“Hər dəcəllik edən uşaq autistdirmı?” – BALABİKƏ SƏMƏDOVA

Autizm – erkən yaş dövründə başlayan sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayılmış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki, autizmin yaranması həm irsi, həm də doğuşdan əvvəlki doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsviredci faktorlarla hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. Müasir tədqiqatlara əsasən autizmi əsəb sisteminin patalogiyası ilə əlaqələndirirlər. Bu isə bir sıra səbəblərlə əlaqədar ola bilər.

Maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsi, hamiləlik dövründə və doğuş zamanı yarana bilər, pilepsiya sindromu il əvə yaxud bir sıra uşaq xəstəliklərinin (məs: qızılçı, məxmərək və s.) kəskinləşməsi ilə meydana gələ bilər.

Autizmin spektr pozuntuları:

  • Autizm
  • Asperger sindromu
  • Rett sindromu
  • Uşaqlıq dezintegratın pozuntusu
  • Atipik autizm

Baxmayaraq ki, autizmin təzahür spektri çox genişdir. Əsas simptomları ümumi xarakter daşıyır.

  • Sosial münasibətlərdə pozğunluq
  • Nitq və ünsiyyətdə pozğunluq
  • Təxəyyüldə pozğunluq

İlk dəfə elmdə autizm haqqında Amerikalı alim Leo Kanner 1947-ci ildə məlumat verib. Ölkəmizdə isə təxminən 2000-ci ildən uşaqlarda autizm sindromu diaqnozu qoyulur. Bəs bu uşaqlar həmyaşıdların olan nə ilə fərqlənirlər? Valideyin övladının autist olduğunu necə müəyyən edə bilər? Ç.Məmmədli bildirdi ki, bu uşaqlar özünə qapanır, sanki ətraf Aləmi görmür və eşitmirlər. Ona görə də çox vaxt həkimlər bu halla müraciət edən valideynlərə görmə və ya eşitmədə problem olduğu diaqnozu qoyurlar. Düzdür, həmin uşaqların davranışları ilk baxışda bu ehtimala əsas versə də, araşdırmalarından sonra müəyyən olunur ki, onların əsas problemi psixolojidir. «Onlar əqli cəhətdən normal olurlar, sadəcə, istədiyi diqqəti görməzsə, ətrafı dağıdır, özünə ziyan vurur ki, diqqət çəksin. Əslində nəyisə dağıtmaları onların ifadə dilidir, bununla var olduqlarını ətrafdakılara çatdırmaq istəyirlər».

Hər dəcəllik edən uşaq autistdir?

Psixoloqların saydığı əlamətlərin bir çoxunu bütün uşaqlarda müşahidə etmək olar. Məsələn dağıtmaq, dəcəllik etmək normal uşaqların da ən sevdiyi oyunlardandır. Bəs belə olan halda valideyin övladının autist olub-olmamasını necə müəyyənləşdirsin? Çiçək xanım bu əlamətlərin bəzilərinin normal uşaqlarda da müşahidə olunması ilə razılaşır.

«Bu əlamətlər müşahidə olunan uşaqları fərqləndirmək üçün onların oyuncaqları ilə necə oynamalarına diqqət etmək lazımdır. Məsələn, autizmli uşaq bir maşını götürür, təkərlərini dəfələrlə fırladır, çünki onların davamlı olaraq bir oyuncaqla oynamağı, fırlanan şeylərə baxmağı, eyni şeyi təkrar etməyi sevirlər. Amma normal uşaqlar həmin maşını sürür və s. hərəkətlər edirlər. Həmin davranışlarda müəyyən etmək olar ki, həmin uşaqda autizm əlamətləri var».

Onu da qeyd edirlər ki, bu əlamətlərin yalnız birinin müşahidə olunması da uşağın autist olması demək deyil. «Autizm əlamətlərindən yalnız biri müşahidə olunarsa, o uşağı autizm problemli hesab etmək olmaz. Bizdə autizmli xəstələrin qiymətləndirmə cədvəli olur. Hətta autizm diaqnozu qoyulanları belə bu araşdırmalar aparıb sonra müalicəyə cəlb edirik».

S.Məmmədli artıq bir neçə ildir təşkilatlarının insanları maarifləndirmə istiqamətində müəyyən işlər gördüyünü də vurğuladı. «Maarifləndirici kitabımız getdiyimiz bölgələrdəki insanlara veririk ki, hər kəsin bu problemdən məlumatı olsun. Necə ki, xarici ölkələrdə uşaqdan autizm soruşşan o, asanlıqla sənə izah edir, bizim insanların da belə olmasını istəyirik. Ətraf bu problem haqqında məlumatlı olmadığından uşaq özünü normal aparmayanda ona müəyyən təzyiqlər olur bu zaman da həm valideyn, həm də uşaq evə qapanır. Uşağı hərəkətlərindən utandığından onu evdən bayıra çıxarmır.

Ç.Məmmədli autizmli uşaqlar üçün məktəblərin olmamasını ciddi problem hesab edir. «Ölkəmizdə birbaşa autizmlə bağlı məişətlər yoxdur. Həmin uşaqlar başqa nevroloji problemləri olanlarla birgə təhsil alırlar. Lakin bu heç də düzgün deyil. Onların hər biri üsün xüsusi məktəblər olmalıdır. Həmçinin inkuliziv bağçalar, məktəblər yaradılmalıdır ki, orada normal uşaqlarla yanaşı autizm problemli uşaqlar da oxusun».

O həmçinin qeyd etdi ki, xarici ölkələrdə bu uşaqlar üçün xüsusi mərkəzlər var». Həmin ölkələrdə bütün sahə poliklinikalarda uşaqların inkişafı üçün mərkəzlər var. Əgər valideyn aparmırsa, onlar özləri gəlib uşağı psixoloji testdən keçirir, hansısa psixoloji problemin olub-olmamasını müəyyənləşdirirlər. Əgər müalicə üçün ailənin imkanı yoxdusa, dövlət tərəfindən müalicə olunur. Bizdə isə uşaqda hansısa psixoloji problem hiss edəndə həkimə aparırıq, həkim deyir: «Narahat olma, danışacaq da». Vaxtında aşkarlanmaması da problemi bir az da çətinləşdirir.

Ölkəmizdə autizmlə bağlı vəziyyətə gəlincə isə, mütəxəssislər bəzi xarici ölkələrdən mütəxssis cəlb etdiklərinə onların yerli mütəxəssislərimizə dərs keçdiklərini deyir. Qeyd edək ki, onlar bu dərsləri pulsuz keçirirlər. «Bizim müəssisə bədən zamana qədər 200-ə yaxın problemli uşaq yararlanıb. Ümumilikdə isə, 2500-dən çox müraciətlər daxil olub. Bir neçə il bundan öncə Ailə qadın, uşaq problemləri üzrə dövlət Komitəsi dövlətin ayırdığı vəsait hesabına bir neçə mütəxəssis treninq keçiblər. Buna görə də deyə bilərik ki, ölkədə yetərincə mütəxəssis var. Ç.Məmmədli onu da qeyd etdik ki, əgər müalicə olunmazsa, arzuolunmaz nəticələr əldə oluna bilər. Uşaq daha çox özünə qapanacaq, ya oliqofreniya, yada köhnə üsullarla desək, şizofreniya əlamətləri müşahidə olunacaq.

Valideynlər nələri bilməlidirlər?

Qeyd etmək lazımdır ki, problemin səbəbi bilinmədiyindən hər kəs bu sindrom barədə məlumatlı olmalıdır. Eyni zamanda uşağın sindromu daha asanlıqla aşması üçün valideynlərin rolu da çox önəmlidir. Yəni psixoloji müayinələr qədər, ailədə onlarla olan münasibət də ona kömək ola bilər.

«Mütəmadi müalicələrdə 70% irəliləyiş olur. Lakin müalicə qədər onlarla davranışa da diqqət yetirilməlidir. Məsələn, uşağın 14-15 yaşı olur. Valideyn geyindirib-soyundurur. Valideyn başa salmalıdır ki, sən özün geyinməlisən və ya yeməyini, özün yeməlisən. Mehriban davranmalı, uşağın özünün bacarıqlarını inkişaf etdirməyə çalışmalıdır. Digər uşaqlarla oynamasına şərait yaratmalıdır. Normal uşağa başa salındığından beş dəfə çox autizmli uşağa başa salmaq lazımdır. Ona görə də maksimum səbirli olmalıdır».

Məsuliyyətin böyük bir hissəsinin valideynlərin üzərinə düşdüyünü deyən mütəxəssislər onu da əlavə etdi ki, bu problem sonradan da yarana bilər. «Mərkəzlərə müraciət edənlər arasında beş yaşından sonra da bu problemlə üzləşənlər olub. Yəni valideynlər digər uşaqla daha çox maraqlanıb o isə diqqətdən kənarda qalıb və özünəqapanma, autizm yaranıb. Bu psixoloji problem olduğundan hər yaşda müşahidə oluna bilər».

Autizm psixoloji problem olduğundan ilk baxışda bu baxışda bu uşaqları tanımaq olmur. Ç.Məmmədli də qeyd etdi ki, autizmli uşağı tanımaq üçün gərək onunla ünsiyyətə girəsən. Məsələn, adını soruşursan deyə bilmir, sakit oturur. Yalnız bu zaman onda hansısa problemin olduğunu müəyyən etmək olur. Lakin bəziləri isə kənarda özünü tanıdır. Düzdür, ətrafdakılar çox zaman autizm haqqında məlumatlı olmadıqlardan onun hərəkətlərinə məna verə bilmir və problemli uşaq olduğunu deyirlər».

«Xarici ölkələrdə isə, bu xəstəlik 30-40 ildir ki, tanınır, ona diaqnoz qoyulur. Xəstəlik əsasən üç yaşına qədər olan uşaqlarda aşkarlanır.

Müsahib qeyd etdi ki, bu psixoloji problem olduğundan dərmanlarla müalicəsi yoxdur. Onlar pevroloji müalicə olunmalı və məşğələlər aparmalıdır. Psixoloqlar loqopedlər bu işə cəlb olunmalıdırlar. Üç yaşa qədər olan uşaqlarda müşahidə nə qədər erkən aşkarlansa müalicə də o qədər effektli olar. Əgər uşaqla hansısa inkişaf pozğunluğu müşahidə olunursa, defektoloji, loqopedik, psixoloji məşğələlər başlanmalıdır. Bu yardımlar xüsusi proqramlarla aparılmalıdır».

Qeyd: Aparılan tədqiqatlar autizmli uşaqların 75%-indən böyük bir hissəsinin zəka geriliyi olduğunu, ancaq 10%-ə kimi kiçik bir hissəsinin normal zəkaya sahib olduğunu vurğulamaqdadır.

Səmədova Balabikə

Bakı Qızlar Universiteti, Psixologiya fakultəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər