” Autist uşaqlarda digər sağlam insanlar kimi adlarını tarixə yazdıran şəxsiyyətlərdən ola bilərlər.” – AYGÜN MƏCİDLİ

Autizm – erkən yaş dövrlərindən başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir.Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.Autizm kifayət qədər geniş yayılmış haldır.Belə ki, təxminən min uşaqda 5-də müşahidə olunur. Ümumiyyətlə dünyada 67 milyon insan autizm sindromundan əziyyət çəkir.

Autizm sözü yunanca autos sözünün kökündən gəlir.Autos sözünün mənası öz və ya özü deməkdir.İlk dəfə autizm sözündən məşhur isveçrəli psixiatr E.Bleuler istifadə etmişdir.1910-cu ildə Bleuler autizm termini ilə şizofreniya xəstələrində müşahidə olunan özünə qapanma və ətrafdakı dünyadan təcrid olunma əlamətlərini təsvir etmişdir.

Autizm pozuntusunu təsvir edən ilk həkimlər L.Kanner və H.Asperger müşahidə etdikləri uşaqlarda şizofreniya xəstəliyinin olmadığını görür.Və buna görə də onlar bu uşaqları “öz aləmlərində olduğuna” görə onların vəziyyətini təsvir etmək üçün autizm terminindən istifadə etmişlər.

Autizm 1-4 yaşlarında özünü qeyri-iradi hərəkətlərlə ,nitqin olmaması və təkrar nitqlə,göz təmasından yayınma ilə depressiv formada özünü büruzə verən sindromdur.Autizm əsasən sosial münasibətlərdə, nitq və ünsiyyətdə, təsəvvür etmədə pozğunluqların olması ilə xarakterizə olunur:

  • Sosial münasibətləri qurmaqda çətinlik çəkirlər
  • Göz kontaktı qurmurlar
  • Digər uşaqlarla oynamamaq və oyuna qarşı marağın olmaması
  • Başqaları ilə ünsiyyətdən qaçmaq
  • Eyni mövzu ətrafında uzun müddət danışmaq
  • Səbəbsiz ağlama,gülmə,qəribə davranışlar etmək
  • Predmetləri dayanmadan çevirmək
  • Monotonluğa-eyniliyə meyllik
  • Dəyişikliklərə qarşı dərhal reaksiya vermək
  • Təkliyə meyillik
  • Ağrı hissinə qarşı laqeyidlik
  • Təmasdan qaçmaq,qucağa alınmaqdan xoşlanmamaq
  • Exolaliya tipli nitq,yəni cavab vermək əvəzinə özünə deyilənləri təkrar etməsi
  • Səslərə qarşı həddindən artıq həssaslıq və ya tam tərsi-laqeyidlik
  • Hiperaktivlik və ya hipoaktivlik

Hal-hazırda autizmin yaranma səbəbi tam dəqiq bəlli deyil.Lakin mütəxəssilər belə hesab edirlər ki, autizm həm irsi,həm doğuşdan əvvəlki, doğuş zamanı, doğuşdan sonra qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, maddələr mübadiləsinin anadangəlmə pozulması və ya üzvi zədələnməsi ilə bağlı ola bilər.

Statistikalara görə, ABŞ-dakı qadınların 1/3-dən çoxunda izafi yəni artıq cəki var.Qadının hamiləlik dövründə izafi çəkili olması uşağın autizmlə doğulma riskini 1.6 dəfə artırır.Autizm xəstəsi olan uşaqların 20% -nin analarında artıq çəki olub.

Genetik faktorlara gəldikdə isə tək yumurta əkizləri bir-birinin eyni olduğu üçün onlardan birinin autizmli olması digərinində eyni vəziyyətdə olması riskini 35-70% artırır. Fərqli yumurta əkizlərində də risk mövcuddur,lakin nisbətən az-0-23% təşkil edir.

Autizmin korreksiyasında bir neçə üsul vardır.Xarici ölkələrdə daha çox aşağıdakı üsullardan daha çox istifadə edirlər.

TEACCH-bu metod zamanı uşağın daha rahat inkişafı üçün xüsusi mühit yaradır və bütün qıcıqlandırıcı amillər aradan qaldırılır.Bu sistemlə tərbiyəedilən uşaq ciddi rejimə tabe olur.Hər bir əşyanın öz yeri olur və yerlər dəyişdirilmir.Bu metodika ABŞ-ın Şimali Karolina Universitetində geniş yayılıb və hazırda Belçika,Danimarka,ABŞ-ın bir çox şitatlarında,eləcə də Rusiyanın dövlət müəssisələrində autist uşaqların təliminin dövlət proqramı kimi istifadə edilir.

ABA-davranışın modifikasiya metodikasıdır.Bu metod daha ağır formalar üçündür.Hər bir hərəkət uşağa təklikdə öyrədilir,daha sonra zəncir şəklində birləşdirilir.Düzgün həyata keçirilən hərəkətlər avtomatlaşdırılır.Uşaq bir-biri ilə əlaqəsiz bir neçə vərdişə yiyələnə bilər.Onları qruplaşdırmaq pedaqoqun,psixoloqun öhdəsinə düşür.

Son-Rise proqramı-uşaqğın şəxsi motivasiyasına əsaslanır.Uşağın autistik aləmini dağıtmadan ona təkrarlanan və ritual hərəkətlərlə yanaşaraq uşağın autistik davranışlarına yeni anlam və məna verir.

Eyni zamanda autizmin korreksiyasında qum terapiyasından,animalterapiyadan istifadə etmək olar.

Autistik uşaqların valideynlərin qayğısına çox ehtiyacı vardır.Ona görə də valideynlər autistik uşaqlarına xəstə uşaq kimi yoxda, fərqli xarakterə malik olan övlad kimi baxsınlar və sevsinlər.Onları necə varsa elə də qəbul etsinlər.Hər zaman onların yanında olub,onlara dayaq olsunlar.Ətraf aləmə,insanlara adaptasiyasında yardımçı olsunlar.Unutmayaq ki, heç bir uşaq autizmi və digər xəstəlikləri özləri seçmirlər.

Və autist uşaqlarda digər sağlam insanlar kimi adlarını tarixə yazdıran şəxsiyyətlərdən ola bilərlər.

Məşhur autistlər: Endryu Cekson- ABŞ-ın VII prezidenti

Deril Henna- aktrisa; Syu Rubin-aktrisa; Bod Dilan-musiqiçi; Vinsent Van Qoq-istedadlı rəssam.

Bundan başqa İsaak Nyuton,Albert Eynşteyn və Stiven Spilberqinində davranışlarında autistik cizgilər vardır.

Məcidli Aygün Eldar qızı 20 yaş.

AMİ-ŞƏKİ Filialı

Təhsildə sosial-psixoloji xidmət ixtisası, IV kurs

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər