DİQQƏTİN DAĞILMASI VƏ TRAVMALARIN ONA VURDUĞU ZƏRBƏLƏR

Öyrənməyə təsir edən faktorlardan biri də diqqətdir. Öyrənərkən və ya mütaliə edərkən diqqətin cəmlənməsi olduqca vacibdir. Bu baxımdan diqqət dağınıqlığı təhsil və tibb sahəsinin ən ciddi problemlərindən biri kimi qarşımıza çıxır.

Məlumdur ki, insan orqanizminə o cümlədən, psixologiyasına, hisslərinə təsir edən bir sıra amillər mövcuddur. Çünki orqanizm yaradılış etibarilə xarici və daxili təsirlərə cavab verə bilmək qabiliyyəti ilə təchiz olunub. Diqqət dağınıqlığı da məhz bu reaksiya nəticəsində əmələ gəlir.

Araşdırmalar nəticəsində aydın olur ki, bir insan diqqətini hər bir əşya və ya mövzu üzərində 16-20 dəqiqə cəmləyə bilir. Yenə psixoloji tədqiqatların nəticəsinə nəzər salsaq: İnsanlar sevdikləri kitabı oxuyarkən, kinoya baxarkən və ya futbol oyununu seyr edərkən, iki saatadək vaxt ərzində bütün diqqətlərini bir məsələyə cəmləməyi bacarırlar. Demək bu misaldan da aydın görmək olar ki, insan sevdiyi bir işlə məşğul olduğu zaman diqqətinin yayınmamasına daha az yol verir.

İnsan daim dəyişən duyğu və istəklərini tənzimləmək üçün diqqətini bir işdən başqa işə yönəltməyi xoşlayır. Burada diqqətin cəmlənməsi üçün müəyyən faktorların rolu böyükdür. Məsələn: səs, işıq, rəng və digər faktorlar.

Psixoloji baxımdan daim yenilik arayışında olan insan üçün monotonluq və eynilik təkraralanan proseslərdən qaçma da tez-tez diqqətin dağılmasına və motivasiyanın düşməsinə səbəb ola bilir. Bu hallarda hər hansı bir prosesə diqqəti cəmləmək çətin olur. Diqqət problemlərində insanlardakı fərdi xüsusiyyətlər də nəzərə alınmalıdır.

İnsanların bir qismi daha dinamik, rəngarəng və aktiv olduqları halda, digərləri daha sönük, monoton ampulada qalmağa üstünlük verirlər. Əsasən travma və travmanın sonrakı mərhələdə depressiya, sarışan nevroz, təşviş və həyəcan göstəricilərinin oynaması nəticəsində də insanlarda diqqət dağınıqlığı tez-tez müşahidə olunur. Bu cür insanlar daha qayğılı bir görkəm alırlar. Beyində bitmiş proseslərə qarşı belə tərəddüd mexanizmi işə düşür. Diqqətin dağıması və dalğınlıqdan dolayı insanlar gördükləri işlərin belə dəqiq yerinə yetirilib-yetirilməməsi barədə şübhə duya bilirlər. Məsələn: qağını bağladımmı? İşığı, qazı söndürdümmü? Bir otaqdan digər otağa nə üçün keçdiyini belə unudacaq qədər tərəddüd və narahatlıq duyurla. Bu cür hallarda daha çox hafizənin itməsindən, hədsiz fikirli olduqlarından, son zamanlarda baş verən hadisələrin yorğunluğundan şikayətlənən pasiyentlərimiz psixoloqun qəbulunda olduqdan sonra müəyyən texnikalar vasitəsilə bu hallardan asanlıqla canlarının qurtarmasına şahid olurlar. Təəssüf duyduqları isə bu cür problemlərə görə uzun illər əziyyət çəkdikləri və boşuna itirdikləri zamana heyflərinin gəlməsi olur. Necə deyərlər.. “dərd varsa, dərmanı da var”.

Bəzən bu cür diqqət dağılmalarında yaş və həyat tərzi göstəriciləri də nəzərə alınır. Böyüdükləri ailə, yaşadıqları mühit və çevrə həyatlarında baş verən travmalarında diqqətin və hafizənin itməsində öz rolu var. Bəzi hallarda insanların şüur alrında gizlətdikləri uşaqlıq qorxuları, təşviş və narahatçılıqlar belə onların gələcək həyatında öz xoşagəlməz izlərini buraxa bilir. Ümumiyyətlə götürsək, insan aldığı bütün travmaların qırıntılarını öz şüuraltına daşıyır. Nəticə etibarilə illərlə bu travmaların beyində açdığı izlərin nəticəsində qayıdış mexanizmində bu travmalar müxtəlif xəstəliklərin fonunda üzə çıxa bilir.

Travmalar bəzən gizli bir şəkildə getdiyinə görə proses həmin an və zaman ərzində yox, illər sonra beynin yorğun, depressiv bir anında ortaya çıxa bilir. Buna şüuraltı xronikiləşmiş narahatlıqlar da deyə bilərik. İnsanların əksəriyyəti hər hansı qorxu və travmanın vurduğu zərbənin həmin anda fərqində belə olmaya bilirlər.

İllər sonra növbəti bir qığılcım xroniki halda şüuraltında yatan ocağı üzə çıxara bilir. Ona görə də biz diqqətimizdən yayındırmamalıyıq ki, hər hansı bir travma (qəza, itki, qorxu, əməliyyat, zərbə) sonrası həmən həkimlərə və psixoloqlara müraciət etmək bu cür xoşagəlməz halların qarşısını ala bilir. Necə deyərlər: “Sağlam bədəndə, sağlam da ruh olar”.

aPsixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Lalə Əhmədova

pcc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər