Bu mövzu bəlkə də psixologiya tarixinin ən çox səs gətirən müzakirələrindən biridir.
İnsan psixikası üç təbəqəyə bölünür: “O”(id) , “Mən” (eqo) , “fövqəl-mən” ( super eqo)
Bölgüyə görə “O” (id) dərk olunmamış bütün psixi proseslərin məskənidir. Burada qeyi-iradi arzular, şəhvətlər, şüurdan çıxarılmış ideyalar, keçmiş təcrübələr və .s. qərarlaşır.
“Mən”- şəxsiyyətin şüuru və özünü dərkidir. Onun vəzifəsi “O” vasitəsilə ilə təmsil olunan emosiyalar aləmi ilə real xarici aləm arasında insanların həvəsi, istəyi, meyli ilə onların təminatı arasında vasitəçi rolunu oynamaqdır.
“Fövqəl-mən”-ə tarixən yaradılmış əxlaqi, elm, incəsənət, mədəniyyət sistemləri daxildir. Sosial normlar, qadağalar, borc sahəsi, əxlaq, ictimai-şüur hər şey burda qərarlaşır.
İnsanın “Mən”-i , “O” ilə “Fövqəl-mən” arasında hər zamanəziyyət çəkir və bu da sonda bəzi psixi pozuntulara və nevrozlara səbəb olur.
Miliyyətcə yəhudi olan psixoloq Siqmund Freyd qeyri-şüuru əsas tədqiqat obyektinə çevirməklə bir sıra yeniliklərə imza atmışdır. Fikrimcə belə yeniliklərdən biri nevrozun səbəbini qeyri-şüuru sahədə axtarması idi. Amma unutmayaq ki, Freydin təlimi qüsurlardan da azad deyildi. Freyd belə hesab edirdi ki, ləzzət və nəşə prinsiplərinə tabe olan “O” insanın hərəkətlərinə təsir edə bilir, onun fikirlərinə, hisslərinə nüfuz edərək davranış normalarını müəyyən edir.
SEVİNC ƏSGƏROVA
Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu