Autizm sindromu xxı əsrin qlobal psixoloji problemi kimi özünü göz təmasının, nitqin və ünsiyyətin zəifliyi kimi bildirir. Autizm latın sözüdür və “autos”-“özü” deməkdir.
İlk dəfə autizm sindromu olan uşaqlarla atamin deffektoloq-loqoped kimi çalışdığı “Uşaq və Ailələrə Dəsdək” merkəzində qarşilaşmişam. Onların bir çox xüsusiyyətləri vardır. Autizm sindromu olan uşaqlar ətrafdakı insanlara qarşı biganə olur və öz aləmlərində yaşayırlar. Sosial münasibət ve paylaşım kimi proseslərdə sanki görməz və eşitməzdirlər.
Zaman-zaman autizm simdromu olan uşaqların ailələri ile əlaqə saxlayırdım. Valideynlərin söylədikləri xüsusiyyətlər demek olarki üst-üstə düşür. Eyni hərəkət etməkdən, jurnal səhvələrini tez-tez çevirməkdən, musiqi dinləməkdən və daim hərəkətdə olan əşyalardan xoşlandıqlarını söyləyirlər. Bəzi valideynlər hətda onuda qeyd edirlər ki, ilk öncə olar belə hesab edirdilər ki, uşaqları lal və kardır.Göz təması olmadığı üçün onlar demək olarki ətrafdan gələn səslərə reaksiya vermirlər. Bu uşaqlar danışarkən əvəzlilərdən düzgün ifadə etmirlər. Məsələn: “mənim əlim” yerinə “mən əl” ifadəsini işlədirlər. Bu uşaqlar mənasız yerə eyni sözü təkrarlayırlar. Valideynlərlə müəyyən qədər söhbət etdikdən sonra mənə aydın oldu ki, əksər hallarda valideynlər övladı danışmadığı üçün mütexesislərə müraciət edirlər. Onlara elə gəlir ki, problemin başlanğıcı məhz elə bundadır. Uşaq danışsa bütün problem hell olunar.
Əvvəllər bu xəsdəlik adı altında kəsgin əqli gerilik, psixi inkişafın ləngiməsi və s yayılmışdı. Autizmli uşagın nitgi ile deffektoloq-loqoped meşgul olmalıdır. Deffektoloq-loqoped uşagı “həyata qaytarir” , psixoloq isə uşaqlarda həyata maraq oyadır. Mütəxəsislər köməkçi vasitələrdir. Amma ailə əsas vasitədir. Bu uşaqların inkişafında ailə, mütəxəsis kimi bağçanında rolu vazgecilməzdir.
Aparılan tədqiqatlar autizmin yaranma səbəblərini müxtəlif cür izzah edir: irsiyyət, ailədaxili çətinliklərin uşağa təsiri, travmalar, peyvəndlər, qızılca, polimelit və s. Unutmayin: Autizm sindromu uşaqlara dəsdək olmaq ve problemi uşaqlıqdan çözməyə çalışmalıyıq.
Leyla Yusibova
BDU , Psixologiya fakultəsi