq. Kanadalı alimlərin fikrinə əsasən dozalanmış soyuq temperatur xoşbəxtlik hormonun istehsalını çoxaldır. Hətta qarın üstündə ayaqyalın qaçmaq və gəzməklə nevroz və depressiyanı müalicə edirlər.

Gülüş. Biz güldüyümüz zaman endorfinin miqdarı kəskin olaraq artır.

İncəsənət. O xəstələr ki müalicəvi dozada musiqi və rəssamlıq təyin edilmişdir,onlarda digərləri ilə müqayisədə daha az ağrıkəsici preparatlara ehtiyac qalmışdır. Bundan əlavə onların qan təzyiqi normallaşmışdır.
saglamolun.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər