” Dünəndən bugünə Autizm” – GÜLNARƏ MUXTAROVA

Nə üçün “ Dünəndən bugünə Autizm?. Çünki , bugün elm, texnikanın inkişafı, insanların düşüncə tərzi, baxış bucağı dəyişdikcə, bu növ problemlərə yanaşma tərzi də dəyişir , fərqli şəkil alır ki, bu da müsbət haldır. Dünya üzrə autizm diaqnozu qoyulan uşaqların sayı getdikcə artır. Xroniki gedişli olmasına baxmayaraq, erkən müdaxilə və düzgün yanaşma ilə Autizmli şəxslərin cəmiyyətə inteqrasiyası mümkün ola bilər.

AUTİZM- “ Autiztistik Spektrın Pozuntuları” və ya “ Yayılmış İnkişaf Pozuntuları” adı altında inkişaf çatışmazlığı kateqoriyalarından biridir. Yayılmış olan İnkişaf Pozuntusu , qarışıq və yüksək səviyyədə olan bir inkişaf çatışmazlığıdır.Autizm olan insanlarda dil, ünsiyyət, sosial bacarıqlarda ciddi problemlər görülür. DSM-I\/ də yayılmış inkişaf pozuntusu beş alt qrup olaraq göstərilir. Autizm Yayılmış İnkişaf Pozuntuları içində ən çox yer alan qrupdur. Bu pozuntulara daxildir:

1.Autizm

2.Asperger Sindromu

3.Rett Sindromu

4.Uşaqlarda Dezinteqrativ Pozuntu

5.Başqa növ adlandırılmayan yayılmış inkişaf pozuntusu (Atipik Autizm)

Auutizm yunan sözüdür. Autizm simptomları daşıyan insanlara “ autist”, autizmdən qaynaqlanma mənasında isə autistik qavramı istifadə edilir. Autizm insanların xüsusiyyətləri insandan-insana dəyişiklik göstərər bilər. Aparılan araşdırmalara görə, autistlərin beyinlərindəki anormallıqla rın nevroloji orqanizasiyanın inkişafı ilə əlaqəli olduğunu göstərir. Autizm uşağın ilk üç ili ərzində ünsiyyət qurmaqda , sosial münasibətlər, ətrafa uyğunlaşmada çətinlik, təkrarlayıcı davranışlarla ortaya çıxan aşırı dərərcəli və qarışıq bir inkişaf pozuntusudur.

Autizm əqli gerilik deyil, lakin əqli gerilik pozuntusunun yüksək inkişafı autizmin şiddətli bir formada hissedilməsinə yol açır, və autistik göstəricilər özünü göstərir. Autizm uşaqların inkişaf müddəti bir az fərqli şəkildə özünü göstərir. Autizmli uşaqların inkişaf mərhələlərində inanılmaz sıçramalar görülür. Misal üçün Necəsən? Sualına cavab verməyən uşaq 3 yaşında oxumağı öyrənmişdir və ya saymağı çox yaxşı bilməsinə rəğmən digər qavramaları öyrənməkdə çətinlik çəkir. Normal inkişaf edən və ya əqli geriliyi olan uşaqlarda öncə alıcı dil inkişaf edir, sonra ifadəedici dil inkişaf edir. Lakin autistik uşaqların bir qismində əvvəlcə danışmaq görülür. Bu da inkişaf mərhələsindəki sıçramanı açıq bir çəkildə ortaya qoyur.

Autizm ilk dəfə Amerikalı psixiyatr Leo Kanner tərəfindən 1943- cü ildə tanıdılmışdır. Kanner 11 uşaqda gördüyü oxşar cəhətləri ümumiləşdirərək, buna “ Erkən Uşaqlıq Autizmi” (Early İnfantile Autism) adını verdi. Bir il sonra Avstraliyalı psixiyatr Hans Asperger də 1944- cü ildə bir qrup uşaqda gördüyü bəzi davarnışları aşkarladı və bu davranışları “Autistik Psixopatı” adlandırdı.

Kannerin təyin etdiyi daha ağır autizm, Aspergerin təyin etdiyi isə daha zəif formada olan autizmdir. Autizmlə bağlı ilk əlamətlər Kanner tərəfindən təyin olunmuşdur. Kanner autistik uşaqlarda gördüyü doqquz xüsusiyyətə diqqəti çəkərək, autistik uşaqların müəyyən edilməsində bu əsas xüsusiyyətlərin başlıca olaraq istifadə edilməsini bildirmişdir. Aradan uzun zaman keçmiş olmasına baxmayaraq, bu meyarların çoxu hələ də , öz doğruluğunu qorumaqdadır. Hal-hazırda dünyada ən çox tövsiyyə olunan meyar ölçüləri Amerika Psixiyartiya Assosiasiyası tərəfindən təyin edilmişdir. Bu birliyin ən son yayını olan DSM-I\/ də ( The Diagnostic and Staticial Manual of Mental –Disorders) meyar ölçüləri 3 yerə bölünmüşdür. Hər bölümün alt qrupları vardır. Beləliklə ümumilikdə 12 meyar ölçüsü müəyyən olunmuşdur. DSM-I\/ də verilən 3 hissə belə sıralanmışdır.

1.Sosial münasibətlərdə çatışmazlıq

2.Ünsiyyət bacarıqlarında çatışmazlıq

3.Məhdud qayğı, takıntılı və təkrarlayıcı davranışlar

Autizmdən əziyyət çəkən uşaqlar ətraf şəraiti hiss etmir və viziual əlaqə yaratmaqda çətinlik çəkirlər.Bundan irəli gələrək elə görünə bilər ki, belə uşaqların ünsiyyət qurmağa tamamilə marağı yoxdur. Onlar nəyəsə ehtiyac duyduqda daha çox “əl yönəltməsi” ndən istifadə edirlər: uşaq valideynin əlini özünün ehtiyac duyduğu əşyanın üzərinə qoyur və bu yolla valideyn və ya böyükdən öz istəyinə çatmaq üçün ALƏT kimi istifadə edirlər.Autistik uşaqların ən gözəçarpan xüsusiyyətlərindən biri danışılan dili öyrənməməyə, dəyişikliklərə qarşı dirənməyə, mövcud olan rutinlərini davam etdirməkdə qərarlı olmaqları, danışıqları və insanlarla ünsiyyətlərində məhdud olmalarıdır. Qızlara nisbətən oğlanlarda üç qat çox görülən autizmin , mütləq səbəbləri mövcudddur. Ancaq aparılan araşdırmalara görə çox sayda fərqli səbəblər önə sürülmüşdür. Autistik uşaq sosial mühitdə ciddi problemlər yaşayır, əhatəsində insan yoxmuş kimi davranır, çağırıldıqda dönüb baxmır, suallara cavab vermir. Eşitdikləri halda eşitməmiş kimi davranırlar buna görə də, ilk başlarda belə uşaqların qulaqdan zəif (kar) olduqları sanılır. Yaxınlıqdan, sevgi əsaslı münasibətlərdən belə qaçınırlar, ana və atasının diqqətini rədd edir, sevilməkdən, qucağa alınmaqdan , diz üstündə yellədilməkdən, əzizlənməkdən xoşları gəlməyə bilər. Qrup içində digər qrup üzvləri yoxmuş kimi davranırlar və ordakıları da görməzdən gəlirlər. Tanımadıqları insanlara qarşı diqqətsiz, istiqanlı və ya qorxmuş kimi davrana bilərlər. Bir qismi heyatları boyunca heç danışmadıqları halda, bir qismi də , danışmağı gec öyrənir, lakin bunu paylaşma və ünsiyyət məqsədilə istifadə etmirlər. Danışabiləcəkləri halda dilsiz kimi davranırlar. Saatlarla diqqətlərini çəkən bir mövzuda danışa bilər, exololiyaları olur yəni, deyilənləri eyniylə təkrarlayırlar. Göz təması ya olmur ya da, çox az olur , baxışları donuq olur. Valideyinlərinə bağlılıq çox da olmur. Aşırı sevinc, qəzəb, aqressivlik və sıxıntı xaricində, boş və duyğusuz bir üz ifadələri vardır. Bir qisminin duyğu orqanları xarici çevrəyə qarşı aşırı həssasdır.Misal üçün, səs, işıq,qoxulara qarşı aşırı həssasdir. Yemək yeməklə bağlı ciddi problemlər yaşayan uşaqların sayı da olduqca çoxdur. Bəzi uşaqlar yediklərini çeynəmədən udur, bəziləri davamlı eyni yemeyi yemək istəyir, bəziləri də, yeyiləbilməyən şeyləri yeyir, misal üçün: sümük, şüşə, torpaq və s. Dadbilmə duyğusu aşırı dərəcədə həssas olduğu üçün yeməklərindəki ən kiçik dəyişiklikləri belə tez hiss edirlər. Tapdıqları hər şeyi yeyən və doyma hissi olmayan uşaqlar da vardır. Autistik uşaqların bir qismi sıx-sıx oyanırlar və oyandıqdan sonar ağlama növbələri başlayır və onları sakitləşdirmək çətin olur. Ana ata yatağından başqa heç yerdə yatmayan uşaqlar öz otaqlarına aparıldıqda qışqırmağa başlayırlar. Oyunların diqqətləri də normal uşaqlarınkından fərqlənir. Qrup oyunlarına qatılmırlar, yaşıdları ilə oynamaq istəmirlər amma təkbaşına saatlarla oynaya bilərlər. Yaradıcı oyunlar oynamaq qabiliyyətləri olmur və oyunlarında heç bir qayda qanuna rast gəlinmir.Autistik uşaqların xarici görkəmlərində her hansı bir anormallıq görülmür, hətta çox sevimli və gözəl görünüşlərii olur. Adi motorika vərdişlərinə malik uşaqlar da, bəzən üçtəkərli velosiped və ya maşın-arabanı güclə idarə edə bilir. Bu uşaqların ruhi xəstəliklərə tutulma faizlərii digər uşaqlara nisbətdə daha yüksəkdir. Başda depresiya olmaqla panik atak, maniya, obsessive-kompulsiv pozuntu və şizofreniya kimi xəstəliklərə tutula bilərlər.

Harvard Universiteti və Boston İctimai Mərkəzi xəstəxanasında fəaliyyət göstərən qastroenteroloq həkim Tim Bui autizmdən əziyyət çəkən 1000-dən çox uşağın endoskopiyasını etmişdir. O, 400 uşaqda qastroenteroliji problemləri aşkar etmişdir, belə problemlər adi uşaqlardan fərqli olaraq , autizmdən əziyyət çəkən uşaqlarda daha çox rast gelinir.Aşkar olunmuşdur:

55% laktaza çatışmazlığı.

12% qastrit

20% ezofagit(qida borusunun iltihabı)

10% onikibarmaq bağırsağın iltihabı

12% yoğun bağrsağın iltihabı.

Autizmin səbəblərinə gəldikdə, onun səbəbləri dəqiq olaraq aşkarlanmamışdır. Kanner ilk zamanlarda autizmə səbəb olaraq ana-uşaq münasibətində meydana gələn çatışmazlıqları göstərirdi. Sonradan üzvi səbəblər önə çəkilmiş, lakin dəqiq bir nəticəyə gəlinməmişdir. Və iki səbəb arasında qalınmışdır. 1970-ci illərdə genetik bağlılıq ilə ailənin mənfi təhsil anlayışının birləməsi ilə aitizmin meydana çıxdığını bildirmişdir. Tək yumurta əkizləri genetic olaraq bir-birinin eynisidir. Egər tək yumurta əkizlərindən biri autistdirsə, digərinin autist olma şansı 35-70% faiz təşkil edir. Cüt yumurta əkizlərində bu faiz aşağıdır,0-23%. İlk uşaq autist doğularsa, ikinci doğulan uşağın da, autistik olma faizi 5-15% arasındadır. Əgər autizmə genetik faktorların səbəb olduğu sübut olunarsa, bir uşağın autistik olub-olmayacağı ana bətnindəykən öyrəniləcək və müxtəlif dərman müalicəsi ilə hamiləliyin sonlandırılması kimi tədbirlərə nail olmaq olar. Hamiləlikdə, doğum zamanı və doğumdan sonar yaşanan bir çox travmaların da autizmə yol açdığı iddia edilir. Genetik cəhətdən autizmə yatqın olan uşaqların doğum zamanı beyninə oksigen getməməsi və doğum sonrasında zəif beyin travması keçirmələrinin də aitizmə yol açdığı vurğulanır. Son zamanlarda bəzi virus və xəstəliklərin də autizmə səbəb olduğu sübut olunmuşdur. Ana bətnində qızılca, beyində herpes virusu, epilepsiya və s. Misal üçün autistik uşaqların təxminən yüzdə ikisində fragil X sindromu görülür. Bunlarla yanaşı autizmə səbəb olması təxmin edilən bir çox xəstəliklər də vardır.

Bəzi mütəxəsislərə görə autizm tək bir səbəbdən qaynaqlanmadığı kimi , autizmə yol açan bir xəstəlik və ya bir virusun tapıldığı hər şey də autistik ola bilməz.

Autizmin dərmanla, başqa bir ifadəylə desək farmakoloji müalicəsi illərdir ki, mübahisəli olaraq qalır. Bu yöndə fərqli düşüncələr həm mütəxəssislər, həm də, validenlər arasında mövcuddur. Bəziləri dərmanların fayda vermədiyini hətta autistik əlamətlərə zərərli olduğunu düşünüldüyü halda, bəziləri də, əksini düşünülür. Buna qarşı çox saylı autistik əlamətlərə müxtəlif növ dərmanlar verilir. Bunlardan biri də, antipsixotik dərmanlardır. Lakin reallıq budur ki, autizmi müalicəedici və yaxud simptomlarını yoxedici bir dərman yoxdur. Ancaq autizmə bir çox problemlər də yoldaşlıq edir. Bunlara, epilepsiya, depresiya, aşırı hərəkətlilik, qəzəb, qayğı, yuxu və yemə ilə bağlı problemlərdir. Daha çox bu problemləri azaltmaq üçün və ya yox etmək üçün müxtəlif dərmanlardan istifadə edilir. Autizmin və birçox digər pozuntuların yaranmasında beyindəki hormonların yöndəmsizliyinin yol açabiləciyini düşünən mütəxəssislər var. Bu hormonlara görə təsirli olan bəzi dərmanlar istifadə edilir. Dərmanlardan istifadə edən uşaqların bir çoxunun diqqət müddətlərində artımlar görülərkən, davranış və adaptasiyalarında problemlər görülür. Dərmanla müalicə sadəcə bəzi xüsusi simptomların müalicəsində tesirlidir. Sosial və ünsiyyət azlığı kimi autizmin təməl simptomlarını müalicə etməkdə təsirli deyil.Müalicə edilən bəzi hədəf simptomlar arasında hiperaktivlik, diqqət defisiti, aqressiv davranışlar vardır. Çox vaxt davranış dəyişdirmə texnikaları farmakologiyadan daha təsirlidir. Çünki dərmanlarla bilinən simptomların müalicəsi nəinki autistik uşaqlarda, normal inkişaf etmiş uşaqlarda belə uzun müddətdə təsirli olmur. Misal üçün hiperaktiv və diqqət eksikliyi pozuntsu üçün daimi bir müalicə metodu tapılmamışdır. Bu səbəbdən autistik uşaqlar üçün tövsiyyə edilən dərmanlar, bilinən simptomları kökündən müalicə eyməyə yetmir.Davranış dəyişdirmə texnikaları autistik uşaqlarda görülən bütün problemləri yox eder deyə bir gerçəklik də yoxdur, çünki təkrarlanan davranışlar , aqresiya, qəzəb və s. bəzi davranışlar bir çox mübarizələrə baxmayaraq, dəyişməyəbilər. Bəzi problemli davarnışlar epilepsiya ilə bağlı ola bilər, bu zaman antiepileptik dərmanlar istifadə edilərək bu problemlərin təkrarlanmasının qarşısını almaq olar. Uşağa dərman vermədən öncə davranış dəyişdirmə texnikaları sistemli bir şəkildə və tətbiq edilməlidir. Bununla yanaşı uşağın akademik, ünsiyyət və social bacarıqlarını inkişafetdirici proqramlar müəyyən sixliqla tətbiq edilməlidir. Buna baxmayaraq, problemli davranışlar davam edirsə, bu zaman dərman müalicəsi təyin olunur. Əlbəttə ki, dərman müalicəsi həkim tərəfindən təyin olunsa da, son qrarı ailə verir. Dərman müalicəsində həkimin təlimatlarına əməl olunmalı, xüsusilə başlama dozalarını göstərən müddətdə verilməsinə diqqət edilməlidir.

Muxtarova Gülnarə

19 yaş. Bakı Dövlət Universiteti

SEP fakültəsi, ixtisas TSPX.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər