Forer effekti

Çox da uzaq olmayan 1948-ci ildə professor-psixoloq Bertram Forer çox maraqlı bir psixoloji eksperiment aparmaq qərarına gəlir. O öz tələbələrinin şəxsi keyfiyyətlərini analiz etmək üçün xüsusi bir test hazırlayır. Eksperimentin əsas özəlliyi ondan ibarət idi ki, professor həqiqətdə heç bir analiz aparmaq fikrində deyildi. O, həqiqi analizin yerinə bütün tələbələrə adi bir qoroskopdan götürülmüş bir mətni paylayır.
Mətnin fabulası təxmini belə idi: «Siz insanların sizi sevməsinə və sizə həsəd aparmasına möhtacsınız. Siz olduqca özünü tənqidçisiniz, siz öz xeyriniz naminə istifadə etmədiyiniz bir çox gizli qabiliyyətlərə maliksiniz. Lakin sizin bəzi xüsusi zəif cəhətləriniz də var. Siz intizamlısınız, özünə güvənlisiniz, ancaq özünə əminsizliyə və narahatlığa meyillisiniz. Verdiyiniz qərarlara qarşı ciddi şübhə duyğusu sizi heç vaxt tərk etmir.

Fərqliliyə daha çox üstünlük verirsiniz, məhdudiyyət sizdə hiddət hissini oyadır. Həmçinin siz müstəqil düşünə bilmə qabiliyyətinizlə qürur hissi duyursunuz və digərlərinin kifayət qədər dəlili olmayan mülahizələrini qəbul etmirsiniz. Bəzən siz mehriban və səmimisiz, bəzən isə təmkinli və ehtiyatlısınız. Sizin bir qisim səy və cəhdləriniz reallığı əks etdirmir. Əsas hədəflərinizdən biri – sabitlik ».
Daha sonra o hər bir tələbəyə beş ballıq sistemlə öz şəxsi göstəricilərini müvafiq təsvir etməyi təklif edir. Şkala üzrə orta göstərici 4,26 alınır. Bu eksperiment yüz dəfələrlə təkrarlanır. Bununla Bertram Forer sübut edir ki, insan xarakterini müəyyən etmək üçün hər hansı bir elmə malik olmağa ehtiyac yoxdur, əsas odur ki, proqnozun şəxsən qarşıdakı şəxs üçün hazırlandığı ona söyləmək, kəlmələrə bir qədər də nüfuz qataraq eksperimentin psixoloq-alimlər tərəfindən hazırlandığı inandırmaq və eksperiment zamanı təcrübi olaraq hamıya uyğun gələn ibarələr seçmək. Seçilmiş ibarələr mütləq olaraq konkretlilikdən və neqativdən uzaq olmalıdır.

banker.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər