Yayılmış inkişaf pozuqluqlarının ən şiddətlilərindən biri adətən autizm ya da “uşaqlıq autizmi” olaraq adlandırılan autistik pozuqluqdur. Autizm ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Aşağıdaki hal autistik bir uşaqda görülə biləcək davranışlardan bəzilərinə misal ola bilər:
“O, 5 yaşında qız uşağıdır. Onunla danışdıqda başını tərs tərəfə çevirir. Bəzən başa düşülməyən sözlər mırıldayır. Nə ayaqyolu nə də qidalanma tələbatlarını özü həyata keçirə bilmir. Kiminsə ona toxunmasına qəti şəkildə icazə vermir. Səsləri xoşlamır və heçkimlə ünsiyyət qurmur, göz təmasından qaçır. Bir şeyi yerə atmaq, yerden götürmək və yenidən yere atmaq kimi adi monipulyativ fəaliyyətləri tez-tez təkrarlayır. Oturanda adətən ritmik bir şəkildə və saatlarla qabaga-arxaya tərpənir. Normaldaki hər hansı bir dəyişiklik onu çox əsəbləşdirir.”
Təxminlərə görə, hər 10000 insandan 30-60ında autistik pozuqluğa rast gəlinir. Autizm adətən uşaq 30 aya çatana qədər mərkəzləşir və uşağın ilk həftələrində valideyndə şübhə yarada bilər. Lord, Risi və digər psixoloqlara görə: 2 yaşında autizm diaqnozu qoyulan uşaqlarda bu diaqnoz, adətən 9 yaşında da dəyişməyəcək. İmpatiya əksikliyi, başqalarına qarşı olmayan maraq və təqlid etmək bacarıqsızlığı kimi autistik davranışlar 20 aya kimi tez bir zamanda ortaya çıxa bilər.
Autizm zamanı ortaya çıxan davranışlardan danışaq. Məsələn, analar bu tip uşaqları qucağa gəlməyən, qucağa götürdükdə uzanıb valideyni qucaqlamayan, qidalanarkən heç gülümsəməyən yada anaya baxmayan və başqa insanların gəlib-gedişinə fikir vermeyən uşaq olaraq xatırlayırlar.
Autizmin simptomları:
Sosial inkişafda axsama. Tipik olaraq, autizm uşaqlar heç kimə qarşı şəfqət, sevimlilik və ya ünsiyyət, təmas ehtiyacı göstərmirlər və çox zaman ata, anasının kim olduğunu bilmirmiş kimi yada reaksiya verməmək kimi davranışlar edirlər. Autistik uşaqların başqalarına reaksiya verməməsinin səbəbi sosial anlayışın olmamasıdır yəni, bu əslində başqalarından gələn sosial ipuclarına diqqət verə bilməmək əksikliyidir. İki yaşlı bir uşaq sadə qaydaları olan oyunlar oynayır və yaşıdlarına maraq göstərir. Üç yaşlı bir uşaq yaşıdı ilə evcik-evcik kimi ssenarisi olan oyunlar oynayır, lakin autizmli uşaqlar bu kimi bacarıqların əsas hissəsindən məhrumdurlar. Tez-tez xarici aləmə əhəmiyyət vermirlər və tək qaldıqda daha rahat olurlar. Yetkinlərin marağını cəlb etməkdə istəksizdirlər. Ən əsas problemləri isə qarşı tərəfin hisslərini anlamaqda çətinlik çəkmələridir. Bu uşaqlarda diqqətdə və ətrafdakı səslərin yerini qavramaq, həmin istiqaməti tapmaqda da əksikliklər yaşayırlar.
Dil inkişafında problem. Autizm uşaqlarda təqlid etmək problemi olduğuna görə, təqlid etmə yolu ilə öyrənə bilmirlər. Bu pozuqluğun xarakterik əlaməti olan danışmamaq ya da çox az danışmaq bu problemlə əlaqəlidir. Həmin uşaqlar danışdıqda da bu ünsiyyət qurmaq məqsədi ilə olmur, suallara “hə”, “bəli” şəklində cavab verir, və yaxud exolaliya-bir sözü tutuquşu kimi təkrarlayırlar. Exolaliya 75% autistik uşaqlarda olur.
Təkrarlanan davranışlar.Bunlar iki qrupa ayrılır, bədən hərəkətləri, məsələn, barmaq ucunda gəzmək, əl çırpmaq, qol çırpmaq, sallanmaq, fırlanmaq. İkinci qrupa təkrar maraqlar aiddir, məsələn, davamlı olaraq eyni oyunları oynaması, bəzi predmetlərə mənasız bağlılıq.
Zehni bacarıq. İntelektual və ya zehni tapşırıqları yerinə yetirməkdə autizm uşaqlar normal uşaqlardan ciddi şəkildə geri qalır. Bəzi autistik uşaqlar əşyaları bir-birinə uyğunlaşdırmaqda çox bacarıqlıdırlar(məsələn:puzzle) lakin, şəkilləri bir hekayə alınacağ şəkildə ardıcıllıqla düzməkdə çətinlik çəkirlər.
Autizmin tam yaranmaq səbəbi bilinmir, ancaq bir çox tədqiqatçılar mərkəzi sinir sisteminin funksiyalarının fərqliliyi, başqaları genetik faktorlarla əlaqələndirir. Genetik faktorları əsas götürənlər autizm uşaq olan bir ailədə başqa uşağın da(bacı və ya qardaşın) bu sendroma sahib olması riskinin 3-5% olduğunu göstərirlər. Ancaq bu sahədə araşdırmalar hələ də davam edir.
Autizmin mualicə metodları və nəticələri. Bu sindromun müalicə proqnozu bir qədər zəifdir.
Tibbi müalicə. Keçmişdə bu uşaqların müalicəsində istifadə olunan dərmanların effektiv olmadığı müəyyən olunmuşdur. Buna görə də indi autistik uşaqların müalicəsində daha müvəffəqiyyətli olmuş müxtəlif psixolojik üsullardan istifadə olunur.
Davranış terapiyası. Ivar Lovaas uzun müddətli təcrübələrlə bu metoddan istifadə etmiş və müvəffəqiyyətli nəticələr əldə etmişdir. Bu müalicə proqramı klinik şəraitdə deyil, uşağın öz evində aparılır. Terapevtlər hər bir uşaqla 2 i ərzində həftədə ən az 40 saat məşğul olmuşdurlar, lakin bu uşaqlardan normallaşanların sayı təxminən ¼ hissəni təşkil edir. Hal-hazırda müalicəsi əsasən erkən başlanmış təlim-tərbiyə proqramlarıdır. Bu proqramlar intensiv olmalı, evdə ailələr də tətbiq etməlidirlər. Həftədə 20-40 saatlıq sosial bacarıqları dəstəkləyən proqramlar daha təsirlidir. İndi mərkəzlərdə bir çox uşaqlar üçün həftədə bir-iki saatlıq programla kifayətlənirlər, bu qeyri-kafidir. Bu halda intensiv təlim-tərbiyə proqramları ilə evdə ailə tərəfindən də dəstək olunmalıdır.
Nəsirova Xalidə, 19 yaş, BDU psixologiya tələbəsi