Autizm şəxslərin sosial münasibətlərinə və davranışlarına mənfi yöndə təsir göstərən inkişaf pozuntusudur.İlk dəfə 1943-cü ildə Amerikada John Hopkins universitetində işləyən Leo Kanner tərəfindən aşkara çıxarılmışdır.Kanner üzərində çalışdığı 11 uşaqda 3 əsas keyfiyyətin olduğunu müşahidə etmişdir. Bunlardan birincisi onlarından heç birinin ətraflarındakı insanlarla münasibət qurmaması idi.İkinci əsas keyfiyyət davranışları məhdudlaşdırıldığı, ətraflarında və günlük həyatlarında hər hansı bir dəyişiklik olduğu zaman xoşbəxt olmamaları və reaksiya vermələridir.Üçüncü keyfiyyət onların danışmaması və ya danışsalar belə bunu ünsiyyət məqsədli işlətməmələridir.Uşaqların əsas və ümumi xüsusiyyətlərinin daxilə qapanıqlıq olduğunu müşahidə edən Kanner Yunanca autos sözünü əsas götürərək autizm sözünü işlətmişdir.Və bu pozğunluğu “Erkən uşaqlıq autizmi” adlandırmışdır.Autizm anadan olandan 3 il ərzində özünü biruzə verir.
Autizmin spektr pozuntuları aşağıdakılardır:
Asperger sindromu
Rett sindromu
Uşaqlıq dezinteqrativ pozuntusu
Atipik autizm
Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda autizmi digər xəstəliklər də səhv salırlar.Sindromun yaranma səbəbləri tam müəyyən edilməmişdir.Onu haqda çoxlu fikirlərin olmasına baxmayaraq bu fikirlər hələ öz təsdiqini tapmamışdır. Bezi mütəxəssilər autizmin beyindəki neyronların normadan az olması ile bağlı olduğunu qeyd edir.Bir çoxları belə hesab edir ki, autizm irsi-genetik xəstəlikdir.Buna baxmayaraq tam sağlam ailələrdə də bu sindroma rast gəlmək mümkündür.Alimlər müəyyən edib ki, bu sindrom daha çox ilk uşaqlarda olur. Xəstəliyə səbəb kimi ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəlikləri də göstərmək olar. Bəzi mütəxəssilər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir. Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir. Tək yumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70% ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23%-dir. Ailənin ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15%-dir. Oğlan uşaqlarında qızlara nisbətən 3-4 dəfə daha çox rast gəlinir.
Autizmli uşaqlar ilk aylarında böyüklərlə əlaqədən qaçırlar.Ananı qucaqlamırlar, gözünə baxmırlar, səsə, öz adlarına heç bir reaksiya vermirlər.Belə uşaqlar intellekt cəhətdən aşağı da ola bilərlər.Bununla yanaşı yüksək intellekt səviyyəsinə də malik olanlara da rast gəlmək mümkündür.Autizmli uşaqların həyatı sıx çərçivəyə salınmış kimidir, bundan kənara çıxmaq onlar üçün faciədir.
Autik uşaqlar istədiklərini izah edə bilmir,danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır, nitqində problemləri olur, oyuncaqlarla nə cür oynamaq lazım olduğunu bilmir, göz kontaktına girə bilmir, digərlərinə gülümsəmir, ağrını hiss etmirlər.Eyni zamanda kiçik motorika da inkişaf etmir, lazımsız stereotipik hərəkətlər edirlər.Xarici görünüşlərində heç bir dəyişiklik, fərqlilik müşahidə olunmur.
Fobialar müxtəlif cür ola bilər.Autizmli uşaqlarda sensor fobialara rast gəlinir.Buna misal olaraq məişətdə istifadə olunan uca səsli elektrik avadanlıqları, su səsi, qaranlıq və ya gur işıq, bağlı qapılar və s. göstərmək olar.
Autizmin səbəbi dəqiq məlum olmadığından müəlicəsi də hələ məlum deyil.Lakin ömür boyu davam edən bu sindromun əlamətlərini erkən müdaxilə ilə azaltmaq mümkündür.Bəzi hallarda elə əlamətlər olur ki tamam yox olur, bəzən isə yeni əlamətlər də meydana çıxa bilir.Hazırda autistik uşaqlar üçün müəlicə üsulu xüsusi psixoloji məşğələlərdir.Bu məşğələlərə nə qədər tez başlansa bir o qədər də uğurlu nəticə əldə etmək mümkündür.Təbii ki, bu müddət ərzində valideynlər də psixoloqla birgə işləməlidir. Gün ərzində onlarla ünsiyyətdə olmaq, ətrafda baş verənləri uşağın anlayacağı dildə ona izah etmək, hekayələr oxumaq, müxtəlif oyunlar oynamaq lazımdır. Hər gün eyni hərəkəti (məsələn, köynəyi düymələmək) təkrar etmək lazımdır. Hətta uşaq hər hansı vərdişi öyrəndikdə, vaxtaşırı olaraq onu təkrarlamaq lazımdır ki, uşaq bu vərdişləri unuda bilər.
Əhmədova Gövhər, 21 yaş