Sosial fobiyanın səbəbləri

İctimai mühitlərdə başqaları tərəfindən araşdırıldığını düşünmək və ya bir performans göstərərkən uyğunsuzluq səbəbilə qorxu və özünəinam itirən şəxslərdə ortaya çıxan həddindən artıq narahatlıqlar sosial fobiyanın əlamətləri hesab olunur.

Sosial fobiyanı ortaya çıxaran səbəblər:

  • Əks cinslə dialoqda olmaq
  • Bir an üçün diqqət mərkəzində olmaq
  • Bir iş görərkən başqaları görərkən başqaları tərəfindən izlənmək
  • Qonaq qarşılamaq
  • Kiməsə zəng etmək
  • Tanımadığı insanlarla tanış olmaq
  • Çoxluq içində yemək yemək
  • Insanlar qarşısında çıxış etmək

Sosial fobiyadan əziyyət çəkən uşaqlar həddindən artıq utancaq görüncə bilər və başqalarının qarşısında heç nə deyə və edə bilməz. Belə uşaqlar qarşı tərəfin onların keçirdiyi hissi anlayacağından qorxurlar. Sosial fobiyanın təməlində “başqası nə deyər?” sualı durur.

Valideynlər uşaqlarının sosial fobiyası olub-olmadığına əmin olmalıdırlar. Uşaqların bəzilərində sosial fobiya deyil, sadəcə utancaqlıq müşahidə edilir. Bir çox ana-ata uşaqlarının asanca yoldaş əldə etmələrini və onların ictimai mühitlərdə utancaq olmalamlarına çalışmaq istədiklərini söyləyirlər.

Bunun üçün bir neçə təkliflər qeyd edilir:

Uşağınızla həll yolu tapma mövzusunda söhbətlər aparın: onun problem həll etmək bacarıqlarnın inkişaf etdirərək, bununla narahatlıq hissi keçirtdiyi mövzularda narahatlığının azalmasını təmin edə bilərsiniz.
Dostları ilə vaxt keçirtməsi üçün zaman seçin. Oyun günləri üçün cəsarətləndirin.
Təbii qorxuları normallaşdırın, Yeni insanlar ilə ilk dəfə ünsiyyət qurarkən tərəddüd etməyin, çox normal olduğunu uşağınıza izah edin. Eyni zamanda telefonla danışarkən ya da sinifin qarşısında danışanın narahatedici olduğunu və bu vəziyyətləri praktik etdikcə narahatlğının azalmasını da izah edin.
Uşağınızı hobbi əldə etməsi üçün cəsarətləndirin; idman, rəqs və digər klublar uşaqların bənzər maraq sahələrinə sahib digər uşaqlarla qarşılaşması üçün uyğun yerlərdir.
Sevinc Əsgərova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər