Öz vacib hüquqlarınızdan xəbərdar olun!
- Başqalarının sizə hörmət etməsi hüququna sahibsiniz.
- Sizin öz hiss, istək və fikir bildirmək hüququnuz vardır.
- Sizin öz prioritetinizi müəyyən etmək hüququnuz var.
- Sizin özünüzü günahkar hiss etmədən “yox” demək hüququnuz vardır.
- Sizin ödədəyiniz şeyi almaq hüququnuz vardır.
- Sizin başqa insanların baxış bucağından fərqli öz baxış bucağınızı sərgiləmək hüququnuz vardır.
- Sizin fiziki, mənəvi və emosional təzyiqlərdən özünüzü müdafiə hüququnuz vardır.
- Siz zehninizdəki xoşbəxtlik anlayışına uyğun olaraq öz həyatınızı qurmaq hüququna sahibsiniz.
Bu sizin şəxsi sahələrinizin sərhədləridir. Manipulyatorlar hörmətsiz davranaraq bu hüquqları tanımırlar və kobud şəkildə bizə aid olan sahələrin sərhədlərini pozurlar. Amma bizim həyatımızın məsuliyyətinə təkcə özümüz cavabdehik, başqa heç kim.
Məsafə saxlayın
Ünsiyyət zamanı manipulyator hər zaman maskalarını dəyişir: bir insana qarşı o çox nəzakətlidir, digəri ilə aşırı kobud davranır, bir situasiyada o təmamən köməksiz kimi görünür, digərində çox aqressivdir. Əgər siz belə davranışları olan insana rastlamısınızsa, ondan uzaq məsafədə qalın və onunla ünsiyyətə girməyə cəhd etməyin.
Belə davranışlar mürəkkəbdir və daha çox uşaqlıq təcrübələrinə dayanır. Manipulyatoru düzəltmək, tərbiyə etmək, xilas etmək sizin vəzifəniz deyil!
Onun sözlərini öz hesabınıza qəbul etməyin
Manipulyatorun vəzifəsi sizin zəiflikləriniz üzərində oynamaqdır. Təəccüblü deyil ki, onun yanında siz özünüzü natamam hiss edirsiniz, hətta onun tələblərinə qarşı özünüzü günahkar sayırsınız. Həmin hissləri xatırlayın və anlayın ki, problem sizdə deyil. Sizi özünüzü yaxşı hiss etməmək və öz hüququnuzdan vaz keçib özgə istəyə tabe olmağa məcbur etmək üçün manipulyasiya edirlər. Aşağıdakı suallara cavab verərək manipulyatorla olan münasibətləriniz haqqında yaxşı düşünün.
- O mənə səmimi hörmət edirmi?
- Onun gözləntiləri və tələbləri nə dərəcədə haqqa söykənib?
- Aranızdakı münasibət nə qədər balanslıdır, bəlkə bu münasibətlər yalnız bir tərəfə fayda verir?
- Bu münasibət mənə özümə yaxşı münasibət bəsləməyə mane olurmu?
Ona testedici suallar verin
Manipulyatorlar adətən sizi sorğu və tələbləri ilə bürüyərək özlərini unutdurmağa çalışır və bununla diqqəti ehtiyaclara keçidə çəkirlər.
Ona bir neçə test sualı verərək özünütənqidi olub-olmamasını öyrənin.
- “Sən hesab edirsən ki, bu ağlabatan tələbdir?”
- “Səncə bu mənə münasibətdə ədalətlidirmi?”
- “Bu barədə mənim də fikrim ola bilərmi?”
- “Nəticədə mən nə əldə edəcəyəm?”
- Sən doğurdan gözləyirsən ki, mən… (onun istəyi, tələbini formalaşdırın)
Bu sualları verməklə siz sanki manipulyatorun qarşısında ayna qoymuş olursunuz və o bu “əksolmada” öz tələblərinin əsl mənasını görəcək. Tezliklə o öz tələblərini geri göterəcək. Ancaq onların arasında elələri var ki, sizin suallarınıza qulaq asmayacaq və öz bildiklərinə davam edəcəklər. Belə halda növbəti məsləhətlərdən istifadə edin.
Tələsməyin!
Manipulyatorların bir sevimli metodu da sizdən dərhal cavabı və ya davranışı almaqdır. Zamanın yetməzliyi situasiyasında onun sizi idarə etmək bacarığı asanlaşır və öz məqsədinə çatır.
Əgər siz üzərinizdə təzyiq hiss edirsinizsə, cavab verməyə və ya hər hansı bir davranış sərgiləməyə tələsməyin. Zaman faktorunu öz maraqlarınıza görə istifadə edin. Situasiya üzərində nəzarəti saxlayaraq sadəcə bunu deyə bilərsiniz: “Bu haqda düşünəcəm”. Bu çox təsirli cümlədir! Fasilə götürməklə düşünün, müzakirəni davam etdirmək istəyirsinizmi, yaxud, ümumiyyətlə, “yox” deyilməsi daha yaxşıdır.
“Yox” deməyi öyrənin!
Yox deyə bilmək qabiliyyəti, ümumiyyətlə, ünsiyyət sənətinin ən vacib hissələrindəndir. Aydın şəkildə formalaşdırılımış imtina etmək bacarığı sizə normal münasibətləri qorumaqla istədiyiniz şeylərdə qəti şəkildə dayanmağa imkan verir.
Unutmayın, sizin öz prioritetlərinizi müəyyən etmək, öz xoşbəxtlik yolunuzu müstəqil seçmək və bunlarla yanaşı özünüzü günahkar hiss etmədən “yox” deyə bilmək hüqüqunuz vardır.
Onunla nəticələr barədə danışın.
Sizin şəxsi həyat sahələrinizə kobud şəkildə müdaxilə etməsinə və “yox” cavabını eşitmək istəməməsinə qarşı manipulyatorla nəticələr barədə danışın. Mümkün nəticələri inandırıcı şəkildə proqnozlaşdırmaq və formalaşdırmaq bacarığı manipulyatoru oyundan çıxarmaq vasitələrindən biridir. Bu onu çıxılmaz vəziyyətdə qoyacaq və sizə qarşı münasibəti dəyişəcəkdir.
Ürəksındıranın zərbəsini dəf edin.
Bəzən manipulyatorlar qurbanına birbaşa zərər vermək və qorxutmaq üçün ona qəsdən sataşırlar, yaxud təhqir edirlər. Bu anda ən vacib olanı unutmamaq lazımdır: belə insanlar özlərini zəif hesab edənlərə yapışırlar. Nə qədər ki, siz passivsiniz və gözəştə gedirsiniz, onlar üçün potensial qurbansınız. Bununla yanaşı manipulyatorların bir çoxu daxilən qorxaqdır. Bəzən qurban sərtlik göstərib öz hüquqlarını qoruyanda manipulyator geri çəkilir. Bu qayda hər hansı bir icmada işləyir: məktəb, ailə, iş.
Tədqiqatlara görə bir çox ürəksındıranlar özləri də zorakılıq qurbanı olanlardır. Bu əlbəttə onların davranışlarını bağışlamaq üçün bəhanə olmamalıdır, əksinə onların hücumlarına qarşı soyuqqanlı olmaq vacibdir.
CEYLAN MUMOĞLU
qadin.net saytının Baş Redaktoru