Empati (empatiya) insanın özünü başqa birinin yerinə qoya bilməsi və bu yolla onun duyğu, düşüncə və yaşantısını anlaya bilməsidir. Empati keçici, şüur və ya şüualtı ilə sərhədlənmiş, reqressiv olmayan, asanlıqla geri dönə bilən bir xarakteristika ilə uyğunlaşmışdır. Empatinin məqsədi, digər insanları duyğusal olaraq anlamaqdır. Empatinin bioloji açıqlanması ayna neyronlarının kəşfi ilə başlamışdır. İnsanlıq tarixində dil qabiliyyətinin inkişafı məsələsində bu kəşfin önəmi çox böyükdür. Ayna neyronlar beyindəki premotor və pariyetal korteks hüceyrələridir.İnsan məqsədinə yönəlik bir davranış sərgilədiyində və ya gözləmlədiyində, başqasının zehinsəl halını idrak etdiyində atəşlənir. Başka cür ifadə etsək, iki insanın göz-gözə gəldiyi sırada beyindəki ayna neyronlar atəşlənir və insanlar arasında empati yaranır. İnsan öz rəsminə baxdığı zaman da empati yaranır və bu özünü tanıma adlandırılır. Ayna neyronlar çalışmadığı zaman sosial davranışlarda problem ortaya çıxar.
Empati digər insanın niyət və məqsədini anlamaq, zehnini oxumağımıza yardım edər. Empatidə digər önəmli bir faktor da insanın öz hisslərinin fərqində olmasıdır. Bu fərqlilik insanı digər məməlilərdən kəskin bir şəkildə ayırır. İnsanlar duyğularını sadəcə ifadə etməklə qalmaz, eyni zamanda indiki və keçmiş duyğuları kəlimələrə tökmək, birlikdə yaşanılan təcrübələri paylaşma və açıqlamaq qabiliyyətinə malikdirlər. Bu səbəbdən də insan digər canlı növlərindən fərqlənir. Ana-bala münasibətində aparılan bir çox araşdırma nəticəsində məlum olmuşdur ki, empatinin yaranmasında “singulat korteksin” əhəmiyyəti üstündür. Belə ki, “singulat korteks”-i olmayan sürünənlərdə anaya xas olan övlada baxma davranışları yoxdur. Nəticə olaraq Empati inanıldığı kimi istəyə bağlı deyil tamamən motivlənmiş bir prosesdir. Empati sayəsində, antisosial şəxsiyyət pozuntusu olan insanların müalicəsi və s müxtəlif məqsədlərlə hədəflənmiş çalışma-inkişaf etdirmə proqramlarında sosial və koqnitiv müdaxilələr mümkündür.
Fəxriyyə Nəsirzadə
Beykent Universiteti, Psixologiya bölümünün tələbəsi
pcc.az