Autizm,üç yaşından əvvəl ortaya çıxan və həyat boyu davam edən, sosial qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, təkrar olunan davranış və məhdud maraq dairəsi ilə özünü göstərən, mürəkkəb inkişafla bağlı bir pozğunluqdur. Hazırki dövrdə uşaq autizminin opatenik mexanizminin dəqiq anlayışı yoxdur. Mənim fikrimcə autizmə düçar olan insanlar genetik cəhətdən buna meyilli insanlardır, nəticədə ətraf mühitin təsiri faktorları da məsələn, anadangəlmə travmalar, virus və vaksina, ağır metallarla zəhərlənmə və digər səbəblər bunların hər biri beyinin disfunksiyasına gətirib çıxaran səbəblərdir. Bütün vurğuladığım fikirlərin hər biri elmi ədəbiyyat və internetdə dərc olunmuş materiallara əsaslanır.
Roçester Universitetində müayinə zamanı 60 xəstənin yarısında genin mutasiyası aşkar olunmuşdur,hansıki embrionun ilkin inkişaf dövründə bu gen baş beynin formalaşmasında əsas rol oynayır.Halbuki autizmin yaranması üçün valideynlərdən birinin geninin defekti irsi autizmə səbəb ola bilər.Xəstə uşaqların valideynlərinin çoxunda autizmin zəif simptomları aşkar olunmuşdur.Dəqiq statistik məlumatlara görəzəif x sindromlu xromosom ilə autizm arasında korelyasiya vardır.
Böyük Britaniya alimləri sübut ediblər ki, autizmin yaranma səbəbi kişilərdə olan testosteron hormonudur. Kembridj Universitetində bu xəstəliyə düçar olmuş bir sıra uşaqların üzərində müayinələr aparmışlar. Ana bətnindəki inkişaf dövründən başlamış həmin uşaqlardan hormon analizləri götürülmüşdür. Bu zaman müşahidə edildiki həmin uşalarda testosteron hormonunun konsentrasiyası yüksək nəticə verdi. Uşaqlar 4 yaşına çatdıqda onların valideynlərinə bu xəstəliyin yaranmasıni aydınlaşdırmaq məqsədilə müəyyən testlər verilmişdir. Bu testlərin nəticələrinə görə müəyyən olundu ki, qanda təkibi yüksək olan testosteronlu uşaqlar sosial cəmiyyətdə çətinliklə adaptasiya olunurlar və hər şeyə zəif maraqla özlərini cəlb edirlər. Ancaq bütün uşaqlar müəyyən olunan qrupda autizm xəstəliyinə aid olanlar sırasında deyildilər. Alimlər hesab edir ki, autizmin izləri və hormonal fon arasında birbaşa əlaqə vardır. Belə əlaqələr haqqında alimlər daha öncələr də öz fikirlərini və fərziyyələrini bildirmişdilər. Autizmdən əziyyət çəkən ,lakin yüksək intellektə sahib olan insanlar alimlərdə bu fikrin yaranmasına səbəb olmuşdur. Bundan başqa məlumdur ki, tanınmış riyaziyyatçıların əksəriyyəti və musiqiçilər bu xəstəlikdən əziyyət çəkirdilər.
Neyrobioloqların fikrincə beyin yarımkürəsinin kompensator hərəkəti, yəni sol yarımkürıə tərəf tamamilə inkişaf etməsə sağ yarımkürə onun defitsini kompensasiya edir. Testosteron sol beyin yarımkürəsində artıq olduqda normal inkişaf etmir. Əgər öncələr bu fikir bir hipoteza idisə hal hazırki dövrümüzdə isə tədqiqatlar artıq bunu təsdiq edir.
Autizmin və bir çox psixi xəstəliklərin yaraması səbəbi atadan və anadan irsən keçmiş və götürülmüş genlər arası konfliktdir.
Ümumdunya alimlər qrupunun araşdırmaları əsasəsında autizmin genetik təbiəti haqqda yeni sübutlar əldə edilib. Bu xəstəliyin inkişafında neureksin-1, eləcə də 11 xromosomda yerləşən, hələ müəyyənləşdirilməmiş geninin vacib rol oynadığı bəlli olub.
Ümumiyyətlə uşaqlarda autizm xəstəliyinin yaranma səbəbləri müxtəlif istiqamətlərdə getmişdir. Bəzi hipotezalar autizmin yaranması səbəbi kimi sinir sisteminin zədədlənməsini əsas götürülürdü,lakin artıq bu fikir inkar olunaraq səbəb kimi hesab olunmur.
Bundan başqa doktor Kanner autik uşaqların valideynlərinin ümumi cəhətlərini qeyd etmişdir (Yüksək səviyyəli intellekt, tərbiyə metoduna rasional yanaşma).
Mənim öz düşüncələrim, topladığım məlumatlara əsasəndir. Belə nəticəyə gəlmək olar ki, axır 10 illik ərzində autizm xəstəliyi yalnız Qərbdə deyil,dünyanın hər bir yanında epidemiya halıni almışdır. Hazırki dövrümüzdə insanlar əvvəlki vaxtlara nisbətə daha çocx işləyirlər və bu da insanların iş yerləridə daha şox yorulmaqlarına səbəb olur. Bildiyimiz kimi çox yorulan zaman insanlar öz üzərilərindəki nəzarəti itirirlər və bundan sonra uzanıqli vəziyyətdə kitab oxuyur və ya televizora baxırlar. Bu isə beynin normal fəaliyyətinə təsir göstərir ,qan dövranının normal fəaliyyətini pozur. Bunun nəticəsində isə insan autizmi artıq qazanmış olur və bunda yalnız insan özü deyil eyni zamanda onun ailəsi də həmin probemdən asılı vəziyyətdə olur.
Bu xəstəlikdən əsasən 14 yaşına qədər olan uşaqlar əziyyət çəkirlər.
Uzun müddət insanin çənəsinin aşağıya doğru asılı vəziyyətdə qalması bu əzələlərin qəfil gərilməsinə səbəb olur. Bu isə boyun fəqərələrinin qabağı istiqamətə doğru əyiləsinə səbəb olur. Bundan başqa 3 fəəqərənin isə arxaya doğru əyilməsi prosesi gedir. Bu hal bir neçə dəfə təkrarlanarsa,artıq ayaqlarda yorğunluq yaradır ki, bu da öz növbəsində insanın yeriməyində durğunluq yaradır. Bu proseslərin gedişatı zamanı ən çoc boğaz sıxılır və hissə hissə sesin tembırının azalması baş verir. Artıq gözlər bulanıqlaşır və immunitetin demək olar ki, dağılması baş verir. Bu proses həmçinin yuxu arteriyalarını da sıxır.
Yuxarıda qeyd etdiyimiz proseslərin son nəticəsi olaraq isə beynin qidalanması yolu dayanır, bu duğunluqdan isə retikulyar formasiya əziyyət çəkir. Retikulyar formasiya isə bildiyimiz kimi beynin sağ və sol yarımkürələrini bi- biri ilə əlaqəlandirən vasitədir. Beynin tomoqrafiyasını edən zaman bütün bu proseslər aydın şəkildə görünür. Bütün beynin şöbələrində kəsiklər halında qaralmış hissə yaranır ki,bu da kəpənəyə bənzər forma almış olur.
Yüzlərlə uşaq üzərində aparılmış tədqiqat zamanı onların sidik analizləri götürülmüşdür və məlum olmuşdur ki, autizm xəstələrinin orqanizmində ağır metallarla əlaqəasi olan addə müəyyən olunmuşdur. Əgər bu aparılmış tədqiqat öz doğruluğunu təsdiq etsə, orqanizmi bu metallardan təmizləyən dərman preparatları ilə müalicə etmək olar.
Autizmin yaranma səbəblərindən biri kimi də və insanın beyin fəaliyyətinin pozulmasına səbəb kimi orqanizmdə zülalların çatışmamazlığı hesab olunur.
Həmçinin beyində badamabənzər maddə vardır ki,bu insanın emosiyalarını idarə edir. Bu hipotezaya görə isə autik uşaqlarda həmin maddənin pozulması prosesi baş vermişdir.
Digər səbəblərdən biri isə beynin çəkisinin normadan artıq olmasıdırş Müəyyən olunmuşdur ki, autik uşaqların beyni 3-4 yaşlarında sürətlə böyüməyə başlayır, bu isə normal uşaqlarin beyin çəkisindən 10-13% artıq olur.
ABŞ-da alimlərin apardıqları tədqiqat nəticəsində onlar autizmin inkişafına səbəb kimi yağışlı havanın rolunu qeyd edirlər. Ancaq hələ də autizmin tam yaranma səbəbi təsdiq edilə bilməmişdir.
Quliyeva Nəzrin Natiq qızı
Bakı Qızlar Universiteti-Psixologiya