Aldatma və xəyanət insan cəmiyyətinin yarandığı ilk zamanlardan günümüzə qədər aktual olmaqla birlikdə, insanı xəyanət etməyə sövq edən səbəblərin nələr olduğu daima müzakirə mövzusu olmuşdur. Son dövrlərdə qadın xəyanətlərin bu qədər artmasının səbəbi kimi qadınların iş həyatına aktiv şəkildə daxil olması, cəmiyyət işlərində fəal olaraq iştirak etməsi, kişilərin ictimai – sosial hegemoniyasının zəifləməsi, qadının öz ayaqları üstündə dura bilməsi, kişilərin qarşı cinslə münasibət qurmasının asanlaşması kimi faktorlar göstərilə bilər.
Xəyanətin konkret dəqiqləşmiş tərifi olmadığına görə, bu vəziyyət hər insanın düşüncə tərzindən asılı olaraq dəyişir. Bəziləri üçün yalnız cinsi münasibət aldatma sayılsada, kimiləri üçünsə gizli bir görüş, qarşı cinslə olan adi bir online söhbət və ya emosional yaxınlıq aldatma kimi qəbul edilə bilir. Psixoloji ədəbiyyatlarda xəyanətkar insanlar adətən əsasən asılı şəxsiyyət tipinə malik olan insanlar kimi xarakterizə edilirlər. Hələ uşaq yaşlarından yanlış tərbiyə nəticəsində valideynləri tərəfindən narsist (özünü həddindən artıq sevən və olduğundan yüksək qiymətləndirən) şəxsiyyət kimi formalaşdırılan uşaqlar, yetkin olduqdan sonra xəyanət etməyə daha cox meylli olurlar. Bunun əsas səbəbi kimi bu tiplərin, özlərini digərlərindən daha üstün görməsi, hər zaman bir alternativlərinin olduğunu düşünmələridir .Bu tip şəxslər xəyanət etməklə bərabər, həyatda yalnız qalmaqdan çox qorxduqları üçün mövcud ailələrini və ya sevgi münasibətlərini çətinliklədə olsa qoruyub saxlamağa və davam etdirməyə çalışırlar.
Qadın xəyanətlərində həm fiziki həm də emosional səbəblər mühüm rol oynayır. Qadın xəyanətlərinin kişi xəyanətləri ilə bəzi ortaq nöqtələri olsa da, ümümi götürdükdə qadınlar bir neçə səbəbdən dolayı xəyanət edirlər. Ən geniş yayılmış səbəb kimi, qadının intiqam almaq hissləri göstərilir. Yəni hər hansı bir xanım yoldaşının ona xəyanət etdiyini düşündüyü andan etibarən, intiqam almaq və acıq çıxmaq üçün xəyanət edib, qarşı tərəfə bərabər statusda olduqlarını sübut etməyə çalışır. Bəzən qadın bunu yalnız bir dəfə etməklə kifayətləndiyi halda, bəzən isə yoldaşı xəyanətə davam etdiyi müddətdə, oda xəyanəti davam etdirir. Digər bir səbəb isə yoldaşı tərəfindən qısqanılmaq və özünə diqqət çəkmək üçün edilən aldatmalardır. Yoldaşı tərəfindən qısqanılmadığını düşünən qadın, yenidən diqqət çəkmək üçün bu vasitəyə əl ata bilir. Bəzi hallarda isə qadının öz partyorundan yetərli səviyyədə cinsi həzz ala bilməməsidə xəyanət səbəbi kimi özünü göstərir.
Yəni yataqda öz partnyoru tərəfindən qane edilməyən qadının, başqa kişilərə üz tutmaq ehtimalı böyükdür. Qadını xəyanətə sövq edən bir başqa səbəb isə yaşlanma qorxusudur. Yaşlandığını düşünən qadın özünə hələdə cavan, arzulanan, əvvəlki tək istənilən qadın oldugunu sübüt etmək üçün xəyanət edə bilir. Buda əsasən keçid yaş dövrlərində, yəni 30 – 35 – 40 yaş aralıqlarında daha çox özünü göstərir. Bunu etdikdən sonra həmən qadında günahkarlıq və peşmanlıq hisslərinin olması müşahidə olunur çox zaman. Qadın xəyanətlərinin bir səbəbi kimidə qadının yeni macəralar axtarmaq həvəsi göstərilə bilər.Bəzən biz şahidi olub, görürük ki, hər bir istəyi təmin olunan, maddi və mənəvi olaraq sıxıntı yaşamayan qadınlar sadəcə monotonluqdan uzaqlaşmaq və həyatlarına rəng qatmaq üçün xəyanət edirlər. Belə vəziyyətdə olan qadınlar özləri üçün gənc, vaxtını yaxşı keçirdə biləcəyi,macəraçı partnyorlar tapmağa çalışırlar.Bu səbəb xəyanətlərdə üstünlük təşkil etməsədə bu tipdə olan xəyanətlər mövcuddur. Həyatdan heç bir gözləntisi olmayan, daima mənəvi boşluq içərisində yaşayan, özünü digərlərindən fərqləndirmək istəyən qadınlarda da xəyanət etmək potensialı daha yüksəkdir.
Dünyada ən qarışıq və anlaşılmaz məntiq qadın məntiqi sayılır. Bu səbəbdəndir ki, qadın davranışlarının altında yatan səbəblərin nələr olduğunu qabaqcadan təxmin etmək və anlamaq çox çətindir. Buna görədir ki, psixoanalizin yaradıcısı, məşhur psixoloq Z. Freyd qadınlar haqda belə demişdi – Mən 30 ildir ki, qadın psixologiyasını araşdırıram ama hələ də cavablandıra bilmədiyim bir sual var. Qadın nə istəyir? Xəyanətlərin sayını azaltmaq və qarşısını almaq üçün ailə institunu gücləndirmək, eqoist olmayan və özgüvəni yüksək olan nəsillər yetişdirmək lazımdır. Əks halda uşaqlar yarımçıq ailələrdə böyüməyə məcbur qaldıqlarına görə onların xoşbəxt ailə, sevgi, yaxınlıq, bağlılıq kimi emosional hissləri təmin edilməmiş qalacaqdır.
Rövşən Hümbətov
Psixoloq